https://sputnik.az/20220413/ukraynada-son-durum-necedir-rusiya-mn-aciqladi-441060973.html
Ukraynada son durum necədir? Rusiya MN açıqladı
Ukraynada son durum necədir? Rusiya MN açıqladı
Sputnik Azərbaycan
Rusiya MN-in yaydığı məlumatda bildirilib ki, ötən gecə Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyasının təyyarələri Ukraynanın 46 hərbi obyektini... 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T13:32+0400
2022-04-13T13:32+0400
2022-04-13T13:32+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
iqor konaşenkov
https://cdnn1.img.sputnik.az/img/41132/81/411328191_0:161:3069:1887_1920x0_80_0_0_a7633d299b603bf99d4405d43bcee1b7.jpg
BAKI, 13 aprel — Sputnik. Rusiya silahlı qüvvələri Ukraynaya məxsus iki böyük silah anbarını yüksək dəqiqliyə malik dəniz və hava bazalı raketlərlə məhv edib. Bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib."Gecə saatlarında Sadovoe və Çudnov qəsəbələri ərazilərində yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Ukrayna qoşunlarının iki böyük raket və artilleriya silah anbarını məhv edib", - Konaşenkov bildirib.MN rəsmisinin sözlərinə görə, Mirqorod aerodromunda dörd Ukrayna helikopteri də məhv edilib. "İki Mi-24 və iki Mi-8 məhv edilib", - o əlavə edib.Bundan əlavə, Konaşenkov əlavə edib ki, ötən gecə Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyasının təyyarələri Ukraynanın 46 hərbi obyektini vurub. Onun sözlərinə görə, onların arasında Borovoe ərazisində iki komanda məntəqəsi və radiolokasiya stansiyası, reaktiv yaylım atəşi sistemlərinin iki qurğusu, həmçinin Borovoe və Peski-Radkovski ərazilərində Ukrayna hərbi texnikasının cəmləşdiyi dörd ərazi var. Rusiyanın hava hücumundan müdafiə sistemləri Afanasyevka kəndi üzərində havada iki pilotsuz uçuş aparatını vurub."Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 130 təyyarə, 103 helikopter, 244 zenit-raket kompleksi, 447 pilotsuz uçuş aparatı, 2169 tank və digər zirehli döyüş texnikası, 243 reaktiv yaylım atəşi sistemi, 931 səhra artilleriya qurğusu və minaatan, həmçinin 2076 ədəd xüsusi təyinatlı hərbi maşın", - Konaşenkov bildirib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41132/81/411328191_168:0:2899:2048_1920x0_80_0_0_da61f2fb7fe5476e7415a4275f03a1a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, rusiya, iqor konaşenkov
ukrayna, rusiya, iqor konaşenkov
Ukraynada son durum necədir? Rusiya MN açıqladı
Rusiya MN-in yaydığı məlumatda bildirilib ki, ötən gecə Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyasının təyyarələri Ukraynanın 46 hərbi obyektini vurub.
BAKI, 13 aprel — Sputnik. Rusiya silahlı qüvvələri Ukraynaya məxsus iki böyük silah anbarını yüksək dəqiqliyə malik dəniz və hava bazalı raketlərlə məhv edib. Bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Gecə saatlarında Sadovoe və Çudnov qəsəbələri ərazilərində yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Ukrayna qoşunlarının iki böyük raket və artilleriya silah anbarını məhv edib", - Konaşenkov bildirib.
MN rəsmisinin sözlərinə görə, Mirqorod aerodromunda dörd Ukrayna helikopteri də məhv edilib. "İki Mi-24 və iki Mi-8 məhv edilib", - o əlavə edib.
Bundan əlavə, Konaşenkov əlavə edib ki, ötən gecə Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyasının təyyarələri Ukraynanın 46 hərbi obyektini vurub. Onun sözlərinə görə, onların arasında Borovoe ərazisində iki komanda məntəqəsi və radiolokasiya stansiyası, reaktiv yaylım atəşi sistemlərinin iki qurğusu, həmçinin Borovoe və Peski-Radkovski ərazilərində Ukrayna hərbi texnikasının cəmləşdiyi dörd ərazi var. Rusiyanın hava hücumundan müdafiə sistemləri Afanasyevka kəndi üzərində havada iki pilotsuz uçuş aparatını vurub.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 130 təyyarə, 103 helikopter, 244 zenit-raket kompleksi, 447 pilotsuz uçuş aparatı, 2169 tank və digər zirehli döyüş texnikası, 243 reaktiv yaylım atəşi sistemi, 931 səhra artilleriya qurğusu və minaatan, həmçinin 2076 ədəd xüsusi təyinatlı hərbi maşın", - Konaşenkov bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.