Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Arktikaya dair tapşırıqlar verdi: qanun və imtiyazlar

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Arktikada fəaliyyət göstərən şirkətlər üçün geniş imkanlar yaradılacaq.
BAKI, 13 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkənin Arktika zonasının sakinlərinin istifadə etdikləri imtiyazların artıq orada fəaliyyət göstərən şirkətlərin layihələrinə də şamil olunması məsələsinə baxmağı tapşırıb. RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidenti Arktikanın inkişafı ilə bağlı iclasda deyib.
Prezidentinin bu tapşırığının məqsədi Arktikada fəaliyyət göstərən şirkətlər üçün imkanların genişləndirilməsidir.
"Arktikada investisiya layihələrinin həyata keçirilməsinə gəlincə, mən sizdən xahiş edirəm ki, dövlət dəstəyi mexanizmlərindən istifadə etməklə fabrik layihələrinin, o cümlədən burada artıq icra olunan layihələrin genişləndirilməsini nəzərdən keçirəsiniz. Həmçinin Arktika zonasının sakinlərinə verilən güzəştlərin genişləndirilməsinə baxmaq lazımdır", - deyə Putin bildirib.
Rusiya prezidenti eyni zamanda 2024-cü ilə qədər Arktika regionunda yerləşən hərbi şəhərciklərin və hərbi bazaların hərtərəfli modernləşdirilməsini təmin etməyi tapşırıb.
"Hökumətdən və müdafiə nazirindən xahiş edirəm ki, bu məsələni öz nəzarətlərinə götürsünlər. O cümlədən 2024-cü ilə qədər Murmansk vilayətinin enerji, yaşayış və sosial obyektləri infrastrukturunun hərtərəfli modernləşdirilməsini təmin etsinlər. Bütün digər Arktika regionlarında bu işi davam etdirsinlər", - o deyib.
RF Prezidenti Arktikaya xüsusi malların çatdırılması ilə bağlı federal qanunun hazırlanması barədə də göstəriş verib:
"Biz artıq demişdik ki, şimaldakı dənizlərə malların çatdırılmanın tam və vaxtında təmin edilməsi xüsusi əhəmiyyət kəsb edən vəzifədir. Və sizdən şimala çatdırılma ilə bağlı xüsusi federal qanun hazırlamağınızı xahiş edirəm".
Putinin sözlərinə görə, qanun "idxal ediləcək malların siyahısının müəyyən edilməsi və daşınmasının təmin edilməsindən tutmuş bütün tədbirlərin həyata keçirilməsinin planlaşdırılmasına və icrasına nəzarətə qədər bütün aspektləri əks etdirməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0