Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycan öz qəhrəmanlarını xatırlayır və ehtiramla yad edir - ANONS

© Sputnik / Shahperi AbbasovaArmed Mişel
Armed Mişel - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin onlayn mətbuat konfransında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi İlham Abbasov danışacaq.
BAKI, 7 aprel — Sputnik. Hər il aprelin 10-da və 11-də bütün dünyada qeyd olunan Beynəlxalq Müqavimət Hərəkatı Günü və Faşist konsentrasiya düşərgələrinin əsirlərinin azad edilməsi günü Azərbaycan üçün də xüsusi məna kəsb edir. Azərbaycan əsgərləri həm Müqavimət Hərəkatının fəal iştirakçıları olub, həm də həbs düşərgələrində əsirlərinin azad edilməsində iştirak ediblər.
Mehdi Hüseynzadənin (Mixaylo), Əhmədiyyə Cəbrayılovun (Armed Mişel) və başqalarının adları bu gün ölkədə və onun hüdudlarından kənarda yaxşı tanınır. Bütün ölkə onlarla həqiqətən fəxr edir. Eyni zamanda, bu müharibənin çoxlu naməlum qəhrəmanları olub ki, onlar illərdir Azərbaycanda və onun hüdudlarından kənarda tanınmış tədqiqatçı İlham Abbasov tərəfindən öyrənilib.
Tədqiqatçının aprelin 26-da Rossotrudniçestvo binasında azərbaycanlıların Müqavimət Hərəkatında roluna həsr olunmuş fərdi sərgisi keçiriləcək.
Azərbaycanlıların Müqavimət Hərəkatında iştirak salnaməsinin az öyrənilmiş və məlum olmayan səhifələri haqqında aprelin 8-də saat 12:00-da fəlsəfə doktoru, Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi İlham Abbasov Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin təşkil etdiyi onlayn mətbuat konfransında danışacaq.
Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0