Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Medvedevdən Ukrayna hökumətinə xəbərdarlıq: gecələr qapıları bağlayın

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidMedvedev
Medvedev - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, özlərini Ukrayna hakimiyyəti adlandıran ayrı-ayrı qəddarlar bildirirlər ki, onlar Viktor Medvedçuku "tez və ədalətli" mühakimə etmək istəyirlər.
BAKI, 13 aprel — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın "Həyat uğrunda Müxalifət Platformu" partiyası siyasi şurasının sədri Viktor Medvedçukun həbsinə münasibət bildirib. RİA Novosti xəbər verir ki, Medvedev bu barədə “Telegram” kanalında yazıb.
Təhlükəsizlik Şurasının sədr müavini "Ukrayna hakimiyyəti"nə gecə vaxtı ətrafa baxmağı və qapıları kilidləməyi tövsiyə edib.
"Özlərini Ukrayna hakimiyyəti adlandıran ayrı-ayrı qəddarlar bildirirlər ki, onlar Viktor Medvedçukun ifadəsini almaqla onu "tez və ədalətli" mühakimə etmək, sonra isə digər məhbuslarla dəyişmək istəyirlər. Onlara tövsiyə edərdim ki, dəyişdirilən şəxslərin arasında olmaq istəmirlərsə, gecələr qapıları qıfıllasınlar", - o, “Telegram” kanalında yazıb.
Çərşənbə axşamı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Volodimir Zelenskiyə Medvedçukun həbs olunduğunu elan edib, onun itkin düşməsi barədə Ukrayna prokurorluğu fevralın sonunda məlumat yaymışdı. Daha sonra Zelenski Rusiyaya siyasətçini əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya XİN nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 13.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ümidvarıq ki, Qərbdəki sağlam qüvvələr gərginliyin azalmasına kömək edəcək - Rusiya XİN
Xəbər lenti
0