Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə birbaşa danışıqlardan başqa alternativ yoxdur - Avstriya Kansleri

© Sputnik / Стрингер / Mediabanka keçidAvstriya kansleri Karl Nehammer
Avstriya kansleri Karl Nehammer  - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
Avstriya hökumətinin başçısı Putinlə söhbətində Rusiyaya qarşı sanksiyaların “Ukraynada insanlar öldüyü müddətdə” qüvvədə qalacağını və daha da sərtləşəcəyini vurğulayıb.
BAKI, 11 aprel - Sputnik. Avstriya kansleri Karl Nehammer Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra bildirib ki, bütün fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə birbaşa danışıqlara alternativ görmür.
Kurier nəşri Nehammerdən sitat gətirib: “Mənim üçün bütün fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə birbaşa danışıqlara cəhd etməkdən başqa alternativ yoxdur”.
Nehammer Moskvaya səfərin onun üçün “vəzifə” olduğunu deyib:
"Bu, mənim üçün vəzifədir, məsuliyyətdən doğan bir vəzifə: döyüşləri dayandırmaq və ya ən azı humanitar məsələlərdə irəliləyiş əldə etmək üçün hər şeyi etməyə çalışmaq".
Avstriya kansleri Karl Nehammer Rusiya prezidenti Vladimir Putinlə danışıqları açıq, lakin sərt adlandırıb.
"Prezident Putinlə söhbət çox birbaşa, açıq və sərt oldu" , - deyə kansler jurnalistlərə bildirib.
Nehammer əlavə edib ki, səfər heç də dostluq şəraitində baş tutmayıb. O, ilk növbədə humanitar məsələləri müzakirə etmək istəyib.
Kurier nəşrinin yazdığına görə, kansler Rusiya prezidenti ilə söhbətində içməli su və qida təchizatı, həmçinin qadınların, uşaqların və yaralıların təxliyyəsi üçün dəhlizlərə ehtiyac olduğunu qeyd edib.
Nehammer Putinlə görüşünü avropalı tərəfdaşları ilə müzakirə etmək və gələcək addımları razılaşdırmaq niyyətindədir.
***
Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Avstriya Kansleri Karl Nehammer arasında danışıqlar başa çatıb.
Bu barədə Kanslerin sözçüsü Etyen Berhold məlumat verib. O, danışıqların 75 dəqiqə davam etdiyini bildirib.
Rusiya Prezidentinin Moskva vilayətindəki iqamətgahında keçirilən görüşdə Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub.
Kremlin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Avstriya tərəfinin xahişi ilə Putin-Nehammer danışıqları qapalı rejimdə keçirilib.
Avstriya kansleri Moskvaya niyə gedib?
Avstriya kansleri Karl Nehammer ötən gün Twitter hesabında Putinlə müzakirə edəcəyi mövzulara toxunub:
“Sabah Moskvada Vladimir Putinlə görüşəcəm. Biz hərbi baxımdan neytralıq. Bizə humanitar dəhlizlər, atəşkəs və hərbi cinayətlərin tam araşdırılması lazımdır”.
Hökumət başçısı bu səfərin Moskva və Kiyev arasında dialoqun inkişaf etdirilməsi məqsədini daşıdığını bildirib. Qeyd edilib ki, səfər Avropa İttifaqının müvafiq qurumları ilə razılaşdırılıb.
Münaqişə başlayandan rəsmi Vyana özünün hərbi neytrallığını dəfələrlə vurğulasa da, əxlaqi, siyasi və diplomatik sahədə məsələyə biganə qalmayacağını bəyan edib. Aprelin 9-da gözlənilmədən Kiyevə səfər edən K.Nehammer qeyd edib ki, Moskva səfərində əsas hədəfi Ukraynadakı insanlara kömək etmək, hərbi əməliyyatların dayandırılmasına və sülhə nail olmaqdır.
Qeyd edilməlidir ki, fevralın 24-dən bəri ilk Avropa İttifaqı üzvünün hökumət başçısı qismində K.Nehammer səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşmək imkanına malik olacaq. K.Nehammerin sözlərinə görə, Moskva səfəri onun şəxsi təşəbbüsü əsasında keçiriləcək və bu barədə qərarı hələ Kiyevə səfəri planlaşdırılarkən verib.
Xatırladaq ki, Avstriya kansleri Karl Nehammer aprelin 9-da Kiyevə səfər edərək Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
 Карл Нехаммер, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.04.2022
DÜNYA XƏBƏRLƏRİ
Avstriya kansleri Moskvaya gedəcək: Ərdoğan səfərdən əvvəl onunla nə danışıb?
Xəbər lenti
0