Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin Şoltsla danışdı: Qaz hesablaşmaların rubla keçirilməsinin günahkarı Aİ-dir

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Rusiya başçısı qarşı tərəfə bildirib ki, qaz üzrə hesablaşmaların rubla keçirilməsi Avropa İttifaqı tərəfindən beynəlxalq hüquqa zidd olaraq Rusiya mərkəzi bankının valyuta ehtiyatlarının dondurulması səbəbindən baş verib.
BAKI, 30 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin və Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şolts arasında növbəti telefon danışığı baş tutub.
Rusiya başçısı qarşı tərəfə bildirib ki, qaz üzrə hesablaşmaların rubla keçirilməsi Avropa İttifaqı tərəfindən beynəlxalq hüquqa zidd olaraq Rusiya mərkəzi bankının valyuta ehtiyatlarının dondurulması səbəbindən baş verib.
Eyni zamanda Putin qeyd edib ki, rubla keçid müqavilə şərtlərinin pisləşməsinə gətirməyəcək. İki ölkə liderləri bu barədə ekspertlər səviyyəsində əlavə danışıqların keçirilməsi barədə razılığa gəliblər.
Bu gün Rusiya prezidenti ilə İtaliya baş naziri Mario Draqi arasında da telefon danışığı olub. Vladimir Putin qarşı tərəfi İstanbul danışıqları barədə məlumatlandırıb və qaz hesablaşmalarında rubla keçıd şərtini izah edib.
Bu günlərdə Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsi Vladimir Çijov qaz tədarükündə rubla keçid barədə danışarkən deyib ki, hesablaşmaların rubla keçirilməsi Avropa üçün şok idi.
Onun sözlərinə görə, bugünkü mərhələdə Rusiya enerji daşıyıcılarından imtina Aİ üçün sui-qəsd olardı.
"Yaxın günlərdə Rusiya ilə hesablaşmalarda rubldan istifadə mexanizmi dəqiqləşdiriləcək", - deyə Çijov bildirib.

O qeyd edib ki, enerji daşıyıcıları ilə bağlı vəziyyət səbəbindən bəzi Avropa ölkələrində hökumət böhranı istisna edilmir.

Avropa Rusiyaya enerji daşıyıcılarına görə ödəmələrdə rubla keçməli olacaq.

"ABŞ-ın Rusiya qazının əvəzinə təklif edə biləcəyi həcm sadəcə 15 milyard kubmetr maye qazdır. Bu isə Rusiyadan tədarükün yalnız 10%-dir", - deyə Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsi bildirib.

O əlavə edib ki, hesablaşmaların rubla keçirilməsi Avropa üçün şok idi. Bu həm siyasətçilər, həm enerji şirkətləri arasında çaşqınlıq yaradıb.
Alman həmkarlar ittifaqları assosiasiyasının rəhbəri Rayner Hoffman isə deyib ki, Rusiyadan qaz tədarükünün dayandırılması aradan qaldırılması mümkün olmayan nəticələrə gətirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0