Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xüsusi əməliyyatın məqsədlərindən biri III Dünya savaşının qarşısının alınmasıdır - Peskov

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, Ukraynadakı xüsusi əməliyyat Ukraynanın mövqeyindən asılı olaraq başa çata bilər.
BAKI, 7 aprel - Sputnik. Mariupol "gec-tez" Ukrayna millətçi batalyonlarından azad ediləcək. RİA Novosti xəbər verir ki, belə bir bəyanatla Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
"Mariupol millətçi batalyonlardan azad ediləcək. Və ümid edirik ki, bu, gec-tez baş verəcək", - deyə Peskov Britaniyanın "Sky News" telekanalının efirində bildirib.
Daha sonta mətbuat katibi bildirib ki, Rusiya Federasiyasında Ukrayna millətçi batalyonlarının dəhşətli hərəkətlərindən Mariupol və Buçada törətdiklərinin çoxlu şahidləri var.
"Rusiya Ukraynadakı bütün cinayətlərin obyektiv araşdırılmasında maraqlıdır", - deyə Peskov viurğulayıb.
Peskov həmçinin bildirib ki, Ukraynada həyata keçirilən xüsusi əməliyyatın məqsədlərindən biri Üçüncü Dünya müharibəsi təhlükəsinin qarşısının alınmasıdır:

"Təsəvvür edin ki, NATO üzvü olan Ukrayna Krımın qaytarılmasını düşünərək Rusiya və Rusiyanın Krımına hücum edir. Təşkilatın Nizamnaməsinin 5-ci maddəsini tətbiq edərək, nüvə silahına malik NATO ölkələri Ukraynanı müdafiə etməli olacaqlar, orada üçüncü dünya müharibəsi meydana çıxa bilər. İndi görülən tədbirlər bizi belə bir müharibənin hər hansı potensial təhlükəsindən müdafiədir”.

Daha sonra RF Prezidentinin mətbuat katibi yaxın günlərdə və ya yaxın gələcəkdə Ukraynada keçiriləcək xüsusi əməliyyatın öz məqsədlərinə çatacağına və ya danışıqlar yolu ilə başa çatacağına ümid etdiyini dilə gətirib.
O bildirib ki, Ukraynadakı əməliyyat diplomatiya yolu ilə başa çata bilər. Peskovun sözlərinə görə, bu, Ukraynanın mövqeyindən və Rusiyanın şərtləri ilə razılaşmadan asılıdır.
D.Peskov Rusiya Ukrayna ilə danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmağa hazır olduğunu dilə gətirib:
“Bu, Rusiyanın həqiqətən də danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmağa hazır olduğunu göstərmək üçün xoşməramlı jest idi (Rusiya Federasiyasının Kiyev və Çerniqov ətrafında hərbi fəallığını azaltması – red.)...”.
"Putin müharibə cinayətləri məhkəməsinə çıxarılacağından narahatdırmı?” sualına cavab verən Peskov bildirib ki, Vladimir Putinin hərbi cinayətlərə görə mühakimə olunma ehtimalı yoxdur.
“Xeyr, biz bunun heç bir ehtimalını görmürük”, – deyə Peskov bildirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya XİN binası - Sputnik Azərbaycan, 1920, 07.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya iqtisadiyyatı ABŞ sanksiyalarına tab gətirəcək - XİN
Xəbər lenti
0