Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskalkova Avropa ombudsmanlarına qaçqınlar bankının yaradılmasını təklif edib

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidTatyana Moskalkova
Tatyana Moskalkova - Sputnik Azərbaycan, 1920, 12.04.2022
Abunə olmaq
Qaçqınların taleyini yüngülləşdirmək üçün nəzərdə tutulmuş bankın yaradılması təklif edildi.
BAKI, 12 aprel — Sputnik. Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Avropa ombudsmanlarına Ukrayna və Donbasdan bir-birilərini axtaran qaçqınlar bankının yaradılmasını təklif edib, həmçinin hüquq müdafiəçilərini öz hökumətlərinə bir ölkədən digərinə köçmək istəyən qaçqınların nəqliyyat xərclərini ödəməyi tövsiyə etməyə çağırıb.
"Bir-birilərini axtaran qaçqınlar bankının yaradılmasını təklif edirəm. Mən öz hökumətlərinə bir ölkədən digərinə köçmək istəyənlərin nəqliyyat xərclərini təmin etmək üçün tövsiyələr verməyi xahiş edirdim. Bizdə bütün qaçqınlara izah olunur ki, onlar istənilən vaxt ölkəni tərk edib istədikləri yerə gedə bilərlər", - deyə Moskalkova Milli İnsan Hüquqları Təşkilatlarının Qlobal Alyansının (GANHRI) Avropa Şəbəkəsi və BMT-nin Avropada İnsan Haqları üzrə Regional ofisi tərəfindən təşkil olunan müzakirə zamanı bildirib.
Bundan əlavə, o, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və onun prezidenti Peter Mauerə "qaçqınlara daimi yardım" göstərdiyinə görə minnətdarlığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0