Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Stoltenberq Rusiya ilə münasibətlərin saxlanmasını zəruri hesab edir

© AFP 2023 / JOHN THYSNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Yens Stoltenberq bildirib ki, NATO Ukraynaya dəstək verir, ancaq Kiyev Rusiya Federasiyası ilə sülh şərtlərini özü müəyyən etməlidir.
BAKI, 5 aprel — Sputnik. NATO Rusiya ilə münasibətləri, o cümlədən risklərin azaldılması, şəffaflıq, silahlara nəzarət məsələlərini davam etdirməlidir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu baş katib Yens Stoltenberq bildirib.
“NATO-nun Rusiya ilə münasibətləri dəyişib... Ancaq Rusiya NATO-nun qonşusu olaraq qalır, NATO Rusiya ilə münasibətləri, o cümlədən risklərin azaldılması, şəffaflıq, silahlara nəzarət məsələlərini davam etdirməlidir”, - deyə Stoltenberq 6 və 7 aprel tarixlərində alyans ölkələrinin xarici işlər nazirlərinin iclası ərəfəsində keçirilən mətbuat konfransında bildirib.
Eyni zamanda o, “mənalı dialoq (alyansla – red.) artıq Rusiyanın maraqlarına uyğun deyil” mövqeyini ifadə edib.
Yens Stoltenberq bildirib ki, NATO Ukraynaya dəstək verir, ancaq Kiyev Rusiya Federasiyası ilə sülh şərtlərini özü müəyyən etməlidir.
“NATO Ukraynaya dəstək göstərib və hazırda da göstərir... Dəstəyi davam etdirəcəyik, çünki gördüklərimiz tamamilə qəbuledilməzdir... Ukrayna hökuməti, Prezident Zelenski və Ukrayna xalqına hansı sülh şərtlərini qəbul etmək barədə qərar vermək qalır”, - deyə baş katib bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0