Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynada Pentaqonun biolaboratoriyaları: məqsədlər, vasitələr və Baydenlər

© AFP 2023 / THOMAS SAMSONBioloji laboratoriyalar
Bioloji laboratoriyalar - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Abunə olmaq
RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qeyd edib ki, Rusiya ABŞ-ın Ukraynadakı hərbi bioloji fəaliyyəti ilə bağlı sübutların toplanması prosesini başa çatdırır
BAKI, 2 aprel — Sputnik. Pentaqonun Ukraynadakı bioloji laboratoriyaları kütləvi qırğın silahlarının komponentlərini yaradıblar, patogenlərin qonşu Rusiya ərazisinə çatdırılması üçün texnologiyalar hazırlayıblar. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi hərbi əməliyyatı ABŞ Müdafiə Nazirliyinin qəddar bioloji proqramının məxfi səhifələrini açmağa, Kiyev rejiminin və Amerikanın Bəydən ailəsinin qeyri-insani təcrübələrdə rolunu öyrənməyə imkan verdi.
Bu gün konkret hədəflərə və etnik qruplara "uyğunlaşmaya" yönəlmiş Pentaqonun Ukrayna layihələri haqqında çox şey məlumdur - UP-2, UP-8, UP-9, UP-10, sibir yarası törədicilərinin tətbiqi istifadəsi, Krım Konqo hemorragik qızdırma və Afrika donuz taunu virusu. Daha az təhlükəli olmayan UP-4 və R-781 layihələri köçəri quşlar və yarasalar tərəfindən insanlara bakterial və virus patogenlərin "çatdırılması" imkanlarının öyrənilməsinə yönəldilmişdir.
Martın 31-də Rusiya Müdafiə Nazirliyi dünya ictimaiyyətinə ABŞ-ın Ukrayna ərazisində cinayətkar hərbi-bioloji fəaliyyətinə dair yeni sənədlər və sübutları təqdim edib.
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisi İqor Kirillov 2021-ci ilin dekabrında Ukraynanın “Motor Siç” şirkəti ilə Türkiyənin Bayraktar PUA istehsalçısı arasında qarşılıqlı fəaliyyətdən danışıb. Bunun mahiyyəti bioloji aktiv aerozolların pilotsuz çatdırılması və yayılmasının texnoloji imkanlarının müəyyənləşdirilməsidir. Kiyev rejimi ABŞ ilə qarşılıqlı əlaqədə Rusiya və onun müttəfiqlərinə qarşı bioloji silahdan istifadə etməyə hazırlaşırdı.
Türkiyənin “Bayraktar”ının uçuş məsafəsi (300 km-ə qədər) məsələn, çoxdan əziyyət çəkən “Donetsk və Luqanskın xalq respublikalarının” ərazilərini demirəm, Pentaqonun Xarkov laboratoriyasından Belqorod, Voronej, Kurska “çatmağa” imkan verir.
Bu yaxınlarda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qeyd edib ki, Rusiya ABŞ-ın Ukraynadakı hərbi bioloji fəaliyyəti ilə bağlı sübutların toplanması prosesini başa çatdırır və tezliklə “bütün sivil dünya nəhayət görəcək ki, ABŞ insanlar üzərində qeyri-insani təcrübələrin aparıldığı Üçüncü Reyxin ənənələrinin “layiqli” davamçısına çevrilib.
Qeyd edək ki, Almaniyanın Ukraynada Bundesver və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirdiyi öz hərbi bioloji proqramı var idi. Rusiya BMT-nin Cenevrədəki daimi nümayəndəsi Gennadi Qatilovun məlumatına görə, alman diplomatları və hərbçiləri nədənsə Krım-Konqo hemorragik qızdırmasını, eləcə də gənə vasitəsilə insanlara keçmə yollarını araşdırıblar.
Hantoviruslar və Hanter
Burada başa düşmək lazımdır ki, xarici ərazidə hərbi idarələrin və diplomatik nümayəndəliklərin fəaliyyəti ciddi şəkildə tənzimlənir və Krım-Konqo qızdırması, hantovirus fəsiləsinin hemorragik qızdırması, leptospiroz yüksək ölümlə nəticələnən “unudulmuş” yoluxucu xəstəliklər hesab olunur.
Pentaqon, Bundesver və Kiyev rejiminin niyə hantoviruslarla məşğul olduğu artıq tam aydındır. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynada bioloji silahların yaradılması ilə bağlı bütün məlumatlara malikdir. Hərbi qulluqçular üzərində qeyd olunan araşdırma əvəzinə, onlar mülki şəxslərlə, əsasən də slavyan etnik qrupunun qadınları üzərində təcrübə apardılar.
