Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Mariupolda ilk min əsir Ukrayna Silahlı Qüvvələrinin tam məğlubiyyətinin başlanğıcıdır

© Sputnik / Максим Блинов / Mediabanka keçidUkraynalı əsirlər
Ukraynalı əsirlər - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Getdikcə daha çox ukraynalı Rusiya ordusu əleyhinə müqavimətin mənasızlığını və nasist Kiyev rejiminin məhvə məhkum olduğunu dərk edir.
Mariupol demək olar ki, Ukrayna nasistlərindən azad edilib, “Azovstal” kombinatının zirzəmilərində silahlı müqavimətin son ocaqlarının təmizlənməsi başa çatdırılır. 36-cı briqadanın dəniz piyadalarının kütləvi şəkildə əsir düşməsi Ukrayna Silahlı Qüvvələrinin mənəvi çöküşünün və genişmiqyaslı məğlubiyyətinin, ABŞ-ın Ukraynada “Anti-Rusiya” layihəsinin utancverici sonluğunun əlamətidir.
Rusiya Müdafiə Nazirliyi aprelin 12-də Mariupolda 1026 Ukrayna dəniz piyadasının, o cümlədən 162 zabit və 47 qadın hərbçinin təslim olduğunu bildirib.
Qeyd edək ki, söhbət hərbi-dəniz bazalarını, sahilin mühüm hissələrini və sahil obyektlərini ələ keçirmək və ya müdafiə etmək üçün nəzərdə tutulmuş və hazırlanmış USQ-nin elit xüsusi qoşunlarından gedir. Kütləvi təslim olma faktı onu göstərir ki, getdikcə daha çox ukraynalı Rusiya ordusuna qarşı hərbi əməliyyatların mənasız olduğunu və nasist Kiyev rejiminin məhvə məhkumluğunu dərk edir. Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş dəniz piyadalarının üç batalyonu yaxın illərdə yalnız dinc əməklə məşğul olacaq və dağıdılmış Donbası bərpa edəcək.
Rusiya rəqibləri ilə tarixi mübahisədə həmişə inandırıcı arqumentlər tapmağı bacarıb - xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 130 təyyarəsi, 103 helikopter,i 244 zenit-raket kompleksi, 447 pilotsuz uçuş aparatı, 2169 tanklar və digər zirehli döyüş maşınları, 1174 artilleriya və reaktiv yaylım atəşi sistemi məhv edilib. Həmçinin onlarla böyük arsenal və yüzlərlə xaricdən olan muzdlular da məhv edilib.
Bu yaxınlarda Rusiya Baş Qərargahı Ukraynada 62 dövlətdən 6500-dən çox xarici muzdlu hərbçinin olduğunu açıqlayıb. Xarici ölkələr Kiyev rejiminə və Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatının nəticələrini dəyişməkdə kömək etməyəcəklər.
“Azovstal”ın zirzəmilərində bloklanan NATO “könüllüləri”nə gəlincə, bu, fərziyyə deyil. Məsələn, Britaniya əsilli olan Ukrayna dəniz piyadalarından Eyden Eslinin yaxınları BBC-yə bildiriblər ki, Eyden etiraf edib: ərzaq və silah-sursatları bitib, bir tək təslim olmaq qalır. Əlbəttə ki, britaniyalı dənizçi Mariupolda yeganə “beynəlmiləlçi” deyil.
İspanialı snayper J.L.C. “La Razon” jurnalına verdiyi müsahibəsində bildirib ki, onun Ukraynadakı maaşı öldürülən rusiyalı əsgər və zabitlərinin sayından asılıdır (hər alınan can üçün 300 dollar). Fransanın “Le Figaro” nəşri Britaniya Xüsusi Hava Xidmətinin və ABŞ Ordusunun “Delta” xüsusi təyinatlı qoşunlarının birinci əməliyyat bölməsinin hərbçilərinin Ukraynadakı hərəkətləri barədə məlumat verib. Zənn edirəm ki, Şimali Atlantika Alyansının Rusiya ilə apardığı vasitəçilik müharibəsinin bir çox sirləri hələlik gizli qalıb.
NATO-dan qurtuluş
Nasist Kiyev rejiminin hakimiyyəti altında Ukrayna silahlı qüvvələrinin məhv edilməsi Rusiya ordusunun ən mühüm vəzifəsidir və yenə də minlərlə əsir götürülmüş Ukrayna hərbçisi ABŞ-ın maraqları uğrunda həlak olan minlərlə əsgərdən yaxşıdır. Bu işçi əllər Ukraynanın səkkiz illik təcavüzü zamanı dağıdılmış Donbas şəhərlərinin və kəndlərinin bərpası üçün yararlı olacaq. Xatırladım ki, Böyük Vətən Müharibəsindən sonra sonuncu alman hərbi əsirləri sovet tikinti meydançalarını yalnız 1955-ci ildə tərk edərək öz vətənlərinə qayıdıblar, ADR isə SSRİ-nin müttəfiqi olub.
Donbasda 100 min nəfərə qədər olan Ukrayna Silahlı Qüvvələrinin və UMQ qruplaşmasının mühasirəyə alınması davam edir, onların hamısı “hər şeydən üstün”olan faşist və anti-Rusiya Ukraynası üçün canlarını verə bilməyəcəklər. “Luqansk və Donetsk Xalq Respublikalarının” ərazisində on minlərlə ukraynalı hərbi əsirlərin yerləşdirilməsi və təmizlənməsi üçün mühafizə olunan perimetri əvvəlcədən hazırlamaq məntiqlidir.
