Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyanın Ka-52 təyyarələri Ukrayna SQ-nin texnika karvanını məhv edib - video

© Sputnik / Ministry of Defence of the Russian Federation / Mediabanka keçidRusiya ordusunun helikopteri
Rusiya ordusunun helikopteri - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Rusiya MN-in yaydığı videoda aşağı hündürlükdə uçan iki Ka-52-nin Ukrayna konvoyuna raketlər və 30 mm-lik pnevmatik silah atdığı göstərilir.
BAKI, 10 aprel - Sputnik. Rusiya Müdafiə Nazirliyi iki Ka-52 Alligator hücum helikopteri tərəfindən Ukrayna qoşunlarının zirehli texnika karvanının məhv edilməsinin görüntülərini yayıb.
Videoda 80 mm kalibrli idarə olunmayan S-8 raketlərinin helikopterdən asılmış buraxılış qurğularına yüklənməsi əks olunub.
Daha sonra aşağı hündürlükdə uçan iki Ka-52-nin Ukrayna konvoyuna raketlər və 30 mm-lik pnevmatik silah atdığı göstərilir.
Bu arada Rusiya MN Ukraynada humanitar vəziyyət barədə məlumatı təqdim edib. Qeyd olunur ki, son sutka ərzində Ukraynanın təhlükəli ərazilərindən Kiyevin iştirakı olmadan Rusiyaya 26,7 min insan təxliyyə edilib.

"Millətçilər hələ də 13 ölkənin 6 362 vətəndaşını girov kimi saxlayır. Ukrayna tərəfi limanlarda 18 ölkənin 77 gəmisini qapadaraq oranı tərk etməyə qoymur", - MN-in məlumatında deyilir.
Qeyd edək ki, Rusiya Ukraynaya martın əvvəlindən 10 min ton humanitar yardım çatdırıb. Eyniz zamanda Mariupoldan əlavə humanitar dəhliz açıb.
Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putinin sözlərinə görə, onun məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanları qorumaqdır”.
Lakin Ukraynanın işğalından söhbət gedə bilməz, Putin vurğulayıb. Müdafiə Nazirliyi bəyan edib ki, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Martın 25-də onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetirdilər - onlar Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıblar.
Rusiya hərbi idarəsində əsas məqsəd Donbasın azad edilməsi adlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0