QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Smart Qarabağ" Hakatonu hansı sahələri əhatə edəcək?

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
"Smart Qarabağ" Hakatonu Bakıda ilk dəfə olaraq 26-29 may tarixlərində keçiriləcək. Qarabağın dirçəliş proqramına töhfə vermək istəyən 188 proqramçı və texnologiya həvəskarı təşkil olunacaq yarışmaya müraciət ünvanlayıb.
BAKI, 11 aprel — Sputnik. "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində "Smart Qarabağ" Hakatonuna qeydiyyat yekunlaşıb.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycandan, ümumilikdə 131 nəfər beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. Bununla yanaşı, "Smart Qarabağ" Hakatonunda iştirakla bağlı Türkiyə Respublikasından 57 müraciət daxil olub.
Qarabağın dirçəliş proqramına töhfə vermək istəyən 188 proqramçı və texnologiya həvəskarı "Ağıllı şəhər" konsepsiyası üzrə təşkil olunacaq yarışmaya müraciət ünvanlayıb. Münsiflər heyəti daxil olan 188 müraciəti tədbirin şərtləri çərçivəsində qiymətləndirərək növbəti mərhələyə keçid alan iştirakçıları təyin edəcəklər.
Qeyd edək ki, "Əşyaların interneti", "Süni zəka", "Maşın öyrənilməsi", "Bulud" və digər aparıcı texnologiyaları özündə cəmləşdirən "Ağıllı şəhər" konsepsiyası üzrə keçiriləcək "Smart Qarabağ" Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.
"Smart Qarabağ" Hakatonu Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0