Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Ukrayna XİN başçıları Türkiyədə görüşə bilərlər

© Sputnik / Anton Denisov / Mediabanka keçidAnakaranın bir görünüşü
Anakaranın bir görünüşü - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Lavrov əfqan qaçqınlarının qonşu ölkələrdə yerləşdirilməsi ilə bağlı müraciətlərə çox ehtiyatla yanaşmalı olduğunu qeyd edib
BAKI, 1 aprel — Sputnik. ABŞ və NATO-nun hərbi infrastrukturunun Mərkəzi Asiyada yerləşdirilməsi qəbuledilməzdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Moskva bu cür təşəbbüslərin həyata keçirilməsinin mümkünlüyünə qarşıdır: "Biz ABŞ və NATO-nun hər hansı hərbi infrastrukturunun və ya onlara xidmət edən əfqanların qonşu dövlətlərin ərazisində, ilk növbədə Mərkəzi Asiyada yerləşdirilməsini qəbuledilməz hesab edirik. Bu cür planlar dövlətlərimizin təhlükəsizlik maraqlarına ziddir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnamə sənədlərindən irəli gələn öhdəliklərə ziddir".
Bundan əlavə, Lavrov əfqan qaçqınlarının qonşu ölkələrdə yerləşdirilməsi ilə bağlı müraciətlərə çox ehtiyatla yanaşmalı olduğunu qeyd edərək, konkret ölkə və bütövlükdə regionun təhlükəsizliyi üçün bütün mümkün nəticələri diqqətlə hesablamağa çağırıb: "Çox vaxt, bu cür təşəbbüslər "nəcib humanitar şüarlar"la müşayiət olunsa da, əslində çoxlu problemlər gətirir.
Bundan başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın görüşü planlaşdırılır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib."Dəqiq tarix demək mümkün olmasa da, 1-2 həftə içində Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşü olacaq".
Çavuşoğlu vurğulayıb ki, XİN başçılarının görüşü İstanbulda baş tuta bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sergey Lavrov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.03.2022
RUSİYA
Əfqanıstan hökumətinin inklüzivliyinin təmin edilməsi labüddür - Lavrov
Xəbər lenti
0