Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Hətta əcnəbilər də əsir götürülür: Mariupol limanında baş verənlər

© Sputnik / Максим Блинов / Mediabanka keçidUkraynalı hərbi əsirlər
Ukraynalı hərbi əsirlər - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Dəniz limanına necə basqın edildiyi və oranın işçilərinin nə dediyi barədə - RİA Novosti-nin hesabatında.
BAKI, 13 aprel - Sputnik. "DXR" qoşunları "Azov" batalyonunun sağ qalan hissələrinin sığındığı Mariupol limanının qarşısını kəsiblər. Düşmən müqavimət göstərməyə davam etsə də zəifləyir – onun döyüş sursatı tükənir. Millətçi liderlər hava yolu ilə qaçmağa çalışırlar, tabeliklərində olanlar isə yerdə döyüşərək canlarını qurtarmağa çəhd edirlər.
Sursat ilə fırıldaq
Dağılmış doklar, yanmış yük gəmisi, əzilmiş yükləyicilər, asfalta ilişmiş mina quyruqları - bir gün əvvəl respublika qüvvələrinin nəzarətinə keçən Mariupol limanının bir hissəsi belə görünür. Uzun beton estakadanın arxasında, cəmi bir neçə yüz metr aralıda isə Ukrayna mövqeləridir.
Liman topçular, gözətçilər və tankçılar üçün sığınacaq kimi xidmət edir. Beton blokun arxasından çıxan T-72 lüləsini çevirir, üç dəfə atəş açır və yenidən gizlənir. Buna cavab olaraq minalar uçur, lakin hədəfdən bir neçə on metr aralıda yerə düşür.
"Biz artıq vəziyyətə tam nəzarət etsək də, düşmən hələ də güclüdür" - DXR Xüsusi əməliyyat briqadasının atıcısı Şram (onun xahişi ilə çağırış adı dəyişdirilib) belə deyir. - "Bir neçə saat əvvəl, məsələn, tankımız vuruldu. Ekipaj öldü, maşın yandı. Nasistlərin döyüş sursatının bitəcəyi anı səbirsizliklə gözləyirik."
Azovçular, döyüşçülərin fikrincə, indi son dərəcə qənaət edərək mübarizə aparırlar - ay yarım ərzində onların təchizatı çox azalıb. Azad edilmiş ərazidə çoxlu boş anbarlar var. Burada döyüşlərə uzun müddət və hərtərəfli hazırlaşmışdılar.
"Biz silahların çatdırılması üçün quruda, suda və havada gərək olan bütün yolları bağladıq" - Şram davam edir. "Son cəhd bir həftə əvvəl idi. Batalyonun rəhbərliyi üçün Zaporojyedən uçan helikopter vuruldu. Əsir düşən ekipaj evakuasiyadan əvvəl limana patron, qumbara və mina olan qutuları atmağı bacardıqlarını bildirdi".
Vəziyyətin girovu
Limana hücum hərbi əməliyyatın ilk günündən başlayıb. Mariupol şirkətlərindən birinin montajçısı Maksim Aqapov o səhəri yaxşı xatırlayır. "İş yerində mənim növbəm idi, - o deyir.- Rusiya Prezidenti müraciət edən kimi, hərbi gəmini dəniz bazasından çox uzaqda, altıncı körpüdə vurdular. Mən və ortağım üçüncüdə idik."
Gorlovkadan gələn Maksim, növbələşmə metodu əsasında çalışır və hər iki həftədən bir iki həftə işləyirdi. Həmkarları ilə birlikdə şəhərin tarixi hissəsində, bir əsr əvvəl Mariupolun baş memarı Viktor Nilsenin yaşadığı məşhur "Ağlayan pərilər evi"nin yanında kiçik bir fərdi evi kirayə tutmuşdular.
"Azov sakinləri yolun o biri tərəfində məskunlaşmışdılar" - Aqapov xatırlayır: "Onlar mülki şəxslərə humanitar dəhlizlərdən keçə biləcəklərini demədilər, əksinə, heç kimi getməyə qoymadılar. Bəzi ailələr canlarını qurtarmağa salışsalar da, millətçilər arxadan onları gülləbaran etdilər. Silahsız insanların necə öldürüldüyünü mən şəxsən gördüm. Bir oğlanın başının yarısını mərmi apardı.
Parçalanmış meyit bir neçə gün Aqapovun evinin yaxınlığındakı hasarın altında qaldı. Aramsız döyüşə görə - küçə hər tərəfdən vuruldu - çıxarıb basdıra bilmirdilər.
Qonşu həyətdə millətçilərin gizləndiyi binadan atılan minanın birbaşa zərbəsi nəticəsində parçalanmış təqaüdçünün yanmış qalıqları daha şokedici mənzərədir.
