Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Makron: rusiyalılar və ukraynalılar qardaş xalqlardır

© Thibault Camus / POOL / AFPMakron
Makron - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Fransa prezidenti Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi qiymətləndirməyi doğru hesab etmir.
BAKI, 13 aprel — Sputnk. Fransa Prezidenti Emmanuel Makron rusiyalıları və ukraynalıları qardaş xalqlar adlandırıb. O, Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi qiymətləndirməyi doğru hesab etmir və qeyd edib ki, hazırki dövrdə terminlərdən istifadə edərkən diqqətli olmaq lazımdır.
"Bu gün terminlərdən istifadə edərkən ehtiyatlı olmağı düşünürəm, çünki onlar qardaş xalqlardır... Rusiyalılar və ukraynalılar - qardaş xalqlardır. Baş verənlər çılğınlıqdır, bu, Avropada müharibəyə qayıdışdır. Ancaq eyni zamanda faktlara nəzər yetirirəm, mən bu müharibəni dayandırmaq və sülhü bərpa etmək istəyirəm", - Makron "France 2" telekanalında Ukraynada və xüsusən də Mariupolda baş verənlərdən danışarkən "soyqırımı" terminindən istifadə edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib.
Fransa lideri yaxın günlərdə Vladimir Zelenski və ola bilsin ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını bildirib.
Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bunu "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. 25 mart tarixinə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıblar. Rusiya hərbi idarəsi bildirib ki, onların əsas məqsədi "Donbasın azad edilməsi"dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0