https://sputnik.az/20220401/a-ni-cinle-elaqelerin-musteqil-siyasetini-hazirlamaga-cagiriram---si-tszinpin-440712526.html
Aİ-ni Çinlə əlaqələrin müstəqil siyasətini hazırlamağa çağırıram - Si Tszinpin
Aİ-ni Çinlə əlaqələrin müstəqil siyasətini hazırlamağa çağırıram - Si Tszinpin
Sputnik Azərbaycan
Çin ümid edir ki, Avropa İttifaqı Çinlə bağlı özünəməxsus fikirlərini formalaşdıracaq və onunla əlaqələrində müstəqil siyasətini hazırlayacaq. 01.04.2022, Sputnik Azərbaycan
2022-04-01T23:54+0400
2022-04-01T23:54+0400
2022-04-01T23:54+0400
çin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
çin xalq respublikasının sədri si tszinpin
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426773011_0:0:3001:1688_1920x0_80_0_0_a9f268b375c0e4fae1455b2c1dd4c56c.jpg
BAKI, 1 aprel — Sputnik. Çin ümid edir ki, Avropa İttifaqı Çinlə bağlı özünəməxsus fikirlərini formalaşdıracaq və onunla əlaqələrində müstəqil siyasətini hazırlayacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çin prezidenti Si Tszinpin cümə günü video konfrans vasitəsilə Aİ rəhbərliyi ilə keçirilən sammit zamanı bildirib.Aİ tərəfdən sammitdə Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Çin tərəfdən Si Tszinpin iştirak ediblər. Bununla yanaşı ÇXR Şurasının Baş naziri Li Ketsyan da cümə günü Aİ rəhbərliyi ilə ayrıca danışıqlar aparıb."Faktlar göstərir ki, Çin və Avropa geniş ümumi maraq dairəsinə və əməkdaşlıq üçün möhkəm bazaya malikdirlər. Yalnız əməkdaşlıq və koordinasiya bütün problemlərin həllinə və çağırışların öhdəsindən gəlməyə kömək edəcək", - deyə Si Tszinpin qeyd edib.ÇXR-nın sədri əlavə edib ki, Çinin Avropa ilə bağlı mövqeyi sabit və ardıcıldır."Ümid edirik ki, Aİ Çinlə bağlı özünəməxsus fikirlərini inkişaf etdirəcək və onunla əlaqələrində müstəqil siyasətini formalaşdıracaq və Çinlə uzunmüddətli və sabit əlaqələr qurmaq üçün işləyəcək", - deyə ÇXR-nın sədri vurğulayıb.Sədr həmçinin qeyd edib ki, ötən il müxtəlif çətinliklərə və çağırışlara baxmayaraq, tərəflər əməkdaşlığın yeni inkişaflarına və nəticələrinə nail ola biliblər.ÇXR Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında Çin ilə ticarətdə liderlər Aİ, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (CŞAÖA) və ABŞ olub. Çinin Aİ ilə ticarət dövriyyəsi 137,16 milyard dollar, CŞAÖA ilə 136,59 milyard dollar, ABŞ ilə isə 123,317 milyard dollar təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220401/erdogan-tezlikle-putinle-telefonla-danismagi-planlasdirir-440701159.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426773011_7:0:2674:2000_1920x0_80_0_0_f51af69a6c34656a41ecc82b104dc752.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, çin xalq respublikasının sədri si tszinpin
çin, çin xalq respublikasının sədri si tszinpin
Aİ-ni Çinlə əlaqələrin müstəqil siyasətini hazırlamağa çağırıram - Si Tszinpin
Çin ümid edir ki, Avropa İttifaqı Çinlə bağlı özünəməxsus fikirlərini formalaşdıracaq və onunla əlaqələrində müstəqil siyasətini hazırlayacaq.
BAKI, 1 aprel — Sputnik. Çin ümid edir ki, Avropa İttifaqı Çinlə bağlı özünəməxsus fikirlərini formalaşdıracaq və onunla əlaqələrində müstəqil siyasətini hazırlayacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çin prezidenti Si Tszinpin cümə günü video konfrans vasitəsilə Aİ rəhbərliyi ilə keçirilən sammit zamanı bildirib.
Aİ tərəfdən sammitdə Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Çin tərəfdən Si Tszinpin iştirak ediblər. Bununla yanaşı ÇXR Şurasının Baş naziri Li Ketsyan da cümə günü Aİ rəhbərliyi ilə ayrıca danışıqlar aparıb.
"Faktlar göstərir ki, Çin və Avropa geniş ümumi maraq dairəsinə və əməkdaşlıq üçün möhkəm bazaya malikdirlər. Yalnız əməkdaşlıq və koordinasiya bütün problemlərin həllinə və çağırışların öhdəsindən gəlməyə kömək edəcək", - deyə Si Tszinpin qeyd edib.
ÇXR-nın sədri əlavə edib ki, Çinin Avropa ilə bağlı mövqeyi sabit və ardıcıldır.
"Ümid edirik ki, Aİ Çinlə bağlı özünəməxsus fikirlərini inkişaf etdirəcək və onunla əlaqələrində müstəqil siyasətini formalaşdıracaq və Çinlə uzunmüddətli və sabit əlaqələr qurmaq üçün işləyəcək", - deyə ÇXR-nın sədri vurğulayıb.
Sədr həmçinin qeyd edib ki, ötən il müxtəlif çətinliklərə və çağırışlara baxmayaraq, tərəflər əməkdaşlığın yeni inkişaflarına və nəticələrinə nail ola biliblər.
ÇXR Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında Çin ilə ticarətdə liderlər Aİ, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (CŞAÖA) və ABŞ olub. Çinin Aİ ilə ticarət dövriyyəsi 137,16 milyard dollar, CŞAÖA ilə 136,59 milyard dollar, ABŞ ilə isə 123,317 milyard dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.