Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zaxarova: NATO Ukraynanın əli ilə Rusiyaya qarşı döyüşür

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Ukraynaya dəstəyinin münaqişənin uzanmasına gətirib çıxardığını açıqlayıb
BAKI, 8 aprel — Sputnik. NATO Ukraynaya silah tədarükünü davam etdirməklə münaqişənin uzanmasına gətirib çıxarır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra bildirib.
"Ukraynanı əlavə silahlarla təmin etməyə davam edən alyans münaqişənin uzanmasına gətirib çıxarır. O, Kiyev rejiminin müharibə cinayətlərinə və təkcə Donbasda deyil, bütün Ukraynada mülki insanlara qarşı törətdiyi qəddarlığa görə cəzasız qalacağına inamını qüvvətləndirir", - şərhdə deyilir.
"Kiyev rejiminin təkcə Donbasda deyil, bütün Ukraynada müharibə cinayətlərinə və mülki insanlara qarşı qəddarlığa görə cəzasız qalacağına inamını dəstəkləyirlər. Getdikcə daha aydın olur ki, münaqişəyə açıq şəkildə daxil olmasını inkar etməklə, Şimali Atlantika bloku əslində uzun müddətdir ki, Ukraynanın tərəfində və onun əli ilə Rusiyaya qarşı vuruşur", - Zaxarova əlavə edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 08.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov: Ukrayna ilə danışıqlarda qarşımızda duran vəzifələri yerinə yetirəcəyik
Xəbər lenti
0