Aprelin 12-də Nikolayev 36-cı briqadasının dəniz piyadalarının üç batalyonunun Mariupolda mühasirədən çıxmaq üçün bir neçə ümidsiz cəhdindən sonra təslim olması Donbasdakı hərbi əməliyyatların keyfiyyətcə yeni mərhələsidir və USQ-nin operativ arxa cəbhədəki bölmələrinin döyüş qabiliyyətinə ciddi zərbədir. Düşmən ağır itkilər verib, mənəvi və fiziki cəhətdən sarsılıb, hətta Ukraynanın qərb bölgələrində də Rusiya qoşunlarının yeni raket zərbələrinin qorxusundan gecələr yatmırlar, bura da isə Qərbdən “sonadək” döyüşməyə çağırışlar gəlir və Ukrayna Silahlı Qüvvələrinin elitası isə kütləvi şəkildə təslim olur.
Qeyd edək ki, Kiyev rejiminin ştatlı “gebbels”i Aleksey Arestoviç Mariupoldakı utancverici vəziyyəti mühasirəyə alınan qarnizonun mövqelərini yenidən qruplaşdırmaq və gücləndirilmək üçün edilmiş riskli manevri kimi təsvir edib.
Belə bir uğurla ilk ukraynalı aktyor Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Mariupolu mühasirədən çıxara bilməməkdə Qərbi niyə ittiham etməsi sirr olaraq qalır, Bankovada isə onlar Mariupoldan helikopterlə təxliyə edilə bilməyən, Ali Radanın “rusiyapərəst” deputatı və Ukrayna Təhlükəsizlik Xidmətinin zindanlarının məhbusu Viktor Medvedçuku Ukrayna Silahlı Qüvvələrinin və “Azov”un bütün komandanlığına dəyişməyə ümid edirlər. Kiyev rejimi açıq şəkildə öz dezinformasiyasının əsirinə çevrilir. Kreml belə oyunları oynamır.
Dəyişməz vəzifələr
ABŞ və NATO strateqləri də Rusiyanın hərbi imkanları və Ukraynada xüsusi əməliyyat perspektivləri ilə bağlı yanılmağa meyllidirlər. ABŞ Ordusunun Avropa Komandanlığının rəhbəri senatdakı dinləmələrdə bildirib ki, Pentaqon “bəlkə də kəşfiyyat məlumatlarındakı boşluqlara görə Rusiyanı həddən artıq qiymətləndirib”.
Britaniyanın “Chatham House” mərkəzinin analitiki Matiye Buleq belə qənaətə gəlib ki, Rusiya qoşunları “müharibənin birinci mərhələsindən kifayət qədər tükəniblər” və “öz hərbi ehtiyatlarının qalıqlarından, Suriya və Ermənistandan gətirilən döyüşçülərdən, həmçinin “məhdud operativ faydası” olan yeni çağırışçılardan dəstək yaratmağa çalışırlar. Qərbin süni (saxta) reallığında Ukrayna Silahlı Qüvvələrinin Donbasda mühasirəyə alınmasına çox az insan inanır.
“New York magazine” nəşri iddia edir: “Vladimir Putin … Kiyevi ələ keçirə və Zelenskini devirə bilmədiyi üçün təsəlli mükafatı olaraq Ukraynadan ən azı Donbası almağa ümid edir”. Hətta Avropa diplomatiyasının rəhbəri Josep Borrell də tanka minməyi və “Drang nach Osten” istiqamətində getməyə hazırdır.
“Tərəfdaşlar” vərdiş etdiklərindən Rusiya Prezidenti Vladimir Putinin qəti mövqeyini düzgün qiymətləndirmirlər: Rusiya Federasiyası Silahlı Qüvvələri “Baş Qərargahın əvvəlcə təklif etdiyi plana uyğun olaraq ritmik, sakit” hərəkət edəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Xüsusi hərbi əməliyyat ABŞ-ın tam hökmranlığının ehtiyatsız genişləndirilməsinə və ehtiyatsız istiqamətinə son qoymaq məqsədini daşıyır” sözlərini diqqətsiz dinləyirlər.
Qərbin Rusiyaya qarşı mübarizədə “Ukrayna taranı”na ümidləri mənasızdır, Kiyev rejiminə silah tədarükü yalnız NATO ölkələrinin arsenallarını boşaldacaq və Ukraynanın fiziki cəhətdən denazifikasiyasını sürətləndirəcək.
Sərt reallıqda, xüsusi əməliyyatın ikinci mərhələsində Donbasdakı Ukrayna qoşunlarının bu və ya digər dərəcədə kontr-admiral Belinski adına 36-cı dəniz piyada briqadasının “igidliyini” təkrarlamalı olacaqlar - qərbə doğru qaçmaq, təslim olmaq ya da Rusiya qoşunlarının zərbələri altında ölmək. Başqa bir seçim də var - Qriqori Kotovskinin Qırmızı Ordu əsgərlərinə təslim olmaq istəməyən Ukrayna Üsyançı Ordusu qərargahının üzvü Mixail Belinskinin 1919-cu ildə etdiyi kimi, özünə qəsd etmək.
Ukraynanın bütün ərazisində hərbi infrastruktura yüksək dəqiqlikli zərbələr bir gün belə kəsilmir. Kollektiv Qərbin fantaziyasından asılı olmayaraq, çoxhəcmli Rusiya xüsusi əməliyyatı davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0