Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Marşrutlarda gediş haqqı artırıla bilər - Tarif Şurasına müraciət edildi

© Photo : Baku Transport AgencyАвтобус на остановке в Баку, фото из архива
Автобус на остановке в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Sərnişindaşıma ilə məşğul olan şirkətlər bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Onlar qiymətin maksimum 85, minimum 40-50 qəpik olmasını istəyirlər.
BAKI, 8 aprel — Sputnik. Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb:
"Buna baxmayaraq, hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80%-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir.
Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarını risk altına salıb".
Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə Bakıda tətbiq edilən tarifin qonşu ölkələrlə müqayisəsi aparılıb.
Bildirilir ki, təkcə 2022-ci ildə qonşu ölkələrə nəzər saldıqda məlum olur ki, ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı dəyəri artıb.
Həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi 4 mart 2019-cu il tarixli qərarla sərnişindaşıma şirkətləri qarşısında bir sıra vacib tələblər müəyyənləşdirilib. Bu tələblərdən biri 1 yanvar 2025-ci il tarixindən etibarən Bakı şəhərində yalnız elektrik və ya CNG (sıxılmış təbii qaz) yanacağı ilə çalışan avtobusların istismara qəbul ediləcəyi ilə bağlıdır.
Daşıyıcılar şikayətlənir ki, ötən illərdə tərəfimizdən avtobus parkının yenilənməsi, müasir AVRO tələblərə cavab verən avtobus nəqliyyat vasitələrinin alınması istiqamətində bir sıra addımlar atılıb, avtobus parkımızın müəyyən hissəsini mövcud tariflərə baxmayaraq yeniləyə biliblər. Lakin məlum qərarın müəyyənləşdirdiyi tələblərə cavab verən avtobusların qiyməti xeyli bahadır və həmin nəqliyyat vasitələrini alaraq istismara qəbul etməkləri hazırki tariflərlə mümkün deyildir.
Hazırda yaranmış şəraitlə əlaqədar şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir. Həmçinin 2 ildən artıqdır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına səbəb olub.
Daşıyıcılar əsaslandırıblar ki, ümumilikdə isə sektorda 6 min nəfərdən çox şəxs çalışır ki, bir ailədə orta hesabla 4 nəfərin olduğunu nəzərə alsaq, ictimai nəqliyyatda gediş haqqının məbləği 24 min nəfərdən çox insanın sosial təminatı baxımından əhəmiyyətlidir.
Müraciəti aşağıdakı şirkətlər imzalayıb:
1. "Xaliq Faiqoğlu" MMC
2. "Çinar Trans" MMC
3. "General- Auto- Company" firması
4. "Kral Transport" MMC
5. "Azlənd Plaza" MMC
6. "Ayşən" MMC
7. "Bus Trans" MMC
8. "Monella" MMC
9. "VƏTƏN.AZ-TRANS" MMC
10. "Dördüncü Blok" MMC
11. "VƏTƏN Firması" MMC
12. "ÜÇ QARDAŞ" MMC
13. "6 DOST" MMC
14. "BMH" MMC
15. "GRAND BUS" MMC
16. KƏNAN-2000 ŞİRKƏTİ" MMC
17. "STATUS AVTO" MMC
18. "TRANSKONTROL" MMC
19. "ŞİDLİ-A.İ" MMC
Həmin şirkətlərin nümayəndələri Sputnik Azərbaycan-a bildiriblər ki, onlar qiymətin maksimum 85, minimum 40-50 qəpik olmasını istəyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0