https://sputnik.az/20220413/baki-metrosunda-ajiotaj-sernisinler-qatardan-texliye-edilib-441054094.html
Bakı metrosunda ajiotaj: Sərnişinlər qatardan təxliyə edilib
Bakı metrosunda ajiotaj: Sərnişinlər qatardan təxliyə edilib
Sputnik Azərbaycan
Bakı metrosunun "Neftçilər" stansiyasında texniki nasazlıq səbəbindən yubanma baş verib. Maşinist sərnişinlərdən vaqonları tərk etməyi tələb edib. 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T10:15+0400
2022-04-13T10:15+0400
2022-04-13T10:21+0400
bakı
paytaxt xəbərləri
metro
neftçilər metro stansiyası
bakı metropoliteni
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610411_0:0:3071:1728_1920x0_80_0_0_d7d3aee3e7564337f59bf14fcbc1580d.jpg
BAKI, 13 aprel — Sputnik. Bakı metrosunun "Neftçilər" stansiyasında maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına çəkilib.Buna səbəb "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub.Odur ki, normativ tələblərə görə, maşinist sərnişinlərdən vaqonları tərk etməyi tələb edib. Qatar isə texniki baxış üçün stansiya dalanına çəkilib.Nəticədə xətdə 10 dəqiqəyədək yubanma yaranıb. Daha sonra həmin xəttə əvəzedici qatar çıxıb.Xatırladaq ki, ötən gün də səhər saat 06:30 radələrində yaşlı bir kişi "Əhmədli" metro stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun bildirdiyinə görə, həmin şəxs Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov olub. O, ürək tutmasından vəfat edib.Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610411_0:0:2729:2047_1920x0_80_0_0_078520b8f8ed4c3f2bab1a0726d86d76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, metro, neftçilər metro stansiyası, bakı metropoliteni
bakı, metro, neftçilər metro stansiyası, bakı metropoliteni
Bakı metrosunda ajiotaj: Sərnişinlər qatardan təxliyə edilib
10:15 13.04.2022 (Yenilənib: 10:21 13.04.2022) Bakı metrosunun "Neftçilər" stansiyasında texniki nasazlıq səbəbindən yubanma baş verib. Maşinist sərnişinlərdən vaqonları tərk etməyi tələb edib.
BAKI, 13 aprel — Sputnik. Bakı metrosunun "Neftçilər" stansiyasında maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına çəkilib.
Buna səbəb "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub.
Odur ki, normativ tələblərə görə, maşinist sərnişinlərdən vaqonları tərk etməyi tələb edib. Qatar isə texniki baxış üçün stansiya dalanına çəkilib.
Nəticədə xətdə 10 dəqiqəyədək yubanma yaranıb. Daha sonra həmin xəttə əvəzedici qatar çıxıb.
Xatırladaq ki, ötən gün də səhər saat 06:30 radələrində yaşlı bir kişi "Əhmədli" metro stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun bildirdiyinə görə, həmin şəxs Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov olub. O, ürək tutmasından vəfat edib.
Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.