https://sputnik.az/20220405/rusiya-mn-ukraynanin-itkilerini-aciqladi-440815671.html
Rusiya MN Ukraynadakı son durum barədə: Mariupola çıxan humanitar dəhliz atəşə tutulur
Rusiya MN Ukraynadakı son durum barədə: Mariupola çıxan humanitar dəhliz atəşə tutulur
Sputnik Azərbaycan
Mariupoldan yerli batalyonun komandanlığının təxliyəsinə cəhd edən iki helikopter vurulub. 05.04.2022, Sputnik Azərbaycan
2022-04-05T23:06+0400
2022-04-05T23:06+0400
2022-04-05T23:29+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
iqor konaşenkov
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440627894_0:320:3072:2048_1920x0_80_0_0_9c523bbf56c9e882319f24403d303499.jpg
BAKI, 5 aprel — Sputnik. Rusiya MN Ukraynadakı vəziyyət barədə son məlumatı təqdim edib. Bildirilir ki, Ukrayna millətçiləri Mariupola çıxan humanitar dəhlizin bir hissəsinin atəşə tutulmasını son günlər gücləndirib.Ukrayna tərəfi 5 apreldə Mariupoldan insanların təxliyəsi zamanı atəşkəsə riayət olunması ilə bağlı əldə olunan razılaşmanı yenidən pozub.Rusiya Silahlı Qüvvələri sutka ərzində təhlükəli ərazilərdən 18654 nəfər təxliyə edib.RF MN-in məlumatında o da qeyd edilir ki, Kiyev xarici gəmilərin limanları təhlükəsiz şəkildə tərk etməsini təmin etməyə hazır deyil.***Rusiya Müdafiə nazirliyi Ukraynanın Mariupol şəhərindəki vəziyyət barədə son məlumatı təqdim edib.Qeyd olunur ki, Rusiya ukraynalı hərbçilərə dəfələrlə şəhəri tərk etməyi təklif edib, yalnız bu hər dəfə rədd edilib."Rəsmi Kiyev hərbçilərinin həyatını qorumaqda maraqlı deyilsə, Rusiya SQ şəhəri millətçilərdən azad edəcək", - MN-in məlumatında deyilir.Həmçinin qeyd olunur ki, Mariupoldan yerli batalyonun komandanlığının təxliyəsinə cəhd edən iki helikopter vurulub.***Rusiya qoşunları ötən gecə Ukrayna qoşunlarının 134 hədəfini vurub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.O bildirib ki, gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin və raket qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 134 hərbi obyektini vurub.Onların arasında səkkiz komanda məntəqəsi və rabitə mərkəzi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün bir radar, "Toçka-U" raket kompleksi üçün bir buraxılış qurğusu, altı sursat anbarı və iki yanacaq anbarı, həmçinin 85 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440627894_341:0:3072:2048_1920x0_80_0_0_68bf44f8d14bcf50d8b45d314bc51341.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, iqor konaşenkov, rusiya müdafiə nazirliyi
ukrayna, iqor konaşenkov, rusiya müdafiə nazirliyi
Rusiya MN Ukraynadakı son durum barədə: Mariupola çıxan humanitar dəhliz atəşə tutulur
23:06 05.04.2022 (Yenilənib: 23:29 05.04.2022) Mariupoldan yerli batalyonun komandanlığının təxliyəsinə cəhd edən iki helikopter vurulub.
BAKI, 5 aprel — Sputnik. Rusiya MN Ukraynadakı vəziyyət barədə son məlumatı təqdim edib. Bildirilir ki, Ukrayna millətçiləri Mariupola çıxan humanitar dəhlizin bir hissəsinin atəşə tutulmasını son günlər gücləndirib.
Ukrayna tərəfi 5 apreldə Mariupoldan insanların təxliyəsi zamanı atəşkəsə riayət olunması ilə bağlı əldə olunan razılaşmanı yenidən pozub.
Rusiya Silahlı Qüvvələri sutka ərzində təhlükəli ərazilərdən 18654 nəfər təxliyə edib.
RF MN-in məlumatında o da qeyd edilir ki, Kiyev xarici gəmilərin limanları təhlükəsiz şəkildə tərk etməsini təmin etməyə hazır deyil.
Rusiya Müdafiə nazirliyi Ukraynanın Mariupol şəhərindəki vəziyyət barədə son məlumatı təqdim edib.
Qeyd olunur ki, Rusiya ukraynalı hərbçilərə dəfələrlə şəhəri tərk etməyi təklif edib, yalnız bu hər dəfə rədd edilib.
"Rəsmi Kiyev hərbçilərinin həyatını qorumaqda maraqlı deyilsə, Rusiya SQ şəhəri millətçilərdən azad edəcək", - MN-in məlumatında deyilir.
Həmçinin qeyd olunur ki, Mariupoldan yerli batalyonun komandanlığının təxliyəsinə cəhd edən iki helikopter vurulub.
Rusiya qoşunları ötən gecə Ukrayna qoşunlarının 134 hədəfini vurub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
O bildirib ki, gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin və raket qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 134 hərbi obyektini vurub.
Onların arasında səkkiz komanda məntəqəsi və rabitə mərkəzi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün bir radar, "Toçka-U" raket kompleksi üçün bir buraxılış qurğusu, altı sursat anbarı və iki yanacaq anbarı, həmçinin 85 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.