https://sputnik.az/20220330/rusiya-dumasi-mixail-delyagine-azerbaycanda-cinayet-isinin-acilmasina-reaksiya-verdi-440622602.html
Rusiya Duması Mixail Delyaginə Azərbaycanda cinayət işinin açılmasına reaksiya verdi
Rusiya Duması Mixail Delyaginə Azərbaycanda cinayət işinin açılmasına reaksiya verdi
Sputnik Azərbaycan
RF parlamentinin beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Aleksey Çepa bunu əsəbi və səhv addım adlandırıb. 30.03.2022, Sputnik Azərbaycan
2022-03-30T19:00+0400
2022-03-30T19:00+0400
2022-03-30T19:10+0400
duma
rusiya
azərbaycan respublikası baş prokurorluğu
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440622501_0:0:3032:1707_1920x0_80_0_0_442b3d496d1d21a379dd0dd87f651c41.jpg
BAKI, 30 mart — Sputnik. Rusiya Dövlət Duması Azərbaycanın Baş prokurorluğunda rusiyalı deputat Mixail Delyagin haqqında cinayət işinin açılmasına reaksiya verib.RF parlamentinin beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Aleksey Çepa bunu əsəbi və səhv addım adlandırıb."Bu bir qədər əsəbi və səhv addımdır. Biz bu açıqlamaya reaksiya verəcəyik, çalışacağıq bəzi addımlar atıb həmkarlarımızı sakitləşdirək", - deyə Çepa bildirib.O, həm Bakını, həm deputat Delyagini daha təmkinli olmağa çağırıb."Məncə, daha təmkinli olmaq lazımdır. Delyagin də daha təmkinli olmalı, ifadələrini ölçüb-biçməlidir", - deyə deputat vurğulayıb.Baş Prokurorluğun başladığı cinayət işiQeyd edək ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Gennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatına görə, Mixail Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının "Rossiya 1" telekanalında yayımlanan verilişdə Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib.Rusiya vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə "İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edilib.Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycana verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir."Azərbaycan Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulan tədbirlərin görülməsi təmin olunacaqdır", - məlumatda qeyd edilib.Delyaginin təhlükəli təklifiXatırladaq ki, Rusiya Federasiyasının Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.O, Rusiyanın dövlət kanalında, Mariya Skabeyevanın verilişində çıxışı zamanı Azərbaycan ordusunun öz ərazimizdəki yerdəyişməsini "işğal" adlandırıb və buna qarşı sərt addımlar atmağın zəruri olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440622501_301:0:3032:2048_1920x0_80_0_0_7d030a22ad16dc404fb7c1eaf4af7723.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
duma, azərbaycan respublikası baş prokurorluğu
duma, azərbaycan respublikası baş prokurorluğu
Rusiya Duması Mixail Delyaginə Azərbaycanda cinayət işinin açılmasına reaksiya verdi
19:00 30.03.2022 (Yenilənib: 19:10 30.03.2022) RF parlamentinin beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Aleksey Çepa bunu əsəbi və səhv addım adlandırıb.
BAKI, 30 mart — Sputnik. Rusiya Dövlət Duması Azərbaycanın Baş prokurorluğunda rusiyalı deputat Mixail Delyagin haqqında cinayət işinin açılmasına reaksiya verib.
RF parlamentinin beynəlxalq məsələlər üzrə komitənin sədr müavini Aleksey Çepa bunu əsəbi və səhv addım adlandırıb.
"Bu bir qədər əsəbi və səhv addımdır. Biz bu açıqlamaya reaksiya verəcəyik, çalışacağıq bəzi addımlar atıb həmkarlarımızı sakitləşdirək", - deyə Çepa bildirib.
O, həm Bakını, həm deputat Delyagini daha təmkinli olmağa çağırıb.
"Məncə, daha təmkinli olmaq lazımdır. Delyagin də daha təmkinli olmalı, ifadələrini ölçüb-biçməlidir", - deyə deputat vurğulayıb.
Baş Prokurorluğun başladığı cinayət işi
Qeyd edək ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Gennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətinin məlumatına görə, Mixail Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının "Rossiya 1" telekanalında yayımlanan verilişdə Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib.
Rusiya vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə "İnterpol" vasitəsilə beynəlxalq axtarış elan edilib.
Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycana verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
"Azərbaycan Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulan tədbirlərin görülməsi təmin olunacaqdır", - məlumatda qeyd edilib.
Delyaginin təhlükəli təklifi
Xatırladaq ki, Rusiya Federasiyasının Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.
O, Rusiyanın dövlət kanalında, Mariya Skabeyevanın verilişində çıxışı zamanı Azərbaycan ordusunun öz ərazimizdəki yerdəyişməsini "işğal" adlandırıb və buna qarşı sərt addımlar atmağın zəruri olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.