https://sputnik.az/20220405/bakida-korpesini-oldurub-kuceye-atan-qadin-tutuldu-440837237.html
Bakıda körpəsini öldürüb küçəyə atan qadın tutuldu
Bakıda körpəsini öldürüb küçəyə atan qadın tutuldu
Sputnik Azərbaycan
Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması... 05.04.2022, Sputnik Azərbaycan
2022-04-05T20:55+0400
2022-04-05T20:55+0400
2022-04-05T20:55+0400
qandal
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/41270/56/412705624_0:0:2001:1125_1920x0_80_0_0_345ea1030b1c315a302dae43e7c7c3d9.jpg
BAKI, 5 aprel — Sputnik. Bakıda yeni doğulmuş körpəsini öldürərək küçəyə atan qadına cinayət işi açılıb. Sputnik Azərbaycan-ın Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, martın 31-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də A.K. Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.Xatırladaq ki, martın 31-də Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb. Hadisə paytaxtın Nizami rayonu, "8-ci kilometr" bazarı ərazisində qeydə alınıb. Həmin ərazidə yaşayış binalarının arasından torbada körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur.Qeyd edək ki, bir müddət öncə analoji hadisə Ağsu rayonunda baş vermişdi. Döl şəhər ərazisində yerləşən zibil qutusuna atılmışdı. Dölün kim tərəfindən atıldığı məlum deyildi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41270/56/412705624_60:0:1839:1334_1920x0_80_0_0_36d46dfd97caa70a8f3f2102c20e78a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qandal
Bakıda körpəsini öldürüb küçəyə atan qadın tutuldu
Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.
BAKI, 5 aprel — Sputnik. Bakıda yeni doğulmuş körpəsini öldürərək küçəyə atan qadına cinayət işi açılıb. Sputnik Azərbaycan-ın Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, martın 31-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də A.K. Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, martın 31-də Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb. Hadisə paytaxtın Nizami rayonu, "8-ci kilometr" bazarı ərazisində qeydə alınıb. Həmin ərazidə yaşayış binalarının arasından torbada körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur.
Qeyd edək ki, bir müddət öncə analoji hadisə Ağsu rayonunda baş vermişdi. Döl şəhər ərazisində yerləşən zibil qutusuna atılmışdı. Dölün kim tərəfindən atıldığı məlum deyildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.