Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-a nə mane ola bilər? Peskov açıqladı

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidЗаместитель руководителя администрации президента РФ, пресс-секретарь президента РФ Дмитрий Песков
Заместитель руководителя администрации президента РФ, пресс-секретарь президента РФ Дмитрий Песков - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Avropada sülhün və sabitliyin bərqərar olmasına töhfə vermək istəyi Rusiya tərəfindən çox aydın şəkildə ifadə olunub.
BAKI, 14 aprel — Sputnik. Avropada sülh istəyi və Kiyevin Moskvanın tələblərini yerinə yetirməyə təşviq edilməsi amerikalıların münaqişəni qızışdırmasına mane ola bilər. "RİA Novosti" xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Avropada sülhün və sabitliyin bərqərar olmasına töhfə vermək, Ukraynanı şərtləri yerinə yetirməyə təşviq etmək istəyi Rusiya tərəfindən çox aydın şəkildə ifadə olunub", - Peskov amerikalıların münaqişəni gücləndirməsinə nəyin mane ola biləcəyi barədə suala cavabında deyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0