https://sputnik.az/20220408/medvedev-rusiyaya-qarsi-sanksiyalarin-nelere-getirib-cixaracagini-sadalayib-440945694.html
Medvedev Rusiyaya qarşı sanksiyaların nələrə gətirib çıxaracağını sadalayıb
Medvedev Rusiyaya qarşı sanksiyaların nələrə gətirib çıxaracağını sadalayıb
Sputnik Azərbaycan
Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev fikrincə, qeyri-qanuni sanksiyalar həmişə beynəlxalq hüquq sisteminin deqradasiyasına... 08.04.2022, Sputnik Azərbaycan
2022-04-08T19:41+0400
2022-04-08T19:41+0400
2022-04-08T20:17+0400
dmitri medvedev
rusiya
rusiya
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813232_0:0:2898:1631_1920x0_80_0_0_d7c791490537f2f6569208c83375ed0f.jpg
BAKI, 8 aprel — Sputnik. Qeyri-qanuni sanksiyalar müvəqqətidir və nə vaxtsa sona çatacaq. Nəticəsi məhv edilmiş beynəlxalq nizam və dünya iqtisadiyyatı üçün dəhşətli olacaq. Və onların ləğvi onların yüksək effektivliyinə dair hay-küylü ritorika ilə müşayiət olunacaq, lakin bu, yalan olacaq.Bu sözləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev sanksiyaların nəticələrindən danışarkən deyib. "Bu dünyada hər şey kimi qeyri-qanuni sanksiyalar da müvəqqətidir və nə vaxtsa sona çatacaq. Onlar beynəlxalq asayişin dağıdılması, dünya iqtisadiyyatı və ayrı-ayrı ölkələrin həyatı üçün son dərəcə ağır nəticələrə gətirib çıxaracaq. Eyni zamanda, seçicilərin diqqəti bir sıra dövlətlərin öz iqtisadi problemlərinə görə Rusiyanı günahlandırmaq kimi səhv istiqamətə yönləndiriləcək”, - o, Telegram kanalında yazıb.Medvedevin sözlərinə görə, sanksiyalar onların effektivliyinə dair sözlərlə ləğv ediləcək."Və hətta qeyri-qanuni sanksiyaların ləğvi də onların yüksək effektivliyi ilə bağlı cəsur ritorika ilə müşayiət olunacaq. Baxmayaraq ki, o vaxta kimi onların effektivliyinin mütləq yalan olduğu hər kəsə aydın olacaq. Bunlar janrın qanunlarıdır", - Medvedev bildirib. Onun fikrincə, qeyri-qanuni sanksiyalar həmişə beynəlxalq hüquq sisteminin deqradasiyasına səbəb olur:"Mövcud qeyri-qanuni təsir tədbirləri, onların genişliyi, əhatə dairəsi və rüsvayçılıq dərəcəsinə görə görünməmiş şəkildə bütün beynəlxalq institutların, o cümlədən BMT-nin daha da iflasına, beynəlxalq hüquq normalarına tamamilə etinasızlığa səbəb olacaq”.Medvedev qeyd edib ki, cümə axşamı bu, BMT-dəki İnsan Hüquqları Şurasının (İHŞ) başına gəlib. "BMT Rusiya üçün legitimliyini itirib. Diplomatik münasibətlər də tam dalana dirənəcək, bir sıra dövlətlərlə onların səviyyəsi aşağı düşəcək və ya tamamilə pozulacaq", - Medvedev bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813232_167:0:2898:2048_1920x0_80_0_0_39b2f9895f84d3a441824f671a3bda8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri medvedev, rusiya, bmt
dmitri medvedev, rusiya, bmt
Medvedev Rusiyaya qarşı sanksiyaların nələrə gətirib çıxaracağını sadalayıb
19:41 08.04.2022 (Yenilənib: 20:17 08.04.2022) Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev fikrincə, qeyri-qanuni sanksiyalar həmişə beynəlxalq hüquq sisteminin deqradasiyasına səbəb olur.
BAKI, 8 aprel — Sputnik. Qeyri-qanuni sanksiyalar müvəqqətidir və nə vaxtsa sona çatacaq. Nəticəsi məhv edilmiş beynəlxalq nizam və dünya iqtisadiyyatı üçün dəhşətli olacaq. Və onların ləğvi onların yüksək effektivliyinə dair hay-küylü ritorika ilə müşayiət olunacaq, lakin bu, yalan olacaq.
Bu sözləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev sanksiyaların nəticələrindən danışarkən deyib.
"Bu dünyada hər şey kimi qeyri-qanuni sanksiyalar da müvəqqətidir və nə vaxtsa sona çatacaq. Onlar beynəlxalq asayişin dağıdılması, dünya iqtisadiyyatı və ayrı-ayrı ölkələrin həyatı üçün son dərəcə ağır nəticələrə gətirib çıxaracaq. Eyni zamanda, seçicilərin diqqəti bir sıra dövlətlərin öz iqtisadi problemlərinə görə Rusiyanı günahlandırmaq kimi səhv istiqamətə yönləndiriləcək”, - o, Telegram kanalında yazıb.
Medvedevin sözlərinə görə, sanksiyalar onların effektivliyinə dair sözlərlə ləğv ediləcək.
"Və hətta qeyri-qanuni sanksiyaların ləğvi də onların yüksək effektivliyi ilə bağlı cəsur ritorika ilə müşayiət olunacaq. Baxmayaraq ki, o vaxta kimi onların effektivliyinin mütləq yalan olduğu hər kəsə aydın olacaq. Bunlar janrın qanunlarıdır", - Medvedev bildirib.
Onun fikrincə, qeyri-qanuni sanksiyalar həmişə beynəlxalq hüquq sisteminin deqradasiyasına səbəb olur:
"Mövcud qeyri-qanuni təsir tədbirləri, onların genişliyi, əhatə dairəsi və rüsvayçılıq dərəcəsinə görə görünməmiş şəkildə bütün beynəlxalq institutların, o cümlədən BMT-nin daha da iflasına, beynəlxalq hüquq normalarına tamamilə etinasızlığa səbəb olacaq”.
Medvedev qeyd edib ki, cümə axşamı bu, BMT-dəki İnsan Hüquqları Şurasının (İHŞ) başına gəlib.
"BMT Rusiya üçün legitimliyini itirib. Diplomatik münasibətlər də tam dalana dirənəcək, bir sıra dövlətlərlə onların səviyyəsi aşağı düşəcək və ya tamamilə pozulacaq", - Medvedev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.