Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada COVID-19-a qarşı dünyada ilk burun peyvəndi qeydə alınıb

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidRusiya istehsalı olan vaksin
Rusiya istehsalı olan vaksin - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Peyvənd tənəffüs yollarının selikli qişasının səthində koronavirus infeksiyasına qarşı selikli qişa immunitetini, həmçinin qanda humoral və hüceyrə immunitetini formalaşdırır.
BAKI, 1 aprel - Sputnik. Rusiya Səhiyyə Nazirliyi koronavirusun qarşısının alınması üçün dünyada ilk burun peyvəndini qeydə alıb. Bu barədə RİA Novosti Nazirliyin mətbuat xidmətinə istinadən xəbər yayıb.
“Rusiya Səhiyyə Nazirliyi yeni koronavirus infeksiyasının qarşısının alınması üçün Rusiya Səhiyyə Nazirliyinin Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzi tərəfindən hazırlanmış Qam-COVID-Vac peyvəndinin burun formasını (Sputnik V) qeydiyyata alıb", - deyə hesabatda bildirilir.
Mətbuat xidmətindən onu da bildiriblər ki, nazal vaksin də "Sputnik V" kimi iki komponentdən ibarətdir və xüsusi sprey başlığı ilə burun boşluğuna üç həftəlik fasilələrlə yeridilir.
Nazirlik qeyd edir ki, peyvənd tənəffüs yollarının selikli qişasının səthində koronavirus infeksiyasına qarşı selikli qişa immunitetini, həmçinin qanda humoral və hüceyrə immunitetini formalaşdırır.
"Hazırda vaksin peyvənd profilaktikasını həyata keçirən tibb təşkilatlarının şəraitində, 18 yaşdan yuxarı şəxslərdə istifadəsinə icazə verilir", - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Укол пациенту в больнице. Архивное фото - Sputnik Azərbaycan, 1920, 17.03.2022
SƏHİYYƏ
Azərbaycanda vaksinlərin alınması üçün xərclənən pulun həcmi məlumdur
Xəbər lenti
0