https://sputnik.az/20220413/rusiya-mn-kiyevi-xarici-mehkemelerin-probleminin-hellinden-yayinmaqda-ittiham-edib-441085266.html
Rusiya MN Kiyevi xarici gəmilər probleminin həllindən yayınmaqda ittiham edib
Rusiya MN Kiyevi xarici gəmilər probleminin həllindən yayınmaqda ittiham edib
Sputnik Azərbaycan
Rusiya Ukraynanın Qara dəniz dövlətlərinin sahilləri boyunca lövbərdən qopan minalarının üzmə təhlükəsindən narahatlığını ifadə edib. 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T23:00+0400
2022-04-13T23:00+0400
2022-04-13T23:01+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
qara dəniz
ukrayna
gəmi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440147231_0:0:1828:1029_1920x0_80_0_0_c960c690ebfa2671fe6fac72431ccb07.jpg
BAKI, 13 aprel - Sputnik. Kiyev hakimiyyəti hələ də ölkənin limanlarında blokadaya alınmış xarici gəmilərlə bağlı məsələni həll etmək istəmir. Belə bir bəyanatla Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev çıxış edib.“Eyni zamanda, Kiyev hakimiyyəti xarici gəmilərin yığılma zonasına təhlükəsiz çıxışının təmin edilməsi məsələsinin həllində dövlətlərin nümayəndələri və gəmi sahibi şirkətlərlə qarşılıqlı əlaqədən yayınmaqda davam edir”, - deyə Mizintsev bildirib.O əlavə edib ki, Rusiya Silahlı Qüvvələri hər gün Moskva vaxtı ilə saat 8.00-dan Moskva vaxtı ilə 19.00-a qədər Ukrayna ərazi dənizindən cənub-qərb istiqamətində uzunluğu 80 və eni 3 dəniz mili olan humanitar dəhliz - təhlükəsiz zolağı açır, bütün lazımi məlumatlar verilir.“Beynəlxalq Dəniz Təşkilatının yerində Ukrayna nümayəndələri dialoqdan çəkinərək, gəmilərin çıxışının təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə etməkdən imtina edirlər”, - deyə o əlavə edib.Mizintsev bir daha Ukraynanın Qara dəniz dövlətlərinin sahilləri boyunca lövbərdən qopan minalarının üzmə təhlükəsi barədə xəbərdarlıq edib və beynəlxalq təşkilatları, eləcə də gəmi sahibi şirkətlərin rəhbərliyini blokun açılması məqsədilə tədbirlər görmək üçün rəsmi Kiyevə təsirini davam etdirməyə və xarici dövlətlərin gəmilərinin Ukrayna limanlarından təhlükəsiz çıxışını təmin etməyə çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220413/rusiya-silahli-quvveleri-bir-gunde-ukraynada-36-herbi-obyekti-dagidib-441082400.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440147231_237:0:1648:1058_1920x0_80_0_0_773220a5f049878f307fee66f410e2e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, qara dəniz, ukrayna, gəmi
rusiya, qara dəniz, ukrayna, gəmi
Rusiya MN Kiyevi xarici gəmilər probleminin həllindən yayınmaqda ittiham edib
23:00 13.04.2022 (Yenilənib: 23:01 13.04.2022) Rusiya Ukraynanın Qara dəniz dövlətlərinin sahilləri boyunca lövbərdən qopan minalarının üzmə təhlükəsindən narahatlığını ifadə edib.
BAKI, 13 aprel - Sputnik. Kiyev hakimiyyəti hələ də ölkənin limanlarında blokadaya alınmış xarici gəmilərlə bağlı məsələni həll etmək istəmir. Belə bir bəyanatla Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev çıxış edib.
“Eyni zamanda, Kiyev hakimiyyəti xarici gəmilərin yığılma zonasına təhlükəsiz çıxışının təmin edilməsi məsələsinin həllində dövlətlərin nümayəndələri və gəmi sahibi şirkətlərlə qarşılıqlı əlaqədən yayınmaqda davam edir”, - deyə Mizintsev bildirib.
O əlavə edib ki, Rusiya Silahlı Qüvvələri hər gün Moskva vaxtı ilə saat 8.00-dan Moskva vaxtı ilə 19.00-a qədər Ukrayna ərazi dənizindən cənub-qərb istiqamətində uzunluğu 80 və eni 3 dəniz mili olan humanitar dəhliz - təhlükəsiz zolağı açır, bütün lazımi məlumatlar verilir.
“Beynəlxalq Dəniz Təşkilatının yerində Ukrayna nümayəndələri dialoqdan çəkinərək, gəmilərin çıxışının təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə etməkdən imtina edirlər”, - deyə o əlavə edib.
Mizintsev bir daha Ukraynanın Qara dəniz dövlətlərinin sahilləri boyunca lövbərdən qopan minalarının üzmə təhlükəsi barədə xəbərdarlıq edib və beynəlxalq təşkilatları, eləcə də gəmi sahibi şirkətlərin rəhbərliyini blokun açılması məqsədilə tədbirlər görmək üçün rəsmi Kiyevə təsirini davam etdirməyə və xarici dövlətlərin gəmilərinin Ukrayna limanlarından təhlükəsiz çıxışını təmin etməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.