Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zaxarova Buçada təxribat törədən ukraynalı yaraqlılara necə təlim keçirildiyini danışıb

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
Ukrayna tərəfinin Buça şəhərində törətdiyi təxribatın detalları açılır.
BAKI, 11 aprel — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Xarici işlər naziri Dmitri Kulebanın Buçadakı vəhşiliklərin səbəblərini araşdırmaq üçün dünya alimlərinə çağırışını şərh edərək, Aleksey Arestoviçə istinadən ukraynalı yaraqlıların necə təlim keçdiyini açıqlayıb.
“Ukraynanın Xarici işlər naziri Kuleba bütün dünya alimlərini, onun sözlərinə görə, illərlə qızışdırılan və Buçadakı “rus qoşunlarının törətdiyi vəhşiliklərə” gətirib çıxaran səbəbləri araşdırmağa çağırıb: “Uzun illər Rusiya siyasi elitası və təbliğatı nifrəti qızışdırdılar, ukraynalıları insanlıqdan çıxardılar, Rusiyanın üstünlüyünü təşviq edərək bu vəhşiliklərə yol açdılar. Mən bütün dünya akademiklərini Buça hadisələrinin səbəbini araşdırmağa çağırıram”, - deyə Zaxarova Telegram kanalında yazıb.
Zaxarovanın sözlərinə görə, Kulebanın çağırışına ukraynalılar arasında vətənpərvərlik hisslərini oyatmaq üçün hərəkətlər alqoritmini tərtib edən Aleksey Arestoviç cavab verib.
"Beləliklə, basmaq lazım olan düymələr bunlardır. Mesajla həyəcan təbili çalmaq, sonra günahkarlıq hissi oyatmaq lazımdır: "Kişilər səngərdə olduğu halda, siz əclaflar, burada - Kiyevdə, kökəlirsiniz, gecə klublarına gedib kef edirsiniz.” Və ya “Ordu üçün pul ödəmirsiniz.” Sonra təhlükəsizlik ehtiyaclarını “vurğulamaq” lazımdır. Sonra “əhəmiyyətli qrupa aid etmək”, təşviq etmək lazımdır. .. "- deyə Zaxarova Arestoviçdən sitat gətirib.
"Buçada cinayətkar təxribat törədən ukraynalı yaraqlılar məhz belə öyrədildilər. Növbəti dəfə Kuleba "dünya akademiklərinə" deyil, Vikipediyanın onun barəsində dediyi kimi, "siyasətçi, kəşfiyyatçı, bloqqer, siyasi və hərbi müşahidəçi, internet media köşə yazarı, aktyor, psixoloji seminar və təlimlərin təşkilatçısı və 2014-2017-ci illərdə Donbass sakinlərinə qarşı döyüşən hərbçilərə psixoloji dəstək xeyriyyə fondunun təşkilatçısı Aleksey Arestoviçə müraciət etməlidir. O, Ukraynada kiborqların necə yaradıldığını söyləyəcək”, - Zaxarova yazıb.
Ukrayna hakimiyyəti və mediası daha əvvəllər Kiyev vilayətinin Buça şəhərinin yollarında səpələnib qalmış, guya ki, ölənlərin cəsədlərinin olduğu iddia edilən videonu yayıb. Bir çox internet istifadəçiləri Kiyevin Moskvaya qarşı ittihamlarının etibarlılığına şübhə ilə yanaşaraq qeyd ediblər ki, yerdəki cəsədlərin yanında qan yoxdur, bundan başqa, ölənlərin bəzilərinin qollarında ağ sarğı olub və onlar Ukrayna təhlükəsizlik qüvvələri və ya ərazi müdafiəçiləri tərəfindən öldürülə bilərdi. Həmçinin, istifadəçilər “ölülərin” əllərini tərpətdiklərinə diqqət yetiriblər, operatorun avtomobilinin arxa güzgüsünə baxanda isə belə görünür ki, “ölü”lərdən biri avtomobil onun yanından ötüb keçən kimi mövqeyini dəyişir.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kiyev rejimi tərəfindən yayımlanan və guya Kiyev vilayətinin Buça şəhərində Rusiya hərbi qulluqçularının hansısa “cinayətlər”inə şahidlik edən bütün fotoşəkillər və video materiallar “növbəti təxribatdır”. Hərbi idarədə qeyd olunduğu kimi, bu qəsəbə Rusiya silahlı qüvvələrinin nəzarətində olduğu müddətdə bir nəfər də olsun yerli sakin hər hansı zorakılıq hərəkətindən əziyyət çəkməyib.
Nazirlik qeyd edib ki, bütün rus bölmələri martın 30-da Buçanı tamamilə tərk edib, şəhərdən şimal istiqamətində çıxışlar isə bağlanmayıb, eyni zamanda cənub ucqarları, o cümlədən yaşayış məntəqələri Ukrayna hərbçiləri tərəfindən gecə-gündüz iri çaplı artilleriyadan, tanklar və çoxlu raket sistemləri tərəfindən atəşə tutulub.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra bildirib ki, Rusiya Buçada insanların ölümündə iştirakla bağlı hər hansı ittihamı qəti şəkildə rədd edir və beynəlxalq liderlərdən Rusiyaya qarşı geniş ittihamlarla tələsməməyi, Moskvanın arqumentlərinə qulaq asmağı tələb edir. Onun sözlərinə görə, rusiyalı diplomatlar BMT Təhlükəsizlik Şurasının gündəliyində Buçadakı təxribat mövzusunu irəli sürməkdə davam edəcəklər.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0