https://sputnik.az/20220401/belqorodda-neft-bazasinda-yangin---ukrayna-hucum-edib-440685353.html
Belqorodda neft bazasında yanğın - Ukrayna hücum edib - VİDEO
Belqorodda neft bazasında yanğın - Ukrayna hücum edib - VİDEO
Sputnik Azərbaycan
Regionun rəhbəri Vyaçeslav Qladkov bildirib ki, hadisə nəticəsində neft bazasının iki əməkdaşı xəsarət alıb. 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T10:37+0400
2022-04-01T10:37+0400
2022-04-01T10:41+0400
yanğın
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/04/01/440683465_0:157:1565:1037_1920x0_80_0_0_6f6e3245ff565428533cf804deb048b5.jpg
BAKI, 1 aprel — Sputnik. Belqorodda neft bazasında yanğın baş verib, fövqəladə hallar xidmətləri yanğın yerinə gedib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün "Telegram" kanalında yazıb."Belqorod şəhərində neft bazasında yanğın olub. Hadisə yerinə bütün fövqəladə xidmətlər gedib. Yanğının aradan qaldırılması üçün tədbirlər görülür", - region rəhbəri bildirib.Fövqəladə hallar xidməti hadisə yerindədir. Şəhər meri Anton İvanov da ora gedib. Yanğın söndürmə işlərinə 70 nəfərə yaxın canlı qüvvə və 20 texnika cəlb olunub. Yanğın ikinci dərəcəli qiymətləndirilib.Daha sonra qubernator yazıb ki, aşağı hündürlükdə Rusiya hava məkanına daxil olan Ukrayna hərbçilərinin iki helikopterinin zərbəsi nəticəsində Belqoroddakı neft bazası alovlanıb."Neft bazasında yanğın Rusiya ərazisinə aşağı hündürlükdən daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. Tələfat yoxdur", - deyə məlumatda qeyd olunur.Hadisə nəticəsində neft bazasının iki əməkdaşı xəsarət alıb. Qladkov vurğulayıb ki, onlara ilkin tibbi yardım göstərilib, həyatlarına heç bir təhlükə yoxdur.O əlavə edib ki, şəhər rəhbərliyi neft bazasının yaxınlığında yerləşən küçələrin sakinlərinin təhlükəsiz yerə - Belqorod Arena idman kompleksinin ərazisinə köçürülməsini təşkil edib."Biz Poçtovaya, Makarenko və Konstantin Zaslonov küçələrinin sakinlərini daha təhlükəsiz yerə köçürməyə başlayırıq... onları müvəqqəti olaraq Belqorod Arenada yerləşdiririk. Yanğın söndürüldükdən sonra onlar evlərinə qayıda biləcəklər", - qubernator bildirib.Belqorod meri Anton İvanov hazırda neft bazasında olduğunu bildirib. Bu barədə o, özünün "Telegram" kanalında yazıb."Mən hadisə yerindəyəm. Yanğınsöndürənlər yanğının lokallaşdırılması üzərində işləyirlər", - İvanov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/01/440683465_182:0:1565:1037_1920x0_80_0_0_793e7ad56bee00063aa5649c7f7fba61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yanğın, ukrayna
Belqorodda neft bazasında yanğın - Ukrayna hücum edib - VİDEO
10:37 01.04.2022 (Yenilənib: 10:41 01.04.2022) Regionun rəhbəri Vyaçeslav Qladkov bildirib ki, hadisə nəticəsində neft bazasının iki əməkdaşı xəsarət alıb.
BAKI, 1 aprel — Sputnik. Belqorodda neft bazasında yanğın baş verib, fövqəladə hallar xidmətləri yanğın yerinə gedib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün "Telegram" kanalında yazıb.
"Belqorod şəhərində neft bazasında yanğın olub. Hadisə yerinə bütün fövqəladə xidmətlər gedib. Yanğının aradan qaldırılması üçün tədbirlər görülür", - region rəhbəri bildirib.
Fövqəladə hallar xidməti hadisə yerindədir. Şəhər meri Anton İvanov da ora gedib. Yanğın söndürmə işlərinə 70 nəfərə yaxın canlı qüvvə və 20 texnika cəlb olunub. Yanğın ikinci dərəcəli qiymətləndirilib.
Daha sonra qubernator yazıb ki, aşağı hündürlükdə Rusiya hava məkanına daxil olan Ukrayna hərbçilərinin iki helikopterinin zərbəsi nəticəsində Belqoroddakı neft bazası alovlanıb.
"Neft bazasında yanğın Rusiya ərazisinə aşağı hündürlükdən daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. Tələfat yoxdur", - deyə məlumatda qeyd olunur.
Hadisə nəticəsində neft bazasının iki əməkdaşı xəsarət alıb. Qladkov vurğulayıb ki, onlara ilkin tibbi yardım göstərilib, həyatlarına heç bir təhlükə yoxdur.
O əlavə edib ki, şəhər rəhbərliyi neft bazasının yaxınlığında yerləşən küçələrin sakinlərinin təhlükəsiz yerə - Belqorod Arena idman kompleksinin ərazisinə köçürülməsini təşkil edib.
"Biz Poçtovaya, Makarenko və Konstantin Zaslonov küçələrinin sakinlərini daha təhlükəsiz yerə köçürməyə başlayırıq... onları müvəqqəti olaraq Belqorod Arenada yerləşdiririk. Yanğın söndürüldükdən sonra onlar evlərinə qayıda biləcəklər", - qubernator bildirib.
Belqorod meri Anton İvanov hazırda neft bazasında olduğunu bildirib. Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Mən hadisə yerindəyəm. Yanğınsöndürənlər yanğının lokallaşdırılması üzərində işləyirlər", - İvanov bildirib.