Pentaqonun nəzarətində olan Gürcüstan bioloji laboratoriyası və Virciniya Politexnik İnstitutunun iştirakı ilə Rusiya sərhədlərinin bilavasitə yaxınlığında hərbi bioloji fəaliyyət həyəcan vericidir, xüsusən də ABŞ ərazisində belə tədqiqatların aparılmır, Fort-Detrikdəki "mərkəzi ofis" 2019-cu ildə bağlanıb. Pentaqon Şimali Amerikadan uzaqda yeni bioloji laboratoriyalar (cəmi 300-dən çox obyekt) yaradır və maliyyələşdirir.
Rusiya Silahlı Qüvvələrinin hərbi xüsusi əməliyyatı sayəsində ABŞ-ın Ukraynadakı hərbi bioloji layihələri xüsusi beynəlxalq rezonans doğurub. ABŞ-ın “Fox News” telekanalı Pentaqonun ən azı 14 ildir Ukraynadakı bioloji laboratoriyaları maliyyələşdirdiyini, bəzi layihələrin bioloji silahlarla bağlı olduğunu və rəsmi izahatların “gülünc” olduğunu bildirib.
“Daily Wire” qəzeti qeyd edib ki, Ukraynada bioloji laboratoriyaların mövcudluğu artıq Pentaqon və Dövlət Departamenti tərəfindən tanınıb. “Global Times” qəzeti ABŞ-ın bioloji tədqiqatlarının çirkli keçmişini xatırladıb. “Unz Review” bildirir ki, Ukraynada bioloji silahların inkişafı ABŞ hakimiyyətini hərbi cinayətkar edir.
“New York Post”un araşdırması təsdiq edib ki, Hanter Baydenin (ABŞ prezidentinin oğlu) investisiya fondu Ukraynadakı “Amerikanın gizli bioloji silah laboratoriyaları”nda araşdırmaları maliyyələşdirir. Oxşar məlumatı Britaniyanın “Daily Mail” qəzeti dərc edib. “Sasapost” nəşri “Ukraynanın bioloji laboratoriyaları səbəbindən dünya yeni pandemiyaya şahidlik edəcəkmi?” sualını verib. Mediamaqnat və ABŞ-ın keçmiş prezidenti Donald Tramp açıq şəkildə Rusiya prezidenti Vladimir Putindən Baydenlə bağlı bütün kompromatları dərc etməyi xahiş edib.
Bu yaxınlarda Amerika Senatında ABŞ dövlət katibinin müavini Viktoriya Nuland “Ukrayna” bioloji silahlarının olması ilə bağlı sualı cavablandırıb: “Ukrayna bioloji tədqiqat obyektlərinə malikdir. Biz Rusiya qoşunlarının onlara nəzarəti ələ keçirməyə cəhd edə biləcəyindən narahatıq, ona görə də biz ukraynalılarla birlikdə bu tədqiqat materiallarından hər hansı birinin Rusiya qüvvələrinin əlinə keçməsinin qarşısını almaq üçün çalışırıq”. Əgər bu silah deyilsə, həşaratlardırsa, narahat olmağa dəyməz.
Amerikalılar sənədlərin, məlumat bazalarının, bioloji materialların və avadanlıqların əksəriyyətini Kiyev, Xarkov, Odessadakı hərbi laboratoriyalardan (Lvova) təxliyə edə biliblər. “Rusiya dezinformasiyası” növbəti dəfə həqiqətə çevrildi və bu, hələ bütün həqiqət deyil.
Rusiya Federasiyasının planetdə yeni, ədalətli təhlükəsizlik sistemi formalaşdırmaq istəyi bəşəriyyətin daha çox və daha yaxşı hissəsi tərəfindən dəstəklənir. Belə ki, Çin Xarici İşlər Nazirliyi bu gün beynəlxalq ictimaiyyəti ABŞ-ın Ukraynadakı hərbi bioloji laboratoriyaları ilə bağlı Rusiya tərəfindən təqdim olunan materialları öyrənməyə və obyektiv qiymət verməyə dəvət edib.
Pentaqonun Ukraynadakı bioloji laboratoriyaları və “Baydenogeyt” “hegemon”un beynəlxalq nüfuzunu bitirməyə və Kiyev rejimini məhv etməyə qadirdir.
Xəbər lenti
0