https://sputnik.az/20220404/calisiriq-ki-emeliyyatin-meqsedleri-hazirlanmaqda-olan-muqavilede-qeyd-olunsun---lavrov--440803813.html
Çalışırıq ki, əməliyyatın məqsədləri hazırlanmaqda olan müqavilədə qeyd olunsun - Lavrov
Çalışırıq ki, əməliyyatın məqsədləri hazırlanmaqda olan müqavilədə qeyd olunsun - Lavrov
Sputnik Azərbaycan
Rusiya-Ukrayna məsləhətləşmələri fevralın sonunda başlayıb: nümayəndə heyətləri Belarusda iki təkbətək görüş keçiriblər, bundan sonra onların gündəlik olaraq... 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T21:51+0400
2022-04-04T21:51+0400
2022-04-04T21:51+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
lavrov
danışıqlar
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440178230_0:0:3009:1693_1920x0_80_0_0_3e92460e688b1e558ddaf38d51acfad5.jpg
BAKI, 4 aprel - Sputnik. "Şanslar həmişə var, Moskva bütün bu şansları reallaşdırmaqda qərarlıdır". RİA Novostinin xəbərinə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqlar perspektivlərini şərh edərkən deyib."Şanslara gəlincə: bilirsiniz, həmişə şanslar var. Mən bu barədə artıq bir neçə dəfə danışmışam. Və biz bütün bu şansları reallaşdırmağa yönəlmişik. Əməliyyatımızın məqsədləri prezident tərəfindən açıqlanıb və biz çalışırıq ki, bu məqsədlər indi müzakirə olunan və hazırlanmaqda olan müqavilədə qeyd olunsun. Ümid edirəm ki, o, nəhayət tərtib olunacaq və nəhayət bütün müddəalarında formalaşdırılacaq”, - nazir bazar ertəsi mətbuat konfransında bildirib.Onun sözlərinə görə, əlaqələr videokonfrans vasitəsilə davam edir:"Nümayəndə heyətləri, mən başa düşdüyüm kimi, kifayət qədər intensiv işləyirlər, ən azı bizim tərəfimizdən belə iş gedir".Rusiya-Ukrayna məsləhətləşmələri fevralın sonunda başlayıb: nümayəndə heyətləri Belarusda iki təkbətək görüş keçiriblər, bundan sonra onların gündəlik olaraq videokonfrans vasitəsilə davam etdirilməsi qərara alınıb.Keçən həftə İstanbulda üzbəüz danışıqların növbəti raundu baş tutub. Nəticədə, Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Ukrayna gələcək müqaviləyə dair yazılı təkliflərini verib, Moskva bunu irəliyə doğru addım hesab edir və ümumiyyətlə, Kiyev uzun illərdən sonra ilk dəfədir. danışıqlar aparmaq istəyini nümayiş etdirib.Rusiya tərəfi cavab olaraq Ukraynaya doğru iki addım atıb. Birincisi, Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları əhəmiyyətli dərəcədə azaltmaq qərara alınıb. İkincisi, Moskva iki ölkə liderləri Vladimir Putin və Vladimir Zelenskinin görüşünün xarici işlər nazirləri tərəfindən müqavilənin paraflanması ilə eyni vaxtda baş tutmasını təklif edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220404/rusiya-abs-i-ukrayna-mehkemesinden-evvel-yuqoslaviya-ve-raqla-mesgul-olmaga-cagirib-440801346.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440178230_68:0:2799:2048_1920x0_80_0_0_6c89f648a5b223714fa038cb722e29e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, danışıqlar, ukrayna
lavrov, danışıqlar, ukrayna
Çalışırıq ki, əməliyyatın məqsədləri hazırlanmaqda olan müqavilədə qeyd olunsun - Lavrov
Rusiya-Ukrayna məsləhətləşmələri fevralın sonunda başlayıb: nümayəndə heyətləri Belarusda iki təkbətək görüş keçiriblər, bundan sonra onların gündəlik olaraq videokonfrans vasitəsilə davam etdirilməsi qərara alınıb.
BAKI, 4 aprel - Sputnik. "Şanslar həmişə var, Moskva bütün bu şansları reallaşdırmaqda qərarlıdır". RİA Novostinin xəbərinə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqlar perspektivlərini şərh edərkən deyib.
"Şanslara gəlincə: bilirsiniz, həmişə şanslar var. Mən bu barədə artıq bir neçə dəfə danışmışam. Və biz bütün bu şansları reallaşdırmağa yönəlmişik. Əməliyyatımızın məqsədləri prezident tərəfindən açıqlanıb və biz çalışırıq ki, bu məqsədlər indi müzakirə olunan və hazırlanmaqda olan müqavilədə qeyd olunsun. Ümid edirəm ki, o, nəhayət tərtib olunacaq və nəhayət bütün müddəalarında formalaşdırılacaq”, - nazir bazar ertəsi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əlaqələr videokonfrans vasitəsilə davam edir:
"Nümayəndə heyətləri, mən başa düşdüyüm kimi, kifayət qədər intensiv işləyirlər, ən azı bizim tərəfimizdən belə iş gedir".
Rusiya-Ukrayna məsləhətləşmələri fevralın sonunda başlayıb: nümayəndə heyətləri Belarusda iki təkbətək görüş keçiriblər, bundan sonra onların gündəlik olaraq videokonfrans vasitəsilə davam etdirilməsi qərara alınıb.
Keçən həftə İstanbulda üzbəüz danışıqların növbəti raundu baş tutub. Nəticədə, Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Ukrayna gələcək müqaviləyə dair yazılı təkliflərini verib, Moskva bunu irəliyə doğru addım hesab edir və ümumiyyətlə, Kiyev uzun illərdən sonra ilk dəfədir. danışıqlar aparmaq istəyini nümayiş etdirib.
Rusiya tərəfi cavab olaraq Ukraynaya doğru iki addım atıb. Birincisi, Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları əhəmiyyətli dərəcədə azaltmaq qərara alınıb. İkincisi, Moskva iki ölkə liderləri Vladimir Putin və Vladimir Zelenskinin görüşünün xarici işlər nazirləri tərəfindən müqavilənin paraflanması ilə eyni vaxtda baş tutmasını təklif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.