"Mərmilərdən biri bizə tərəf uçdu," Maksim damı göstərdi. "Tavanı sındıraraq soba ilə əlüzyuyanın arasında qaldı. Bəxtim gətirdi ki, partlamadı. Mətbəxi kilidləyib istehkamçıları gözlədik. Bu gün səhər isə qonşu beşmərtəbəli binadan snayper bizə atəş açdı. Rus hərbçiləri onu məhv etdilər, amma hər ehtimala qarşı təmizlik işləri davam edərkən daha bir neçə gün zirzəmidə oturmağımızı istədilər".
Maksim limana doğru geri çəkilən millətçilərin əyinlərini dəyişərək mülki şəxslərdən aldıqları geyimləri geyindiklərini və qaçqın kütləsinə qarışmağa cəhd etdiklərini gördü.
Onun özü isə evakuasiyanı gözləyən yaşlı qonşularına kömək edir: onlar üçün su daşıyır, un qalıqlarından oladiklər bişirir, sobanı qızdırır. "Mənim tək istəyim evə - valideynlərimin və həyat yoldaşımın yanına getməkdir" – montajçı belə deyir. - "Yaşadığım hər şeydən sonra tam sağalacağıma əmin deyiləm. Bu, əsl cəhənnəm idi".
Musiqiçilər və aktyorlar
Millətçilər eyni anda bir neçə istiqamətdən: qərbdən, şimal-qərbdən və şimaldan dəniz limanına sıxışdırılmışdılar. Küçə döyüşlərində həm peşəkar əsgərlər, həm də fevralın ortalarında səfərbər olanlar iştirak edirdilər.
Yeni çağırışçıların arasında Donetsk Opera və Balet Teatrının artistləri, həmçinin, Manquş qəsəbəsindən gələn yerli filarmoniyanın musiqiçiləri də var.
"Möhtəşəm insanlardır" - DXR-in 5-ci briqadasının batalyon komandiri Nikolaiç belə deyir, - "Onlardan biri gəlir: "Mənim siqaretim var, onları əlavə bir banka ət konservi ilə dəyişmək istəyirəm." Cavabını verirəm: "Siqareti özün üçün saxla, bir banka ət konservini elə-belə götür." O, təkrarlayır: "Xeyr, təkid edirəm". Bu anda başa düşürsən ki, əsl ziyalı ilə ünsiyyət qurursan."
Hazırda teatrın və filarmoniyanın əməkdaşları limanın yaxınlığındakı özəl sektora nəzarət edirlər, orada vəziyyət hələ də sakit deyil. Səhərlər döyüşə gedir, axşamlar ocağın ətrafına nahara toplaşır və yoldaşlarını yad edirlər - ötən gün onların həmkarı növbəti toqquşmada dünyasını dəyişib.
Nikolaiç etiraf edir: "Bu adamlar məni - bütün həyatım boyu döyüşən bir insanı heyrətə gətirirlər.Onlar başa düşürlər ki, hər gün düşmən gülləsi və ya mina parçasının hədəfi ola bilərlər, onlar ölüləri və yaralıları görürlər, amma yenə də öz işlərinə davam edirlər."
Komandir onları qorumağa çalışır. Mümkün daxilində, arxa cəbhədə saxlayır. Ancaq müharibə müharibədir, qurbanlar qaçılmazdır. "Limanı sona qədər təmizlədikdən sonra, biz oğlanları Donetskə geri göndərəcəyik", - Nikolaiç vəd edir.
Odessa kapitanı
Limanda, hərbçilərin dediklərinə görə, azovluların müxtəlif dağınıq hissələri yerlərini möhkəmlədiblər. Hətta burada da onlar mülki şəxslərin arxasında gizlənməkdə davam edirlər. Həm də təkcə yerlilərin deyil.
"Baxın, gördüyünüz o gəmidən 25 nəfəri azadlığa buraxıblar," - Şram körpüyə bağlanmış nəqliyyat vasitəsinə işarə edir. "Kapitan Odessadandır, qalanları avropalı və amerikalılardır. Onlara oranı tərk etməyə icazə vermir, canlı qalxan kimi saxlayırdılar. Bu insanların həqiqətən dənizçilər olub-olmadığını dəqiqləşdirmək üçün hamısı filtrlişməyə aparıldı".
MGB limanda və onun ətrafında olan demək olar ki, hər kəsi yoxlayır. Axı məğlub olan millətçilərin hiyləyə əl atmağa çalışacaqları aydındır. Bir çox Azovçu liman işçilərinin və ya digər şəhər müəssisələrinin solçu sertifikatlarına malikdir.
DXR ordusunun komandanlığının məlumatına görə, Mariupol, demək olar ki, tamamilə təmizlənib, lakin bəzi ərazilərdə, əsasən sənaye zonasında üç-dörd min Ukrayna əsgəri gizlənir.
Onları silahlarını yerə qoymağa və əllərini yuxarı qaldırmağa məcbur etmək üçün nə qədər vaxt və səy lazım olacağını proqnozlaşdırmağı isə zabitlər hələ ki, öhdələrinə götürmürlər.
RİA Novosti, Viktor Zvantsev.
Xəbər lenti
0