https://sputnik.az/20220409/rusiyadan-azerbaycana-idxal-edilen-tikinti-mallari-bahalasib-440932850.html
Rusiyadan Azərbaycana idxal edilən tikinti malları bahalaşıb
Rusiyadan Azərbaycana idxal edilən tikinti malları bahalaşıb
Sputnik Azərbaycan
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadovun sözlərinə görə, Rusiya rublu Azərbaycanda müəyyən qədər dəyər itirdiyi üçün qiymətlərdə kəskin fərq müşahidə... 09.04.2022, Sputnik Azərbaycan
2022-04-09T07:15+0400
2022-04-09T07:15+0400
2022-04-09T07:15+0400
tikinti
rusiya
rubl
tikinti materialları
tikinti şirkətləri
https://cdnn1.img.sputnik.az/img/40473/95/404739594_0:0:1800:1014_1920x0_80_0_0_bda15dec6444736d1df44744b7038e67.jpg
BAKI, 9 aprel — Sputnik. Ukraynada Rusiyanın xüsusi əməliyyatı inşaat bazarına təsirsiz ötüşməyib. Rusiyadan Azərbaycana gətirilən xammalın qiymətində daha öncəki aylarla müqayisədə fərqlər, malların çatdırılmasında isə məhdudiyyətlər var.Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.Onun sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiyada inşaat materiallarının qiymətində artım müşahidə olunur: "Rusiyada bəzi istehsalçılar müvəqqəti olaraq satışı dayandırıblar. Bundan başqa, qeyd edim ki, xaricdən xammal olaraq Rusiyaya gətirilən bəzi tikinti mallarının qiymətində də kəskin artım var".E.Azadov bildirir ki, Rusiyanın özündə istehsal olunan məhsullarda 15-30 faizədək, Rusiyaya xammal olaraq xaricdən gətirilən tikinti mallarında isə 50-80 faizədək bahalaşma var. Azərbaycana idxal edilən, xammalı Rusiyadan olan, orada istehsal olunan tikinti mallarının qiymətində 5-10, xammalı xaricdən gətirilərək Rusiyada istehsal olunan tikinti mallarının qiymətində isə 50 faizədək artım var: "Rus rublu Azərbaycanda müəyyən qədər dəyər itirdiyi üçün qiymətlərdə kəskin fərq müşahidə olunmur".Qeyd edək ki, tikinti malları bazarında qiymət artımının olması daşınmaz əmlak bazarında müəyyən qədər qiymətlərin qalxmasına səbəb olub. Daşınmaz əmlak üzrə ekspertlər mənzil bazarında təxminən 10-15 faizədək bahalaşmanın olduğunu deyirlər. Xüsusən də yeni tikililərdə mənzillərin qiymətinin qalxdığı vurğulanır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40473/95/404739594_237:0:1589:1014_1920x0_80_0_0_452c1ee28e8325400ed2673ef2b55ac1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tikinti, rubl, tikinti materialları, tikinti şirkətləri
tikinti, rubl, tikinti materialları, tikinti şirkətləri
Rusiyadan Azərbaycana idxal edilən tikinti malları bahalaşıb
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadovun sözlərinə görə, Rusiya rublu Azərbaycanda müəyyən qədər dəyər itirdiyi üçün qiymətlərdə kəskin fərq müşahidə olunmur.
BAKI, 9 aprel — Sputnik. Ukraynada Rusiyanın xüsusi əməliyyatı inşaat bazarına təsirsiz ötüşməyib. Rusiyadan Azərbaycana gətirilən xammalın qiymətində daha öncəki aylarla müqayisədə fərqlər, malların çatdırılmasında isə məhdudiyyətlər var.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiyada inşaat materiallarının qiymətində artım müşahidə olunur: "Rusiyada bəzi istehsalçılar müvəqqəti olaraq satışı dayandırıblar. Bundan başqa, qeyd edim ki, xaricdən xammal olaraq Rusiyaya gətirilən bəzi tikinti mallarının qiymətində də kəskin artım var".
E.Azadov bildirir ki, Rusiyanın özündə istehsal olunan məhsullarda 15-30 faizədək, Rusiyaya xammal olaraq xaricdən gətirilən tikinti mallarında isə 50-80 faizədək bahalaşma var. Azərbaycana idxal edilən, xammalı Rusiyadan olan, orada istehsal olunan tikinti mallarının qiymətində 5-10, xammalı xaricdən gətirilərək Rusiyada istehsal olunan tikinti mallarının qiymətində isə 50 faizədək artım var: "Rus rublu Azərbaycanda müəyyən qədər dəyər itirdiyi üçün qiymətlərdə kəskin fərq müşahidə olunmur".
Qeyd edək ki, tikinti malları bazarında qiymət artımının olması daşınmaz əmlak bazarında müəyyən qədər qiymətlərin qalxmasına səbəb olub. Daşınmaz əmlak üzrə ekspertlər mənzil bazarında təxminən 10-15 faizədək bahalaşmanın olduğunu deyirlər. Xüsusən də yeni tikililərdə mənzillərin qiymətinin qalxdığı vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.