Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynadan təxliyə edilən sürücülərin sayı açıqlandı

© AP Photo / Visar Kryeziutəxliyə
təxliyə  - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Hazırda Ukrayna ərazisində iki azərbaycanlı sürücü qalıb.
BAKI, 29 mart — Sputnik. Ukraynada olan azərbaycanlı sürücülərdən daha bir nəfəri təxliyə edilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.
Onun sözlərinə görə, Kiyev şəhərində qalan sürücü Əliyev Arif Eynulla oğlunun Ukrayna hüdudlarından çıxarılması təmin edilib.
A.Əliyevin öncəki marşrut üzrə Moldova-Rumıniya-Bolqarıstan-Türkiyədən keçməklə ölkəmizə gəlməsi təmin olunub. Hazırda təxliyə olunan sürücü Bolqarıstan ərazisindədir.
Qeyd edək ki, indiyə qədər 33 yük nəqliyyat vasitəsi olmaqla, 37 sürücünün təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində iki azərbaycanlı sürücü qalıb. Onların təxliyəsi istiqamətində dövlət orqanları tərəfindən işlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0