Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və ABŞ danışmaq üçün yer axtarır

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya Dövlət Başçısı Vladimir Putin və ABŞ Prezidenti Joe Biden zirvəsi ərəfəsində Cenevrədəki Monblan körpüsündə Rusiya və ABŞ bayraqları, arxiv şəkli
Rusiya Dövlət Başçısı Vladimir Putin və ABŞ Prezidenti Joe Biden zirvəsi ərəfəsində Cenevrədəki Monblan körpüsündə Rusiya və ABŞ bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, ikitərəfli məşvərət komissiyasının növbəti iclasının keçiriləcəyi yerlə bağlı ABŞ-a təkliflər təqdim edilib.
BAKI, 8 aprel — Sputnik. Rusiya və ABŞ yazda Strateji Hücum Silahları Müqaviləsi üzrə ikitərəfli Məşvərət Komissiyasının növbəti iclasını keçirməyi planlaşdırırdılar. Lakin yer və vaxtla bağlı razılığa gəlməkdə problemlərə görə təxirə salmalı oldular: Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, İsveçrə qeyri-dost hərəkətlərindən sonra Moskva üçün məqbul platforma olmaqdan kənarda qaldı: "İkitərəfli məşvərət komissiyasının növbəti iclası bu ilin yazına planlaşdırılıb və tərəflər onun hazırlanmasına başlayıblar. Bununla belə, indiyədək belə görüşlərin keçirildiyi Cenevrədə təmaslar bizim üçün məqbul platforma olmaqdan çıxıb. Səbəb İsveçrə hökumətinin Rusiyaya və Rusiya rəhbərliyinə qarşı qeyri-dost hərəkətləridir".
O qeyd edib ki, Rusiya iclasın başqa yerdə keçirilməsini təklif edib, çünki müqavilə buna imkan verir, lakin amerikalılar bununla razılaşmırlar.
Xatırladaq ki, bir müddət əvvəl Vladimir Putin "Xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab viza tədbirləri haqqında" fərman imzalayıb. Rusiya Aİ, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza rejiminin sadələşdirilməsi sazişlərinin müəyyən bəndlərini dayandırıb. Xüsusilə, söhbət Aİ ölkələrinin rəsmi nümayəndə heyətlərinin üzvlərindən və jurnalistlərdən gedir. Həmçinin diplomatik pasport sahiblərinin Rusiyaya vizasız daxil ola bilməsi norması da dayandırılıb.
Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə hərbi xüsusi əməliyyatın başlamasından sonra xeyli pisləşib. ABŞ-ın ardınca Aİ Moskvaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edib, Rusiyanın enerji resurslarından asılılığı azaltmaq çağırışları daha gur səslənməyə başlayıb, müxtəlif ölkələr onlarla rus diplomatını ölkədən çıxarıb.
Moskva cavab olaraq Aİ-nin bütün 27 dövlətini, on digər ölkəni dost olmayanlar siyahısına salıb. İndi ABŞ başda olmaqla bu siyahıda 48 ölkə var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0