https://sputnik.az/20220331/suqovusanda-muqeddes-yelisey-monastrini-ziyaret-etmek-muyesser-olmayib---sebeb-440672684.html
Suqovuşanda Müqəddəs Yelisey monastrını ziyarət etmək müyəssər olmayıb - SƏBƏB
Suqovuşanda Müqəddəs Yelisey monastrını ziyarət etmək müyəssər olmayıb - SƏBƏB
Sputnik Azərbaycan
Alban-udi dini icmasının üzvləri Talış və Suqovuşana səfər edib. Səfər zamanı İcmanın üzvüləri Müqəddəs Yelisey monastrını ziyarət edə bilməyib. Səbəbləri... 31.03.2022, Sputnik Azərbaycan
2022-03-31T21:37+0400
2022-03-31T21:37+0400
2022-04-01T00:47+0400
kilsə
qarabağ
monastr
erməni
alban-udi xristian dini icması
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440670749_0:0:3640:2048_1920x0_80_0_0_d69fb27dcb7816e0b47d7e24a84c2b69.jpg
BAKI, 31 mart — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Alban-Udi xristian dini icmasının üzvlərinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil edilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın 104-cü ildönümü ilə bağlı İcma üzvləri Alban məbədlərini ziyarət edib, dini ayinlər həyata keçirib, soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxuyublar. Səfər iştirakçıları əvvəlcə Talış kəndindəki, qədim alban məbədini ziyarət ediblər. İcmanın üzvü Sergey Antonov deyib ki, bu gün burda mərasimin keçirilməsinin səbəbi 31 mart soyqrım qurbanlarının xatirəsini anmaqdır:“1918-ci ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqrım ediblər. O dövrdə həqiqi mənada çox böyük faciə yaşanın. Ona görə də biz bura gəlmişik ki, bu anma günü burada şam yandıraraq dua oxuyaq ki, onların ruhu şad olsun".31 mart soyqırımı şəhidlərinin xatirəsinə Suqovuşan qəsəbəsində yerləşən Müqəddəs Yelisey monastrını ziyarət etmək isə mümkün olmayıb. Alban-Udi Xristian dini İcmasının sədr müavini Rafik Danakarı bildirib ki, Ermənistan silahlı qüvvələri işğal dövründə monastrın ətrafını minaladığı üçün nümayəndə heyətinin monastıra daxil olmasına icazə verilməyib:“1918-ci ildə, birinci və ikinci Qarabağ müharibəsində şəhid olan bizim soydaşların ruhuna biz bu gün dualar oxuduq, şamlar yandırdıq. Allahdan dilədik ki, bir daha Azərbaycan torpağında müharibə olmasın. 30 il biz bu bölgələrə gələ bilməmişik. Sovet sistemi olanda bu kilsələr, monastrlar bağlı olub. Amma biz görürük ki, buradakı kilsələr Qafqaz Albaniyasına aid olan kilsələrdir. Kilsənin içərisində olan xaçlar və başqa elementlər hamısı bunu sübüta yetirir”.Ziyarət olunan kilsədə isə erməni saxtakarlığı üzə çıxıb. Rafik Danakarı bildirib ki, bu gün ziyarət edilən ünvanları ermənilər çalışıblar ki, son 30 illik işğal tarixində saxtalaşdıraraq, özününküləşdirsinlər:“Ermənilər çalışıb ki, bu Alban məbədlərini erməniləşdirsinlər. Amma buna nail ola bilməyiblər. Düzdür, bir az çalışıblar. Öz xaçların quraşdırıblar, qoyublar, amma bu aşkar görünür ki, bu son illərdə quraşdırılmadır. Bunların quraşdırdığı elementler qədimdən qalma deyil”.Qeyd edək ki, Müqəddəs Yelisey monastrını ziyarət etmək isə mümkün olmadığından anım mərasimi Suqovuşan qəsəbəsi ərazisində mövcud olan digər məbəddə keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440670749_455:0:3186:2048_1920x0_80_0_0_423c69ca1742a17d04ee4522818114ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kilsə, monastr, erməni, alban-udi xristian dini icması
kilsə, monastr, erməni, alban-udi xristian dini icması
Suqovuşanda Müqəddəs Yelisey monastrını ziyarət etmək müyəssər olmayıb - SƏBƏB
21:37 31.03.2022 (Yenilənib: 00:47 01.04.2022) Alban-udi dini icmasının üzvləri Talış və Suqovuşana səfər edib. Səfər zamanı İcmanın üzvüləri Müqəddəs Yelisey monastrını ziyarət edə bilməyib. Səbəbləri Sputnik Azərbaycan-ın reportajında
BAKI, 31 mart — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Alban-Udi xristian dini icmasının üzvlərinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil edilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın 104-cü ildönümü ilə bağlı İcma üzvləri Alban məbədlərini ziyarət edib, dini ayinlər həyata keçirib, soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxuyublar. Səfər iştirakçıları əvvəlcə Talış kəndindəki, qədim alban məbədini ziyarət ediblər. İcmanın üzvü Sergey Antonov deyib ki, bu gün burda mərasimin keçirilməsinin səbəbi 31 mart soyqrım qurbanlarının xatirəsini anmaqdır:
“1918-ci ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqrım ediblər. O dövrdə həqiqi mənada çox böyük faciə yaşanın. Ona görə də biz bura gəlmişik ki, bu anma günü burada şam yandıraraq dua oxuyaq ki, onların ruhu şad olsun".
31 mart soyqırımı şəhidlərinin xatirəsinə Suqovuşan qəsəbəsində yerləşən Müqəddəs Yelisey monastrını ziyarət etmək isə mümkün olmayıb. Alban-Udi Xristian dini İcmasının sədr müavini Rafik Danakarı bildirib ki, Ermənistan silahlı qüvvələri işğal dövründə monastrın ətrafını minaladığı üçün nümayəndə heyətinin monastıra daxil olmasına icazə verilməyib:
“1918-ci ildə, birinci və ikinci Qarabağ müharibəsində şəhid olan bizim soydaşların ruhuna biz bu gün dualar oxuduq, şamlar yandırdıq. Allahdan dilədik ki, bir daha Azərbaycan torpağında müharibə olmasın. 30 il biz bu bölgələrə gələ bilməmişik. Sovet sistemi olanda bu kilsələr, monastrlar bağlı olub. Amma biz görürük ki, buradakı kilsələr Qafqaz Albaniyasına aid olan kilsələrdir. Kilsənin içərisində olan xaçlar və başqa elementlər hamısı bunu sübüta yetirir”.
Ziyarət olunan kilsədə isə erməni saxtakarlığı üzə çıxıb. Rafik Danakarı bildirib ki, bu gün ziyarət edilən ünvanları ermənilər çalışıblar ki, son 30 illik işğal tarixində saxtalaşdıraraq, özününküləşdirsinlər:
“Ermənilər çalışıb ki, bu Alban məbədlərini erməniləşdirsinlər. Amma buna nail ola bilməyiblər. Düzdür, bir az çalışıblar. Öz xaçların quraşdırıblar, qoyublar, amma bu aşkar görünür ki, bu son illərdə quraşdırılmadır. Bunların quraşdırdığı elementler qədimdən qalma deyil”.
Qeyd edək ki, Müqəddəs Yelisey monastrını ziyarət etmək isə mümkün olmadığından anım mərasimi Suqovuşan qəsəbəsi ərazisində mövcud olan digər məbəddə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.