https://sputnik.az/20220401/ukraynada-nasist-yoxdur-qerb-ve-rusiyanin-nasizmle-bagli-tarixi-yaddasi-cox-ferqlidir-440703111.html
"Ukraynada nasist yoxdur": Qərb və Rusiyanın nasizmlə bağlı tarixi yaddaşı çox fərqlidir
"Ukraynada nasist yoxdur": Qərb və Rusiyanın nasizmlə bağlı tarixi yaddaşı çox fərqlidir
Sputnik Azərbaycan
Sovet İttifaqı Qərbin canına qorxu salırdı və məhz buna görə də Avropa və ABŞ Hitlerin əməllərinə göz yumur və onu "Qırmızı vəba"dan müdafiəçi kimi... 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T18:44+0400
2022-04-01T18:44+0400
2022-04-02T19:58+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
nasist
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439611372_0:104:3273:1945_1920x0_80_0_0_114a720272af794357dcefca245804d5.jpg
BAKI, 1 aprel — Sputnik, David Narmania. Avropada İkinci dünya Müharibəsini deyil, Birinci dünya Müharibəsini Böyük müharibə adlandırırlar. Bu başa düşüləndir: altı saatda (Danimarka), beş gündə (Hollandiya) və ya ay yarımda (Fransa) uduzduğunuzda müharibəni böyük adlandırmaq çətindir. Təbii ki, müqavimət hərəkatının qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Hərçənd... bu, bizdə heç vaxt unudulmayacaq, oralarda - kim bilir.Belə ki, böyük müharibədə hərbi və mülki əhali arasında ümumi itkilər ümumilikdə bütün iştirakçı ölkələr üçün 21,5 milyona yaxın insan olub.Qeyd etmək lazımdır ki, Böyük Vətən Müharibəsində yalnız SSRİ-nin payına 27 milyon həlak olmuş insan düşür. Onların arasında əsgər və zabitlərin sayı - 12 milyondur. Qalanları mülki şəxslər – dinc vətəndaşlardır.İndi isə bir az müttəfiqlərimiz haqqında: ABŞ - 418 min, Böyük Britaniya - 380 min ölü.Müqayisə etmək üçün sizə xatırlatmaq istəyirəm ki, yalnız Stalinqrad yaxınlığında Sovet İttifaqının itkiləri 1,1 milyon nəfəri ötmüşdü.Başqa sözlə desək, bizdə, "Rusiyada elə bir ailə yoxdur ki, orada öz qəhrəmanını yada salınmasın".Onların əcdadları isə "lənətlənmiş kommi" nin Avropanı bölüşdürməyə başladığı masaya çatmaq üçün ikinci cəbhəni açırdılar.Lakin buna baxmayaraq, onlar ümumi qələbəyə mühüm töhfə verərək minlərlə sovet vətəndaşının həyatını xilas etdilər. Lakin Qərb sahibkarlarının yaranmaqda olan Üçüncü Reyxi necə dəstəklədiyini və Avropa hökumətlərinin onun formalaşması üçün necə səy göstərdiyini izah etmək daha çətindir. Təbii ki, SSRİ-yə lend-liz üzrə yardım nasizm üzərində qələbədə mühüm rol oynadı, lakin bunu məşhur Hollivud blokbasterindən bir cümlə ilə asanlıqla izah etmək olar: "Qoy dostlar varlansın, düşmənlər kasıb olmasın – görək, kim kimə qalib gələcək".Henri Ford kimi kapitalizm ikonasının tərcümeyi-halına daha yaxından nəzər salaq. O, Məsələn, "Alman Qartalı" ordeni ilə təltif edilib. Nasistlər Benito Mussolini, Françesko Franko və İon Antoneskunu NSDAP-nın eyni xüsusi təşəkkür əlaməti ilə təltif ediblər. Ümumiyyətlə, heç də pis dəstə deyil.Yaxud Nürnbern prosesi zamanı Hitler Almaniyasının iqtisadiyyatının yaradıcılarından biri olan Yalmar Şahtın alman sənayesini müharibə vəziyyətinə salmaqda əvəzsiz xidmətləri olan "Ceneral Motors" və "Ford Motors" un rəhbərlərini skamyada oturtmağa səslədiyini yada salaq.Sovet İttifaqı Qərbin canına qorxu salırdı və məhz buna görə də Avropa və ABŞ Hitlerin əməllərinə göz yumur və onu "Qırmızı vəba"dan müdafiəçi kimi yetişdirirdilər.O vaxtdan bəri, sərfəli olanda - qatillərə, tiranlar və terrorçulara əgər ki, "lazım olanla mübarizə aparmaq gərəkdirsə", gözünü yummaq onlara dəstək olmaq vərdişi - Vaşinqton və Londonun sevimli hiyləsinə çevrilib.Bu taktikanı Franklin Ruzveltin 1939-cu ildə Nikaraguan diktatorunun ünvanına söylədiyi sözlər ideal olaraq təsvir edir: "Somos, ola bilsin ki, it oğludur, lakin o, bizim it oğludur".