Ermənistana məhv etdiyi dini abidələrimizlə bağlı sanksiya tətbiq oluna bilər
19:57 31.03.2022 (Yenilənib: 00:48 01.04.2022)
© Sputnik / Emin AlisahibBeynəlxalq konfrans iştirakçılari Ağdama səfər edib
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Konfrans iştirakçıları Ağdamın işğaldan azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsində olublar.
BAKI, 31 mart — Sputnik. 31 mart - 1 aprel tarixlərində keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağdama səfər edib.
Beynəlxalq konfransın iştirakçılarının səfərində BMT və digər xarici təşkilatları təmsil edən 30-dək ölkədən 120 nəfərə yaxın iştirakçı var. Onlardan da 20 nəfəri mina sahəsi üzrə ixtisaslaşmış heyət üzvləridir. Konfrans iştirakçıları Ağdamın işğaldan azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsində olublar. Burada onlar dağıntılar, quruculuq işləri və minatəmizləmə əməliyyatları sahəsində işlərin gedişi ilə tanış olub.
Konfrans iştirakçıları daha sonra Ağdam şəhəri və Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksi ilə tanış olub. Qonaqlar Ağdamda gördüklərindən dəhşətə gəldiklərini bildirib və burada baş verənlərin dünyanın hərb, müharibə qanunlarına sığmadıqlarını dilə gətiriblər. “Əl-Cəzirə” kanalının insan hüquqları departamentinin rəhbəri Sami əl-Həc bildirib ki, istənilən ölkədə, istənilən şəraitdə minaların basdırılması birbaşa həmin ölkənin insanlarına qarşı yönəlmiş hərbi cinayətdir. O, deyib ki, bu əməllər beynəlxalq qanunlara əsasən qadağan edilib:
© Sputnik / Emin Alisahib “Əl-Cəzirə” kanalının insan hüquqları departamentinin rəhbəri Sami əl-Həc
“Əl-Cəzirə” kanalının insan hüquqları departamentinin rəhbəri Sami əl-Həc
© Sputnik / Emin Alisahib
“Biz Ağdamda minalanmış əraziləri öz gözlərimizlə gördük. Bu ərazilərdə minaların basdırılması birbaşa həmin ölkənin insanlarına qarşı cinayətdir və bu hərbi cinayət kimi qəbul olunmalıdır. Arzu edirik ki, Azərbaycan beynəlxalq təşkilatların köməyi ilə minatəmizləmə prosesini tezliklə başa çatdırsın, mülki insanlar tezliklə öz torpaqlarına qayıtsınlar”.
Ağdamın işğaldan azad olunan ərazilərinə baxış keçirən İslam Əməkdaşlıq Təşkilatının Beynəlxalq İslam Komitəsinin təmsilçisi Ömer Taşlı jurnalistlərə müsahibəsi zamanı deyib:
“Mövcud vəziyyəti görüb təəssüf hissi keçirirəm. Ağdamda edilən bu dağıdıcılıq, böyük bir şəhərin yerlə-yeksan edilməsi adamı üzür”.
© Sputnik / Emin Alisahibİslam Əməkdaşlıq Təşkilatının Beynəlxalq İslam Komitəsinin təmsilçisi Ömer Taşlı
İslam Əməkdaşlıq Təşkilatının Beynəlxalq İslam Komitəsinin təmsilçisi Ömer Taşlı
© Sputnik / Emin Alisahib
İslam Əməkdaşlıq Təşkilatının Beynəlxalq İslam Komitəsinin təmsilçisi bildirib ki, ermənilərin işğal dövründə etdikləri bir mədəniyyəti yox etmək üçün planlaşdırılmış bir addımdır: “Ermənilər burada bir mədəniyyəti yox etməyə çalışıblar. İşğalın onlar üçün nə qədər önəmsiz olduğunun bir daha şahidi olduq. Çünki burada onların yerləşmək imkanları da yox imiş. Bu sadəcə insanlıqdan kənar bir faktdır. Bir şəhər viran edilib. Düşünürəm ki, bunu hər kəs, bütün dünya görməlidir və müharibənin, işğalın nə qədər pis bir şey olduğunu bütün dünyaya Ağdamın hazırkı görüntüsü bəs edər. Bütün dünyanı bura gətirmək lazımdır ki, bu faktları öz gözləri ilə görsünlər. Çünki bütün bunlar işğal anlayışının nə qədər amansız olduğunu sübuta yetirir. Bu sadəcə qətliamdır. Ağdam, Qarabağ mənim də vətənimdir və biz də 30 illik işğal dövründə ağladıq”.
