https://sputnik.az/20220404/peskov-ukraynanin-bucadan-olan-videolarina-etibar-etmek-olmaz-440786517.html
Peskov: "Ukraynanın Buçadan olan videolarına etibar etmək olmaz"
Peskov: "Ukraynanın Buçadan olan videolarına etibar etmək olmaz"
Sputnik Azərbaycan
Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov bildirib ki, Müdafiə Nazirliyinin ekspertləri videolarda saxtakarlıq elementlərini müəyyən ediblər. 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T15:15+0400
2022-04-04T15:15+0400
2022-04-04T15:30+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
peskov
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425749015_0:56:3082:1790_1920x0_80_0_0_b80bd100096373ac11ad33e05720985f.jpg
BAKI, 4 aprel — Sputnik. Ukraynanın yaydığı videomateriallara etibar etmək olmaz. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov deyib.O bildirib ki, Rusiya Müdafiə Nazirliyinin ekspertləri videolarda saxtakarlıq elementlərini müəyyən ediblər: "Bu məlumatlar ciddi şəkildə sorğulanmalıdır. Gördüklərimizə görə deyə bilərik ki, həmin videomateriallara bir çox cəhətdən etibar etmək olmaz. Çünki bizim Müdafiə Nazirliyinin mütəxəssisləri orada müxtəlif saxtakarlıq elementləri aşkar ediblər".Peskov BBC də daxil olmaqla beynəlxalq jurnalistlərin Buçada çəkdiyi şəkillər haqqında Kremlin nə düşündüyü barədə suala “Mən bilmirəm, siz hansı görüntülərdən danışırsınız”, - deyə cavab verib.Peskov BBC müxbirinin xəbəri ilə tanış olmadığını qeyd edib.Bundan əvvəl, Ukrayna hakimiyyəti və KİV-i Kiyev vilayətinin Buça şəhərində yolda cəsədlərin çəkildiyi iddia edilən videonu yayıb. Bir çox istifadəçilər Kiyevin Moskvaya qarşı ittihamlarının etibarlılığına şübhə ilə yanaşıb, qeyd ediblər ki, yerdəki cəsədlərin yanında qan olmayıb, ölənlərin bəzilərinin qollarında ağ sarğı olub və onlar Ukrayna təhlükəsizlik qüvvələri və ya ərazi müdafiəsi tərəfindən öldürülə bilərdilər. Həmçinin istifadəçilər “ölülərin” əllərini tərpətdiyinə diqqət yetiriblər və operatorun avtomobilinin arxa güzgüsünə baxanda belə görünür ki, “ölü”lərdən biri avtomobil keçən kimi mövqeyini dəyişir.Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kiyev rejimi tərəfindən yayımlanan və guya Kiyev vilayətinin Buça şəhərində Rusiya hərbi qulluqçularının hansısa “cinayətlər”inə sübut olan bütün fotoşəkillər və video materiallar “növbəti təxribatdır”. Hərbi idarədə qeyd olunduğu kimi, bu qəsəbə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu müddətdə bir nəfər də olsun yerli sakin hər hansı zorakılıqdan əziyyət çəkməyib. Nazirlik qeyd edib ki, bütün rus bölmələri martın 30-da Buçanı tamamilə tərk edib və şimal istiqamətində şəhərdən çıxışlar bağlanmayıb, cənub kənarları, o cümlədən yaşayış məntəqələri Ukrayna hərbçiləri tərəfindən gecə-gündüz iri çaplı artilleriyadan - tanklar və çoxlu raket sistemləri ilə atəşə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425749015_324:0:3055:2048_1920x0_80_0_0_54c86fa765ae8e7b1409610dee4a4dfc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, ukrayna
peskov, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, ukrayna
Peskov: "Ukraynanın Buçadan olan videolarına etibar etmək olmaz"
15:15 04.04.2022 (Yenilənib: 15:30 04.04.2022) Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov bildirib ki, Müdafiə Nazirliyinin ekspertləri videolarda saxtakarlıq elementlərini müəyyən ediblər.
BAKI, 4 aprel — Sputnik. Ukraynanın yaydığı videomateriallara etibar etmək olmaz. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya Müdafiə Nazirliyinin ekspertləri videolarda saxtakarlıq elementlərini müəyyən ediblər: "Bu məlumatlar ciddi şəkildə sorğulanmalıdır. Gördüklərimizə görə deyə bilərik ki, həmin videomateriallara bir çox cəhətdən etibar etmək olmaz. Çünki bizim Müdafiə Nazirliyinin mütəxəssisləri orada müxtəlif saxtakarlıq elementləri aşkar ediblər".
Peskov BBC də daxil olmaqla beynəlxalq jurnalistlərin Buçada çəkdiyi şəkillər haqqında Kremlin nə düşündüyü barədə suala “Mən bilmirəm, siz hansı görüntülərdən danışırsınız”, - deyə cavab verib.
Peskov BBC müxbirinin xəbəri ilə tanış olmadığını qeyd edib.
Bundan əvvəl, Ukrayna hakimiyyəti və KİV-i Kiyev vilayətinin Buça şəhərində yolda cəsədlərin çəkildiyi iddia edilən videonu yayıb. Bir çox istifadəçilər Kiyevin Moskvaya qarşı ittihamlarının etibarlılığına şübhə ilə yanaşıb, qeyd ediblər ki, yerdəki cəsədlərin yanında qan olmayıb, ölənlərin bəzilərinin qollarında ağ sarğı olub və onlar Ukrayna təhlükəsizlik qüvvələri və ya ərazi müdafiəsi tərəfindən öldürülə bilərdilər. Həmçinin istifadəçilər “ölülərin” əllərini tərpətdiyinə diqqət yetiriblər və operatorun avtomobilinin arxa güzgüsünə baxanda belə görünür ki, “ölü”lərdən biri avtomobil keçən kimi mövqeyini dəyişir.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kiyev rejimi tərəfindən yayımlanan və guya Kiyev vilayətinin Buça şəhərində Rusiya hərbi qulluqçularının hansısa “cinayətlər”inə sübut olan bütün fotoşəkillər və video materiallar “növbəti təxribatdır”.
Hərbi idarədə qeyd olunduğu kimi, bu qəsəbə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu müddətdə bir nəfər də olsun yerli sakin hər hansı zorakılıqdan əziyyət çəkməyib. Nazirlik qeyd edib ki, bütün rus bölmələri martın 30-da Buçanı tamamilə tərk edib və şimal istiqamətində şəhərdən çıxışlar bağlanmayıb, cənub kənarları, o cümlədən yaşayış məntəqələri Ukrayna hərbçiləri tərəfindən gecə-gündüz iri çaplı artilleriyadan - tanklar və çoxlu raket sistemləri ilə atəşə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.