İndi isə onun kimə açıq — aşkar rəğbət bəslədiyini və Almaniyanın müharibə elan etməsindən sonra – Vaşinqton məcbur etmişdi - kimin portretini qonaq otağından yataq otağına keçirdiyini təxmin edin.O vaxtdan bəri Qərb bu strategiyaya sadiqdir. Axı ayını yad əllərlə oyatmaq daha təhlükəsizdir.Nümunə üçün 1993-cü ildə Britaniyanın "The Independent" qəzetindən bir məqaləni götürək. Məqalə "Antisovet döyüşçüsü öz ordusunu sülh yoluna yönəldir" adlanır. Səkkiz ildən sonra bu iz onun tabeliyində olanları sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin binalarını dağıdan təyyarələrin sükanı arxasına aparacaq. Bəli, bu reportaj ben Ladenə və onun Əfqanıstanda sovet qoşunları ilə qarşıdurmadakı roluna həsr olunub. ABŞ onun silahdaşlarını dəstəkləmək üçün təxminən 40 milyard dollar vəsait xərcləyib. Bu, Soyuq müharibə rəqibini zəiflətmək üçün Vaşinqtonun ödəməyə hazır olduğu qiymət idi. Sadəcə olaraq, Ağ evdə "müqavilə"nin şərtlərini diqqətsiz oxuyublar: təəssüf ki, məsələ təkcə pulla məhdudlaşmırdı, keçmişin səhvlərinin əvəzini qanla ödəmək lazım idi.Qərbin Rusiya ilə müharibədə istifadə etdiyi əfqan döyüşçüləri siyahıda heç də tək deyil. Yaxın Şərqdəki radikal islamçıları da oraya aid etmək olar. İndi isə bu siyahıya Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Ukrayna milli batalyonları da əlavə edilib.Kiyevin istifadə etdiyi üsullar, həqiqətən də, dövlətlərin necə müharibə apardığına çox az bənzəyir. Burada dinc əhalidən canlı qalxan kimi istifadə edilməsi, əsirlərin işgəncələrə məruz qalması, humanitar dəhlizlərin atəşə tutulması, silahların nəzarətsiz paylanması - terror təşkilatının birbaşa start dəstidir.Hətta Ukrayna qoşunlarının bayrağı altında çıxış etdiyi "keçmişin qəhrəmanları" da – onlar terrorçu və cəllad kimi daha məharətli idilər – özlərini görkəmli döyüşçü və ya general kimi göstərmədilər.Rusiya və Qərbin tarixi yaddaşındakı fərqlər probleminə qayıdaraq demək lazımdır ki, bu, yalnız müxtəlif təcrübələrdən deyil, həm də görünür, tərəfdaşlarımızın savadsızlığından irəli gəlir. Çünki əks təqdirdə, artıq bir neçə milyon qaçqının olduğu Ukraynanın silahla yüklənməsini izah etmək çox çətindir. Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini anlamaq üçün bir uzaqgörən olmaq lazım deyil: Ərləri də qadın və uşaqlarını təqib edəcəklər, nasistlərin işləri tamamilə pis olduqda isə, onların özləri də qaçacaqlar. Bax, onda Avropa illərlə qidalandırdığı və silahlandırdığı həmin qorxunc varlığın üzünə baxacaq və bu zaman həmin varlığın "dişlərini ağardaraq" ona tərəf zillənən baxışlarını, çətin ki, bəyənəcək. ABŞ isə bütün bunları okeandan izləməkdə davam edəcək. Və çox təəssüf ki, Brüssel, Paris və Berlin bunu anlamır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220325/rusiya-dunyanin-geleceyi-ucun-qerble-mubarize-aparir-440459515.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/19/439611372_271:0:3002:2048_1920x0_80_0_0_9a639f908b1ffca7ac7eafde32e02aea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, nasist, qərb
rusiya, ukrayna, nasist, qərb
"Ukraynada nasist yoxdur": Qərb və Rusiyanın nasizmlə bağlı tarixi yaddaşı çox fərqlidir
18:44 01.04.2022 (Yenilənib: 19:58 02.04.2022) Sovet İttifaqı Qərbin canına qorxu salırdı və məhz buna görə də Avropa və ABŞ Hitlerin əməllərinə göz yumur və onu "Qırmızı vəba"dan müdafiəçi kimi yetişdirirdilər.
