Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb

© Sputnik / POOL / Mediabanka keçidПереговоры России и Украины в Стамбуле
Переговоры России и Украины в Стамбуле - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
İstanbulda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski və Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya arasında təkbətək danışıqlar aparılır
BAKI, 29 mart — Sputnik. İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb.
Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
"İstanbulda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski və Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya arasında təkbətək danışıqlar aparılır", - deyə Podolyak bildirib.
Ərdoğan Dolmabahçe sarayına gəldi, orada Abramoviçlə də görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna görüşünün keçiriləcəyi Dolmabahçe sarayına gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə prezidenti Rusiya və Ukrayna təmsilçiləri ilə görüşündə Putin və Zelenskinin görüşünü təşkil etməyə hazır olduqlarını bildirib.
Rəsmi Ankara münaqişə tərəflərini atəşkəs rejiminin elan olunmasına çağırıb.
Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna heyətlərin işinin asanlaşdırılması üçün yardim etməyə hazırdır. Onun sözlərinə görə Ukraynadakı vəziyyət həm Rusiya, həm də Ukraynanın qonşusu və dostu olan Türkiyəni kədərləndirir.
Rusiya-Ukrayna nümayənədlərinin İstanbuldakı danışıqlarından öncə rusiyalı milyarder Roman Abramoviçin Türkiyə prezidenti Ərdoğanla söhbəti baş tutub.
Daha sonra Türkiyə Prezidenti görüş yerini tərk edib.
Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi yerə gəlib.
Tərəflərin görüşü bağlı qapı arxasında keçiriləcək.
Qeyd edəki , martın 10-da Antalyada keçirilən diplomatiya forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü təşkil olunmuşdu.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LPR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0