https://sputnik.az/20220401/lavrov-rusiyanin-teklifi-edaletlidir-440695047.html
Lavrov: "Rusiyanın təklifi ədalətlidir"
Lavrov: "Rusiyanın təklifi ədalətlidir"
Sputnik Azərbaycan
XİN rəhbəri bildirib ki, Rusiya və Hindistan Qərbin qeyri-qanuni birtərəfli sanksiyalarının yaratdığı maneələri aradan qaldırmaq üçün bir yol tapacaq. 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T14:15+0400
2022-04-01T14:15+0400
2022-04-01T14:15+0400
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
rubl
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_0:182:2996:1867_1920x0_80_0_0_cfdcc0b457c8301b564d2f58dd46f723.jpg
BAKI, 1 aprel — Sputnik. Rusiyanın rublla qaza görə təklif etdiyi ödəniş sxemi ədalətlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.Lavrov deyib ki, Rusiya və Hindistan Qərbin qeyri-qanuni birtərəfli sanksiyalarının yaratdığı maneələri aradan qaldırmaq üçün bir yol tapacaq. O, hindistanlı həmkarı Subramanyam ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, ölkəsi Hindistanı almaq istədiyi istənilən malla təmin etməyə hazır olacaq. "Biz Qərbin qeyri-qanuni birtərəfli sanksiyalarının yaratdığı süni maneələri aradan qaldırmağın yolunu tapacağıq", - XİN başçısı əlavə edib.Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrlə rublla ödənilməsinin yeni qaydası haqqında fərman imzaladığını açıqlayıb.Bildirilir ki, belə dövlətlər Rusiya banklarında hesablar açmalı olacaqlar. Prosedur aprelin 1-dən qüvvəyə minəcək.Rusiya Prezidenti bildirib ki, bəzi Avropa siyasətçiləri okeanın o tayındakı sahiblərinin xoşuna gəlmək üçün öz vətəndaşlarının maraqlarına etinasızlıq göstərməyə hazırdır."ABŞ Birinci və İkinci Dünya müharibəsində olduğu kimi qlobal qeyri-stabillikdən qazancı çıxmaxa çalışacaq. Qərb ölkələri öz səhvlərini Rusiya Federasiyasının üzərinə atmağa, onu günahkar saymağa çalışırlar. Qərb sanksiyaları Rusiyanın azadlıq və müstəqillik hüququnun bədəlidir. Qərbin Rusiyaya qarşı başlatdığı iqtisadi müharibənin məqsədi onu parçalamağa çalışmaqdır", - deyə Rusiya Prezidenti bildirib.Bundan əvvəl Putin Qazprom, Mərkəzi Bank və hökumətə martın 31-dək dost olmayan ölkələrə qaz nəqli üçün hesablaşmaların rublla köçürülməsini təşkil etməyi tapşırmışdı. Avropa Komissiyası bu təcrübənin qəbuledilməz olduğunu bildirir. Almaniyanın iqtisadiyyat naziri Robert Habek G7 ölkələrinin buna razı olmayacağını deyib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_133:0:2864:2048_1920x0_80_0_0_2e8ac9a40476b0a9d27ab5c9bedf7d9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, rubl, ukrayna
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, rubl, ukrayna
Lavrov: "Rusiyanın təklifi ədalətlidir"
XİN rəhbəri bildirib ki, Rusiya və Hindistan Qərbin qeyri-qanuni birtərəfli sanksiyalarının yaratdığı maneələri aradan qaldırmaq üçün bir yol tapacaq.
BAKI, 1 aprel — Sputnik. Rusiyanın rublla qaza görə təklif etdiyi ödəniş sxemi ədalətlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Avropaya qaz nəqlinə gəlincə, ölkə prezidenti fərman imzalayıb, məncə, Qərb ölkələri üçün məqbul olan şərtlər var. Fakt budur ki, onlar bizə pulu xarici valyuta ilə verirlər, sonra da hesablarımızı dondururlar. Yəni, (Rusiya tərəfindən təklif olunan) sxem ədalətlidir. Bu, bizə ödənişləri rublla almağa imkan verəcək", - deyə Lavrov Nyu-Dehlidə keçirdiyi brifinqdə bildirib.
Lavrov deyib ki, Rusiya və Hindistan Qərbin qeyri-qanuni birtərəfli sanksiyalarının yaratdığı maneələri aradan qaldırmaq üçün bir yol tapacaq. O, hindistanlı həmkarı Subramanyam ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, ölkəsi Hindistanı almaq istədiyi istənilən malla təmin etməyə hazır olacaq.
"Biz Qərbin qeyri-qanuni birtərəfli sanksiyalarının yaratdığı süni maneələri aradan qaldırmağın yolunu tapacağıq", - XİN başçısı əlavə edib.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrlə rublla ödənilməsinin yeni qaydası haqqında fərman imzaladığını açıqlayıb.
Bildirilir ki, belə dövlətlər Rusiya banklarında hesablar açmalı olacaqlar. Prosedur aprelin 1-dən qüvvəyə minəcək.
Rusiya Prezidenti bildirib ki, bəzi Avropa siyasətçiləri okeanın o tayındakı sahiblərinin xoşuna gəlmək üçün öz vətəndaşlarının maraqlarına etinasızlıq göstərməyə hazırdır.
"ABŞ Birinci və İkinci Dünya müharibəsində olduğu kimi qlobal qeyri-stabillikdən qazancı çıxmaxa çalışacaq. Qərb ölkələri öz səhvlərini Rusiya Federasiyasının üzərinə atmağa, onu günahkar saymağa çalışırlar. Qərb sanksiyaları Rusiyanın azadlıq və müstəqillik hüququnun bədəlidir. Qərbin Rusiyaya qarşı başlatdığı iqtisadi müharibənin məqsədi onu parçalamağa çalışmaqdır", - deyə Rusiya Prezidenti bildirib.
Bundan əvvəl Putin Qazprom, Mərkəzi Bank və hökumətə martın 31-dək dost olmayan ölkələrə qaz nəqli üçün hesablaşmaların rublla köçürülməsini təşkil etməyi tapşırmışdı. Avropa Komissiyası bu təcrübənin qəbuledilməz olduğunu bildirir. Almaniyanın iqtisadiyyat naziri Robert Habek G7 ölkələrinin buna razı olmayacağını deyib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.