Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

NATO Ukraynaya silah verməklə "odla oynayır" - Rusiya XİN

© Photo : Minnesota National Guard / Sgt. 1st Class Ben HoutkooperABŞ hərbçisi tank əleyhinə raket kompleksi Javelin-dən atəş açır, arxiv şəkli
ABŞ hərbçisi  tank əleyhinə raket kompleksi Javelin-dən atəş açır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Moskva Avropa Birliyinin düşmənçilik hərəkətlərini cavabsız qoymayacaq və ümid edir ki, Brüssel Rusiya ilə qarşıdurmanın onun maraqlarına uyğun olmadığını başa düşəcək.
BAKI, 1 aprel — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlıq departamentinin direktoru Nikolay Kobrinets RİA Novosti-yə müsahibəsində bildirib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır", alyansın 40 min hərbçisi yüksək döyüş hazırlığındadır.
Diplomat alyans tərəfindən onun şərq cinahının gücləndirilməsinə işarə edib: ümumilikdə, NATO komandanlığı altında 40 min hərbçi yüksək hazırlıq vəziyyətindədir.
"Daha narahatedici məqam NATO ölkələrinin Ukraynaya hərbi təchizatı ilə bağlıdır. Onlar odla oynayırlar", - Kobrinets belə deyir.
NATO ilə dialoq hələ ki, mümkün deyil
Diplomat qeyd edib ki, hazırkı şəraitdə NATO ilə siyasi dialoq qeyri-mümkündür, hətta əlaqələrin bərpası şərtləri haqqında danışmaq belə mənasızdır.
"İllər boyu formalaşmış bütün praktiki əməkdaşlığı alyans çoxdan məhv edib", - rusiyalı diplomatların son illərdə Brüsseldən qovulduğunu xatırladan Kobrinets deyib.
Diplomat həmçinin alyansın Şərq cinahında güclənməsinə və NATO-ya üzv ölkələrin Ukraynaya hərbi təchizat göndərməsinə diqqət çəkib.
"Bütün bunların fonunda NATO ilə əlaqələrin bərpasının müəyyən şərtləri haqqında nəzəri baxımdan danışmaq belə, mümkün deyil", - deyə o, vurğulayıb.
Onun sözlərinə görə, NATO-da onlar sülh haqqında düşünmürlər, alyans öz mövcudluğuna və Rusiyanın "qarşısını alma" siyasətinə haqq qazandırmalıdır.
Sanksiyalar bumeranq kimidir
Rusiya Avropa Birliyinin düşmən münasibətini unutmayacaq.
"Ölkəmizlə münasibətləri normallaşdırmaq üçün Avropa İttifaqı təzyiq və diktə siyasətindən əl çəkməlidir. BMT Nizamnaməsində və ATƏM-in 1975-ci il Helsinki Yekun Aktında təsbit olunmuş hüquq bərabərliyi və mehriban qonşuluq prinsiplərini yada salmaq lazımdır. Və nəhayət, bizim qanuni maraqlarımızı nəzərə almağa başlamaq lazımdır", - deyə o, vurğulayıb.
O, ümid etdiyini bildirib ki, Aİ ölkələri nəhayət, qarşıdurmanın onların maraqlarına uyğun olmadığını başa düşəcəklər. Onun sözlərinə görə, Brüsselin məsuliyyətsiz sanksiyaları artıq sadə avropalıların gündəlik həyatına mənfi təsir göstərir.
"Ukraynada dinc əhalinin qətllərinin davam etməsi, Avropanın əməkdaşlıq və sabitlik regionundan münaqişə zonasına çevrilməsi üçün onlar öz ciblərindən ödəməyə hazırdırlarmı? Mən belə düşünmürəm", - diplomat əlavə edib.
Eyni zamanda, Rusiya Aİ-dən sanksiyaları ləğv etməyi xahiş etməyəcək, ölkənin təhlükəsizlik ehtiyatları var.
"Biz sanksiyaların ləğvi baxımından heç bir xahiş etməyəcəyik. Bizim təhlükəsizlik ehtiyatımız var. Avropa İttifaqına qaldıqda isə, o heç də kainatın mərkəzi deyil. Dünya onun üzərində qurulmayıb", - diplomat bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0