Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Medvedev: Ukrayna NATO-nun icazəsi olmadan Aİ-yə üzv ola bilməz

© Sputnik / Ekaterina Shtukina / Mediabanka keçidДмитрий Медведев, фото из архива
Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Abunə olmaq
Medvedev bildirib ki, bu gün Ukrayna NATO-nun icazəsi olmadan və Alyansda üzv olmadan Aİ üzvü ola bilməz: “Brüssel bunu boynuna almasa da, ona əmr verən Vaşinqtondur”.
BAKI, 2 aprel - Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Aİ-yə daxil olması ilə bağlı Rusiya Federasiyasının mövqeyindən danışıb.
Medvedev deyib ki, “belə bir arzuları (Ukraynanın) varsa, qoşulsunlar”.
O xatırladıb ki, Monteneqro və Makedoniya ilə olan təcrübə göstərir ki, Aİ-yə daxil olmaq NATO vasitəsilə mümkündür, başqa cür deyil.
Dmitri Medvedev Kiyevin Aİ-yə nə vaxt qoşulacağı ilə bağlı Rusiya Federasiyasının keçmiş baş naziri Viktor Çernomırdinin bir sözünü yada salıb: "Ondan bu barədə soruşanda deyib ki, Ukraynanın Aİ-yə üzlüyü Türkiyədən dərhal sonra olacaq və Türkiyə heç vaxt Aİ-yə üzv olmayacaq".
Medvedev bildirib ki, bu gün Ukrayna NATO-nun icazəsi olmadan və Alyansda üzv olmadan Aİ üzvü ola bilməz: “Brüssel bunu boynuna almasa da, ona əmr verən Vaşinqtondur”.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0