Taşlı onu da əlavə edib ki, təmsil etdiyi qrum gələcəkdə işğaldan azad edilmiş torpaqlarda ermənilərin dini abidələrə qarşı törətdiyi vəhşiliyə görə düşmən tərəfə sanksiyaların tətbiq olunması üçün öhdəliklərinə düşən tədbirlərin görülməsini həyata keçirəcək:
© Sputnik / Emin AlisahibBeynəlxalq konfrans iştirakçılari Ağdama səfər edib
Beynəlxalq konfrans iştirakçılari Ağdama səfər edib
© Sputnik / Emin Alisahib
“İslam İş Birliyi Təşkilatı bu istiqamətdə ciddi şəkildə işlər görməkdədir. Burda dağıdılan və məhv edilən dini abidələrlə bağlı araşdırmalar aparılıb. Yenə qarşıdakı günlərdə burdakı dağıntılarla bağlı bir sənəd hazırlanacaq. Və bununla bağlı tədbirlər mütləq şəkildə görüləcək. Hazırda dünyada olan gərginliklər bu istiqamətdə görüləcək işlərin bir qədər yubanmasına səbəb olub”.
ABŞ Dövlət Departamentinin Hərbi işlər bürosunun Silahların ləğvi və azaldılması üzrə Avropa ofisinin proqram meneceri Maykl Terri isə Ağdamın işğaldan azad olunan ərazilərinə səfəri zamanı ABŞ-ın minaların təmizlənməsində Azərbaycana dəstəyini davam etdirdiyini bildirib.
© Sputnik / Emin AlisahibABŞ Dövlət Departamentinin Hərbi işlər bürosunun Silahların ləğvi və azaldılması üzrə Avropa ofisinin proqram meneceri Maykl Terri
ABŞ Dövlət Departamentinin Hərbi işlər bürosunun Silahların ləğvi və azaldılması üzrə Avropa ofisinin proqram meneceri Maykl Terri
© Sputnik / Emin Alisahib
“Mən minalanmış ərazilərdə çox olmuşam. Bu, insanların həyatı üçün olduqca təhlükəlidir və təmizlənməsi vacibdir. Gördüyümüz mənzərə dağıntıların miqyası ilə bağlı geniş təəssürat yaradır. Təbii ki, Azərbaycan tərəfi yenidənqurma işlərini davam etdirir və insanlar öz evlərinə qayıdacaqlar. Prosesin icrası istiqamətində ANAMA-nın da üzərinə böyük yük düşür. İnsanların qayıdışı ərəfəsində minaların təmizlənməsi əsas şərtdir”
Konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilir.
© Sputnik / Emin AlisahibBeynəlxalq konfrans iştirakçılari Ağdama səfər edib
Beynəlxalq konfrans iştirakçılari Ağdama səfər edib
© Sputnik / Emin Alisahib
Qeyd edək ki, nümayəndə heyyəti Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri, həmçinin şəhərin layihəsi ilə tanış olub. Daha sonra qonaqlar rayonun Baş Qərvənd kəndi ərazisinə gələrək burada aparılan minatəmizləmə əməliyyatlarını izləyib. Sonda ərazidən aşkarlanmış tank əleyhinə minalar partlayış yolu ilə zərərsizləşdirilib. Bununla da Beynəlxalq konfrans iştirakçılarının Ağdam şəhərinə səfəri başa çatıb.