Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda yolu asfaltladılar, maşın dayanan yerə asfalt vurulmadı

© Azerbaijan Highway State AgencyYol təmiri, arxiv şəkli
Yol təmiri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yol çəkilərkən avtomobilin park edildiyi hissə olduğu kimi qalıb.
BAKI, 7 aprel — Sputnik. Sosial şəbəkələrdə yol təmiri zamanı kənarda park edilmiş avtomobilin olduğu yerə asfalt vurulmayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, həmin foto Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib.
Yol asfaltlanarkən Rusiya dövlət nömrə nişanlı avtomobilin park edildiyi hissə olduğu kimi qalıb. Bu isə sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında təmir zamanı həmin avtomobilin sahibinin tapılmadığı üçün belə bir hadisənin baş verdiyini bildirib:
"AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı nəqliyyat vasitəsinə toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Artıq bu gün həmin problem aradan qaldırılacaq".
Qeyd edək ki, sosial şəbəkələrdəki qınaqdan sonra yol asfaltlanıb.
Xəbər lenti
0