https://sputnik.az/20220405/moskva-kiyevle-sican-pisik-oynamaq-istemir---lavrov-440843647.html
Moskva Kiyevlə "siçan-pişik" oynamaq istəmir - Lavrov
Moskva Kiyevlə "siçan-pişik" oynamaq istəmir - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN başçısının sözlərinə görə, Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa... 05.04.2022, Sputnik Azərbaycan
2022-04-05T23:00+0400
2022-04-05T23:00+0400
2022-04-05T23:14+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_0:182:2996:1867_1920x0_80_0_0_cfdcc0b457c8301b564d2f58dd46f723.jpg
BAKI, 5 aprel - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarının perspektivlərini və Kiyevin taktikasını şərh edərkən deyib ki, Moskva Kiyevlə "siçan-pişik" oynamayacaq.“Bizi Ukrayna tərəfinin müqavilə bağlanarsa, bir neçə gün ərzində bütün hərbi əməliyyatların dayandırılmasını, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı tərk etməsini və bundan sonra referendum və parlamentdə ratifikasiya keçirməli olduğunu tələb etmək qərarına gəlməsi narahat edir. Çox böyük ehtimal var ki, bu ratifikasiya və referendum mənfi nəticə verdikdə, danışıqlar prosesinə yenidən başlamaq lazım gələcək. Biz belə "siçan-pişik" oynamaq istəmirik”, - deyə Lavrov jurnalistlərə bildirib.O qeyd edib ki, Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.Lavrovun sözlərinə görə, Buçadakı təxribat Ukraynanın o cümlədən Krımla bağlı mümkün sülh müddəalarını ilk dəfə kağıza köçürdüyü zaman baş verib.Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra yerlərdə gərginliyin azaldılmasının Rusiya Federasiyasının xoşməramlı jesti olduğunu söyləyib:“Rusiya Ukrayna ilə danışıqlar masası arxasında vicdanlı və ardıcıl işləməyə hazırdır”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220404/lavrov-moskva-kiyevin-milli-maraqlara-emel-edeceyine-umid-edir-440804864.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_133:0:2864:2048_1920x0_80_0_0_2e8ac9a40476b0a9d27ab5c9bedf7d9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, rusiya, ukrayna
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, rusiya, ukrayna
Moskva Kiyevlə "siçan-pişik" oynamaq istəmir - Lavrov
23:00 05.04.2022 (Yenilənib: 23:14 05.04.2022) Rusiya XİN başçısının sözlərinə görə, Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.
BAKI, 5 aprel - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarının perspektivlərini və Kiyevin taktikasını şərh edərkən deyib ki, Moskva Kiyevlə "siçan-pişik" oynamayacaq.
“Bizi Ukrayna tərəfinin müqavilə bağlanarsa, bir neçə gün ərzində bütün hərbi əməliyyatların dayandırılmasını, Rusiya Silahlı Qüvvələrinin Ukraynanı tərk etməsini və bundan sonra referendum və parlamentdə ratifikasiya keçirməli olduğunu tələb etmək qərarına gəlməsi narahat edir. Çox böyük ehtimal var ki, bu ratifikasiya və referendum mənfi nəticə verdikdə, danışıqlar prosesinə yenidən başlamaq lazım gələcək. Biz belə "siçan-pişik" oynamaq istəmirik”, - deyə Lavrov jurnalistlərə bildirib.
O qeyd edib ki, Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.
Lavrovun sözlərinə görə, Buçadakı təxribat Ukraynanın o cümlədən Krımla bağlı mümkün sülh müddəalarını ilk dəfə kağıza köçürdüyü zaman baş verib.
Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra yerlərdə gərginliyin azaldılmasının Rusiya Federasiyasının xoşməramlı jesti olduğunu söyləyib:
“Rusiya Ukrayna ilə danışıqlar masası arxasında vicdanlı və ardıcıl işləməyə hazırdır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.