https://sputnik.az/20220331/putinin-yeni-fermani-qazi-rublla-almali-olacaqlar-440667749.html
Putinin yeni fərmanı: qazı rublla almalı olacaqlar
Putinin yeni fərmanı: qazı rublla almalı olacaqlar
Sputnik Azərbaycan
Bundan əvvəl, Putin Qazprom, Mərkəzi Bank və hökumətə martın 31-dək dost olmayan ölkələrə qaz nəqli üçün hesablaşmaların rublla köçürülməsini təşkil etməyi... 31.03.2022, Sputnik Azərbaycan
2022-03-31T18:32+0400
2022-03-31T18:32+0400
2022-03-31T18:52+0400
putin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440036376_0:154:3095:1894_1920x0_80_0_0_9b180e5f0088592799e7367bbbd6543d.jpg
BAKI, 31 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrlə rublla ödənilməsinin yeni qaydası haqqında fərman imzaladığını açıqlayıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.Bildirilir ki, belə dövlətlər Rusiya banklarında hesablar açmalı olacaqlar. Prosedur aprelin 1-dən qüvvəyə minəcək.Rusiya Prezidenti bildirib ki, bəzi Avropa siyasətçiləri okeanın o tayındakı sahiblərinin xoşuna gəlmək üçün öz vətəndaşlarının maraqlarına etinasızlıq göstərməyə hazırdır."ABŞ Birinci və İkinci Dünya müharibəsində olduğu kimi qlobal qeyri-stabillikdən qazancı çıxmaxa çalışacaq. Qərb ölkələri öz səhvlərini Rusiya Federasiyasının üzərinə atmağa, onu günahkar saymağa çalışırlar. Qərb sanksiyaları Rusiyanın azadlıq və müstəqillik hüququnun bədəlidir. Qərbin Rusiyaya qarşı başlatdığı iqtisadi müharibənin məqsədi onu parçalamağa çalışmaqdır", - deyə Rusiya Prezidenti bildirib.Bundan əvvəl Putin Qazprom, Mərkəzi Bank və hökumətə martın 31-dək dost olmayan ölkələrə qaz nəqli üçün hesablaşmaların rublla köçürülməsini təşkil etməyi tapşırmışdı. Avropa Komissiyası bu təcrübənin qəbuledilməz olduğunu bildirir. Almaniyanın iqtisadiyyat naziri Robert Habek G7 ölkələrinin buna razı olmayacağını deyib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0a/440036376_181:0:2912:2048_1920x0_80_0_0_f6c9cc4893077a476df45099dec2bfc9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, qaz
Putinin yeni fərmanı: qazı rublla almalı olacaqlar
18:32 31.03.2022 (Yenilənib: 18:52 31.03.2022) Bundan əvvəl, Putin Qazprom, Mərkəzi Bank və hökumətə martın 31-dək dost olmayan ölkələrə qaz nəqli üçün hesablaşmaların rublla köçürülməsini təşkil etməyi tapşırmışdı.
BAKI, 31 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrlə rublla ödənilməsinin yeni qaydası haqqında fərman imzaladığını açıqlayıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.
Bildirilir ki, belə dövlətlər Rusiya banklarında hesablar açmalı olacaqlar. Prosedur aprelin 1-dən qüvvəyə minəcək.
Rusiya Prezidenti bildirib ki, bəzi Avropa siyasətçiləri okeanın o tayındakı sahiblərinin xoşuna gəlmək üçün öz vətəndaşlarının maraqlarına etinasızlıq göstərməyə hazırdır.
"ABŞ Birinci və İkinci Dünya müharibəsində olduğu kimi qlobal qeyri-stabillikdən qazancı çıxmaxa çalışacaq. Qərb ölkələri öz səhvlərini Rusiya Federasiyasının üzərinə atmağa, onu günahkar saymağa çalışırlar. Qərb sanksiyaları Rusiyanın azadlıq və müstəqillik hüququnun bədəlidir. Qərbin Rusiyaya qarşı başlatdığı iqtisadi müharibənin məqsədi onu parçalamağa çalışmaqdır", - deyə Rusiya Prezidenti bildirib.
Bundan əvvəl Putin Qazprom, Mərkəzi Bank və hökumətə martın 31-dək dost olmayan ölkələrə qaz nəqli üçün hesablaşmaların rublla köçürülməsini təşkil etməyi tapşırmışdı. Avropa Komissiyası bu təcrübənin qəbuledilməz olduğunu bildirir. Almaniyanın iqtisadiyyat naziri Robert Habek G7 ölkələrinin buna razı olmayacağını deyib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.