https://sputnik.az/20220412/putin-qerb-olkeleri-bunu-sehv-hesablamisdi-441041306.html
Putin: Qərb ölkələri bunu səhv hesablamışdı
Putin: Qərb ölkələri bunu səhv hesablamışdı
Sputnik Azərbaycan
Rusiya Prezidenti əmindir ki, anti-Rusiya isteriyası Qərbdə hiss olunur, amma vaxt hər şeyi yerinə qoyacaq. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T20:04+0400
2022-04-12T20:04+0400
2022-04-12T20:10+0400
putin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya federasiyasının prezidenti vladimir putin
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441041279_0:0:2927:1646_1920x0_80_0_0_05d0afb73917fc0d455c054d432d8453.jpg
BAKI, 12 aprel — Sputnik. Qərb başa düşmür ki, çətinliklər rus xalqının daha sıx birliyinə gətirib çıxarır. Bunu Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlardan sonra deyib."Onlar (Qərb ölkələri) həqiqətən də Rusiya Federasiyasında baş verən hər şeyin daxili siyasi proseslərdə öz əksini tapmasını istəyirdilər. Onlar çətin şəraitdə rus xalqının həmişə birləşdiyini başa düşməyərək səhv hesablayırdılar. Onlar bunu görəcəklər. Onların özündə də problemlər qaçılmazdır", - Rusiya lideri bildirib.Putin qeyd edib ki, Qərb ölkələri "bizim üçün problemlər yaratmaq istəyirdilər və yaratmaq istəyirlər"."Bəli, Rusiya iqtisadiyyatının bəzi sektorlarında asan olmayacaq, lakin biz bu çətinliklərin öhdəsindən gələcəyik", - RF dövlət başçısı əlavə edib.Putin bildirib ki, Qərb ölkələrində anti-Rusiya isteriyası özünü hiss etdirir, lakin zaman hər şeyi öz yerinə qoyacaq."Bəli, ümumi əhval-ruhiyyə, bu cür anti-Rusiya isteriyası Qərb ölkələrində özünü hiss etdirir, lakin zaman hər şeyi öz yerinə qoyacaq. İnsanlar benzinin, ərzaq məhsullarının bahalaşması, inflyasiyanın artması, görünməmiş artımla üzləşəndə, bu, daxili siyasi proseslərdə öz əksini tapacaq", - deyə o bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240526/qerb-dovletlerinin-rusiyada-aktivleri-var---siluanov-441037140.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441041279_0:0:2729:2047_1920x0_80_0_0_bfe5b36926cd18f16b24ec040754018a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya federasiyasının prezidenti vladimir putin, qərb
putin, rusiya federasiyasının prezidenti vladimir putin, qərb
Putin: Qərb ölkələri bunu səhv hesablamışdı
20:04 12.04.2022 (Yenilənib: 20:10 12.04.2022) Rusiya Prezidenti əmindir ki, anti-Rusiya isteriyası Qərbdə hiss olunur, amma vaxt hər şeyi yerinə qoyacaq.
BAKI, 12 aprel — Sputnik. Qərb başa düşmür ki, çətinliklər rus xalqının daha sıx birliyinə gətirib çıxarır. Bunu Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlardan sonra deyib.
"Onlar (Qərb ölkələri) həqiqətən də Rusiya Federasiyasında baş verən hər şeyin daxili siyasi proseslərdə öz əksini tapmasını istəyirdilər. Onlar çətin şəraitdə rus xalqının həmişə birləşdiyini başa düşməyərək səhv hesablayırdılar. Onlar bunu görəcəklər. Onların özündə də problemlər qaçılmazdır", - Rusiya lideri bildirib.
Putin qeyd edib ki, Qərb ölkələri "bizim üçün problemlər yaratmaq istəyirdilər və yaratmaq istəyirlər".
"Bəli, Rusiya iqtisadiyyatının bəzi sektorlarında asan olmayacaq, lakin biz bu çətinliklərin öhdəsindən gələcəyik", - RF dövlət başçısı əlavə edib.
Putin bildirib ki, Qərb ölkələrində anti-Rusiya isteriyası özünü hiss etdirir, lakin zaman hər şeyi öz yerinə qoyacaq.
"Bəli, ümumi əhval-ruhiyyə, bu cür anti-Rusiya isteriyası Qərb ölkələrində özünü hiss etdirir, lakin zaman hər şeyi öz yerinə qoyacaq. İnsanlar benzinin, ərzaq məhsullarının bahalaşması, inflyasiyanın artması, görünməmiş artımla üzləşəndə, bu, daxili siyasi proseslərdə öz əksini tapacaq", - deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.