Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu Qərbi məsuliyyətsizlikdə ittiham etdi: Rusiya adekvat reaksiya verəcək

© Sputnik / Ministry of Defence of the Russian Federation / Vadim Savitskii / Mediabanka keçid Serqey Şoyqu
 Serqey Şoyqu - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Rusiyanın müdafiə naziri: "Sözügedən silahlar əhaliyə və muzdlulara nəzarətsiz şəkildə paylanaraq Avropa ölkələri üçün təhlükə yarada bilər"
BAKI, 29 mart — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu komandirlərdən Silahlı Qüvvələrdə gündəlik döyüş hazırlığı üzrə bütün planların qeyri-şərtsiz həyata keçirilməsini təmin etməyi tələb edib.
Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.
"Mən qeyd etmək istərdim ki, qoşunlarda planlı döyüş hazırlığı dayandırılmır. Bütün səviyyələrdə komandirlərdən planlaşdırılmış əməliyyat və döyüş hazırlığı tədbirlərinin ciddi və dəqiq həyata keçirilməsini təmin etməyi tələb edirəm", - Şoyqu bu gün keçirilən konfransda deyib.
Sergey Şoyqu Ukrayna ətrafında vəziyyətə də toxunub. O bildirib ki, NATO tərəfindən Ukraynaya döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin çatdırılması məsələsinə Rusiya adekvat reaksiya bildirəcək:
"Qərb tərəfindən Ukraynanın silah ilə təmin edilməsi məsuliyyətsizlikdir. Sözügedən silahlar əhaliyə və muzdlulara nəzarətsiz şəkildə paylanaraq Avropa ölkələri üçün təhlükə yarada bilər".
Rusiya müdafiə naziri bildirib ki, xüsusi hərbi əməliyyat zamanı Ukrayna qoşunlarına xeyli ziyan dəyib:
"Hava qüvvələri və hava hücumundan müdafiə sistemi məhv edilib, dəniz qüvvələri isə ümumiyyətlə darmadağın olub. Xüsusi əməliyyat qoyulmuş vəzifələr əldə olunanadək davam edəcək. Əməliyyatın ilkin mərhələsi üzrə vəzifələr əldə olunub, artıq bütün diqqət əsas məqsədə, Donbasın azad olunmasına yönəldilə bilər. İki həftə ərzində Ukraynada 600 xarici muzdlu məhv edilib, daha 500-ü isə ölkəni tərk edib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0