Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Ukraynanın 52 hərbi obyekti vurulub

© Sputnik / Илья Питалев / Mediabanka keçidВоеннослужащие на боевой машине пехоты БМП-3 патрулируют улицы Мариуполя
Военнослужащие на боевой машине пехоты БМП-3 патрулируют улицы Мариуполя - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Həmçinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Ukraynaya məxsus Mi-8 təyyarəsi və Vaxovka yaxınlığında "Bayraktar TB-2" olmaqla 8 PUA vurulub.
BAKI, 1 aprel — Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı məlumat paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin aviasiyası gün ərzində Ukraynanın 52 hərbi obyektini, o cümlədən 3 komanda məntəqəsi, 3 MLRS və bir zenit-raket kompleksini vurub.
Həmçinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Ukraynaya məxsus Mi-8 təyyarəsi və Vaxovka yaxınlığında "Bayraktar TB-2" olmaqla 8 PUA vurulub.
Ukraynanın altı hərbi obyekti, o cümlədən beş döyüş sursatı, raket və artilleriya silahları anbarları darmadağın edilib. Xüsusi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya məxsus 353 PUA, 202 çox lüləli raketatan sistemi (MLRS) və 1839 tank məhv edilib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0