BAKI, 1 aprel — Sputnik, David Narmania. Avropada İkinci dünya Müharibəsini deyil, Birinci dünya Müharibəsini Böyük müharibə adlandırırlar. Bu başa düşüləndir: altı saatda (Danimarka), beş gündə (Hollandiya) və ya ay yarımda (Fransa) uduzduğunuzda müharibəni böyük adlandırmaq çətindir. Təbii ki, müqavimət hərəkatının qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Hərçənd... bu, bizdə heç vaxt unudulmayacaq, oralarda - kim bilir.
Belə ki, böyük müharibədə hərbi və mülki əhali arasında ümumi itkilər ümumilikdə bütün iştirakçı ölkələr üçün 21,5 milyona yaxın insan olub.
Qeyd etmək lazımdır ki, Böyük Vətən Müharibəsində yalnız SSRİ-nin payına 27 milyon həlak olmuş insan düşür. Onların arasında əsgər və zabitlərin sayı - 12 milyondur. Qalanları mülki şəxslər – dinc vətəndaşlardır.
İndi isə bir az müttəfiqlərimiz haqqında: ABŞ - 418 min, Böyük Britaniya - 380 min ölü.
Müqayisə etmək üçün sizə xatırlatmaq istəyirəm ki, yalnız Stalinqrad yaxınlığında Sovet İttifaqının itkiləri 1,1 milyon nəfəri ötmüşdü.
Başqa sözlə desək, bizdə, "Rusiyada elə bir ailə yoxdur ki, orada öz qəhrəmanını yada salınmasın".
Onların əcdadları isə "lənətlənmiş kommi" nin Avropanı bölüşdürməyə başladığı masaya çatmaq üçün ikinci cəbhəni açırdılar.
Lakin buna baxmayaraq, onlar ümumi qələbəyə mühüm töhfə verərək minlərlə sovet vətəndaşının həyatını xilas etdilər. Lakin Qərb sahibkarlarının yaranmaqda olan Üçüncü Reyxi necə dəstəklədiyini və Avropa hökumətlərinin onun formalaşması üçün necə səy göstərdiyini izah etmək daha çətindir. Təbii ki, SSRİ-yə lend-liz üzrə yardım nasizm üzərində qələbədə mühüm rol oynadı, lakin bunu məşhur Hollivud blokbasterindən bir cümlə ilə asanlıqla izah etmək olar: "Qoy dostlar varlansın, düşmənlər kasıb olmasın – görək, kim kimə qalib gələcək".
Henri Ford kimi kapitalizm ikonasının tərcümeyi-halına daha yaxından nəzər salaq. O, Məsələn, "Alman Qartalı" ordeni ilə təltif edilib. Nasistlər Benito Mussolini, Françesko Franko və İon Antoneskunu NSDAP-nın eyni xüsusi təşəkkür əlaməti ilə təltif ediblər. Ümumiyyətlə, heç də pis dəstə deyil.
Yaxud Nürnbern prosesi zamanı Hitler Almaniyasının iqtisadiyyatının yaradıcılarından biri olan Yalmar Şahtın alman sənayesini müharibə vəziyyətinə salmaqda əvəzsiz xidmətləri olan "Ceneral Motors" və "Ford Motors" un rəhbərlərini skamyada oturtmağa səslədiyini yada salaq.
Sovet İttifaqı Qərbin canına qorxu salırdı və məhz buna görə də Avropa və ABŞ Hitlerin əməllərinə göz yumur və onu "Qırmızı vəba"dan müdafiəçi kimi yetişdirirdilər.
