https://sputnik.az/20220409/shs-3-muqavilesi-strateji-sabitliyin-qizil-standartidir---antonov-440966036.html
SHS-3 müqaviləsi strateji sabitliyin qızıl standartıdır - Antonov
SHS-3 müqaviləsi strateji sabitliyin qızıl standartıdır - Antonov
Sputnik Azərbaycan
ABŞ vaxtı uzadılan SHS-3-ün saxlanmasında və onun təkmilləşdirilməsi işlərin bərpasında maraqlı olduğunu nümayiş etdirir. 09.04.2022, Sputnik Azərbaycan
2022-04-09T18:24+0400
2022-04-09T18:24+0400
2022-04-09T18:24+0400
rusiya
anatoli antonov
səfir
rusiya
abş
https://cdnn1.img.sputnik.az/img/41487/95/414879567_0:24:2785:1590_1920x0_80_0_0_e1b0e9e6ea3a0c7346cef8fcaa3e59ab.jpg
BAKI, 9 aprel - Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Rusiya-Amerika nüvə silahlarına nəzarətə dair SHS-3 (strateji hücum silahları) müqaviləsini “strateji sabitliyin qızıl standartı” adlandırıb və onu qoruyub saxlamağa çağırıb. Bu barədə RİA Novosti xəbər yayıb. “Əslində bu gün qalan, Rusiya və ABŞ-ın milli maraqlarına cavab verən yeganə razılaşma SHS-3 müqaviləsidir. Bu strateji sabitliyin qızıl standartıdır və qorunub saxlanmalıdır", - deyə Antonov Beynəlxalq Şiller İnstitutunun keçirdiyi konfransda çıxış edərkən bildirib.ABŞ hakimiyyəti də Co Baydenin prezidentliyinin ilk həftələrində uzadılan SHS-3-ün saxlanmasında və onun təkmilləşdirilməsi üzrə Ukrayna hadisələri fonunda dayandırılmış işlərin bərpasında maraqlı olduğunu bildirir.Antonov Qərbi son onilliklərdə İkinci Dünya Müharibəsindən sonra yaranmış kollektiv təhlükəsizlik sistemini məhv etməkdə ittiham edib."Biz RHM (raket hücumundan müdafiə silahlarının ixtisarına dair) müqaviləsi, açıq səma müqaviləsi kimi əsas razılaşmaları itirmişik", - deyə səfir xatırladıb.Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında saziş 2010-cu il aprelin 8-də Praqada (Çexiya) imzalanıb.Həmin sənəd 1991-ci il SHS Müqaviləsini əvəz edib və qüvvəyə mindikdən sonra isə 2002-ci ilStrateji Hücum Potensiallarının Azaldılması haqqında müqaviləni əvəz edib. 3 fevral 2021-ci ildə Moskva və Vaşinqton Müqavilənin müddətinin beş il uzadılması haqqında sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi ilə bağlı nota mübadiləsi aparıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220409/rusiya-ile-abs-arasinda-birbasa-herbi-qarsidurma-ola-biler---sefir-440954946.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41487/95/414879567_0:0:2731:2048_1920x0_80_0_0_6a71961f665eea8f67747161bef556a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anatoli antonov, səfir, rusiya, abş
anatoli antonov, səfir, rusiya, abş
SHS-3 müqaviləsi strateji sabitliyin qızıl standartıdır - Antonov
ABŞ vaxtı uzadılan SHS-3-ün saxlanmasında və onun təkmilləşdirilməsi işlərin bərpasında maraqlı olduğunu nümayiş etdirir.
BAKI, 9 aprel - Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Rusiya-Amerika nüvə silahlarına nəzarətə dair SHS-3 (strateji hücum silahları) müqaviləsini “strateji sabitliyin qızıl standartı” adlandırıb və onu qoruyub saxlamağa çağırıb. Bu barədə RİA Novosti xəbər yayıb.
“Əslində bu gün qalan, Rusiya və ABŞ-ın milli maraqlarına cavab verən yeganə razılaşma SHS-3 müqaviləsidir. Bu strateji sabitliyin qızıl standartıdır və qorunub saxlanmalıdır", - deyə Antonov Beynəlxalq Şiller İnstitutunun keçirdiyi konfransda çıxış edərkən bildirib.
ABŞ hakimiyyəti də Co Baydenin prezidentliyinin ilk həftələrində uzadılan SHS-3-ün saxlanmasında və onun təkmilləşdirilməsi üzrə Ukrayna hadisələri fonunda dayandırılmış işlərin bərpasında maraqlı olduğunu bildirir.
Antonov Qərbi son onilliklərdə İkinci Dünya Müharibəsindən sonra yaranmış kollektiv təhlükəsizlik sistemini məhv etməkdə ittiham edib.
"Biz RHM (raket hücumundan müdafiə silahlarının ixtisarına dair) müqaviləsi, açıq səma müqaviləsi kimi əsas razılaşmaları itirmişik", - deyə səfir xatırladıb.
Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında saziş 2010-cu il aprelin 8-də Praqada (Çexiya) imzalanıb.
Həmin sənəd 1991-ci il SHS Müqaviləsini əvəz edib və qüvvəyə mindikdən sonra isə 2002-ci ilStrateji Hücum Potensiallarının Azaldılması haqqında müqaviləni əvəz edib.
3 fevral 2021-ci ildə Moskva və Vaşinqton Müqavilənin müddətinin beş il uzadılması haqqında sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi ilə bağlı nota mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.