Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mənbə: Jirinovski ilə vida mərasimi cümə günü baş tutacaq

© Photo : LENTARusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski
Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Abunə olmaq
Mərhum partiya rəhbəri 5 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb və bununla da Rusiyada rekord qırıb.
BAKI, 6 aprel — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının (RLDP) banisi və lideri Vladimir Jirinovski ilə vida mərasimi cümə günü baş tutacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbə məlumat verib.
"Vida cümə günü olacaq", - deyə agentliyin həmsöhbəti bildirib.
Bu yaxınlarda RİA Novosti-nin mənbəsi bildirib ki, siyasətçi ilə vida mərasiminin İttifaqlar Evinin Sütunlu salonunda keçirilməsi planlaşdırılır. Dəfn mərasimi Vladimir Jirinovskinin qohumlarının da dəfn olunduğu Troyekurovski qəbiristanlığında keçiriləcək.
Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946-cı ildə SSRİ-nin Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907–1983) milliyətcə yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə rusiyalı olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürüb. Vladimir orta təhsilini Astana şəhəri, 25 saylı orta məktəbdə alıb. 1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində təhsil alıb. 1965–1967-ci illərdə "Markizm-Leninizm Universiteti"ndə "Xarici Əlaqələr" fakültəsində magistr pilləsini qazanıb. 1972–1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alıb.
Ali təhsilini bitirdikdən sonra Vladimir Jirinovski hərbçi vəzifəsində çalışmağa başlayaraq polkovnik rütbəsinə qədər qalxıb. 1975–1983-cü illər arasında siyasətçi Hüquqşünaslar Kollegiyasının üzvü olub. 1983–1990-cı illərdə "MİR" dərgisində çalışmağa başlayıb.
Vladimir Jirinovski 1990-cı ildə Sovet İttifaqı Liberal Demokrat Partiyasının (SİLP) üzvü, 1992-ci ildə isə Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993–2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və RLDP fraksiyasının lideri olub. 2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilmiş və bu səbəbdən fraksiyada liderliyi öz oğlu İqor Lebedevə ötürüb. 2011-ci ildə isə yenidən RLDP fraksiyasının Dumadakı liderinə çevrilib. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışından elə 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) deputat və 3 çağırışda (1999–2011) sədr müavini olub.
Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb və bununla da Rusiyada rekord qırıb.
Vladimir Jirinovskinin vəziyyəti 2 fevral 2022-ci il tarixində yeni növ koronavirus xəstəliyi səbəbi ilə ağırlaşıb və xəstəxanaya yerləşdirilib. İki aydan artıq müddətdə yataq xəstəsi olan Jirinovski tibbi cihazlara bağlı şəkildə yaşayıb. Vladimir Jirinovski 6 aprel 2022-ci ildə vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Руководитель фракции ЛДПР Владимир Жириновский на пленарном заседании Государственный Думы РФ - Sputnik Azərbaycan, 1920, 26.09.2021
RUSİYA
Jirinovski Putinə abortdan imtina edən qadınlara kompensasiya verilməsini təklif edib
Xəbər lenti
0