O vaxtdan bəri, sərfəli olanda - qatillərə, tiranlar və terrorçulara əgər ki, "lazım olanla mübarizə aparmaq gərəkdirsə", gözünü yummaq onlara dəstək olmaq vərdişi - Vaşinqton və Londonun sevimli hiyləsinə çevrilib.
Bu taktikanı Franklin Ruzveltin 1939-cu ildə Nikaraguan diktatorunun ünvanına söylədiyi sözlər ideal olaraq təsvir edir: "Somos, ola bilsin ki, it oğludur, lakin o, bizim it oğludur".
İndi isə onun kimə açıq — aşkar rəğbət bəslədiyini və Almaniyanın müharibə elan etməsindən sonra – Vaşinqton məcbur etmişdi - kimin portretini qonaq otağından yataq otağına keçirdiyini təxmin edin.
O vaxtdan bəri Qərb bu strategiyaya sadiqdir. Axı ayını yad əllərlə oyatmaq daha təhlükəsizdir.
Nümunə üçün 1993-cü ildə Britaniyanın "The Independent" qəzetindən bir məqaləni götürək. Məqalə "Antisovet döyüşçüsü öz ordusunu sülh yoluna yönəldir" adlanır. Səkkiz ildən sonra bu iz onun tabeliyində olanları sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin binalarını dağıdan təyyarələrin sükanı arxasına aparacaq. Bəli, bu reportaj ben Ladenə və onun Əfqanıstanda sovet qoşunları ilə qarşıdurmadakı roluna həsr olunub. ABŞ onun silahdaşlarını dəstəkləmək üçün təxminən 40 milyard dollar vəsait xərcləyib. Bu, Soyuq müharibə rəqibini zəiflətmək üçün Vaşinqtonun ödəməyə hazır olduğu qiymət idi. Sadəcə olaraq, Ağ evdə "müqavilə"nin şərtlərini diqqətsiz oxuyublar: təəssüf ki, məsələ təkcə pulla məhdudlaşmırdı, keçmişin səhvlərinin əvəzini qanla ödəmək lazım idi.
Qərbin Rusiya ilə müharibədə istifadə etdiyi əfqan döyüşçüləri siyahıda heç də tək deyil. Yaxın Şərqdəki radikal islamçıları da oraya aid etmək olar. İndi isə bu siyahıya Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Ukrayna milli batalyonları da əlavə edilib.
Kiyevin istifadə etdiyi üsullar, həqiqətən də, dövlətlərin necə müharibə apardığına çox az bənzəyir. Burada dinc əhalidən canlı qalxan kimi istifadə edilməsi, əsirlərin işgəncələrə məruz qalması, humanitar dəhlizlərin atəşə tutulması, silahların nəzarətsiz paylanması - terror təşkilatının birbaşa start dəstidir.
Hətta Ukrayna qoşunlarının bayrağı altında çıxış etdiyi "keçmişin qəhrəmanları" da – onlar terrorçu və cəllad kimi daha məharətli idilər – özlərini görkəmli döyüşçü və ya general kimi göstərmədilər.
Rusiya və Qərbin tarixi yaddaşındakı fərqlər probleminə qayıdaraq demək lazımdır ki, bu, yalnız müxtəlif təcrübələrdən deyil, həm də görünür, tərəfdaşlarımızın savadsızlığından irəli gəlir. Çünki əks təqdirdə, artıq bir neçə milyon qaçqının olduğu Ukraynanın silahla yüklənməsini izah etmək çox çətindir. Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini anlamaq üçün bir uzaqgörən olmaq lazım deyil: Ərləri də qadın və uşaqlarını təqib edəcəklər, nasistlərin işləri tamamilə pis olduqda isə, onların özləri də qaçacaqlar. Bax, onda Avropa illərlə qidalandırdığı və silahlandırdığı həmin qorxunc varlığın üzünə baxacaq və bu zaman həmin varlığın "dişlərini ağardaraq" ona tərəf zillənən baxışlarını, çətin ki, bəyənəcək. ABŞ isə bütün bunları okeandan izləməkdə davam edəcək. Və çox təəssüf ki, Brüssel, Paris və Berlin bunu anlamır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.