https://sputnik.az/20220329/patrusev-ukraynani-abs-in-mustemlekesi-olmaq-taleyi-gozleyir-440572308.html
Patruşev: "Ukraynanı ABŞ-ın müstəmləkəsi olmaq taleyi gözləyir"
Patruşev: "Ukraynanı ABŞ-ın müstəmləkəsi olmaq taleyi gözləyir"
Sputnik Azərbaycan
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, ABŞ Avropa ölkələrini özünün hərbi məhsullarının alınmasına xərcləri artırmağa məcbur edib. 29.03.2022, Sputnik Azərbaycan
2022-03-29T17:00+0400
2022-03-29T17:00+0400
2022-03-29T17:20+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
nikolay patruşev
avropa
ukrayna
rusiya
abş
yaponiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440578486_0:49:2150:1259_1920x0_80_0_0_9b7c4d02edb06bc60e94b1b504acc745.jpg
BAKI, 29 mart — Sputnik. Vaşinqton NATO sammitində Avropa ölkələrini ABŞ-ın hərbi məhsullarının alınmasına maaliyyə vəsaitləri artırmağa məcbur edib və bu məqsədinə nail olub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib."Vaşinqton öz məqsədinə uğurla nail oldu. Avropa dövlətlərini ABŞ hərbi sənaye kompleksinin məhsullarının alınmasına xərcləri artırmağa məcbur etdi", - Patruşev "Аргументы и факты" nəşrinə müsahibəsində bildirib.O qeyd edib ki, Avropa ölkələri öz maraqları əsasında çıxış etdiklərini düşünərək, “Rusiya təcavüzündən qorunmaq” şüarı ilə ABŞ-ın xeyrinə öz suverenliklərindən imtina edirlər.Patruşevin sözlərinə görə, ABŞ avropalılara Ukrayna bioloji laboratoriyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsaitin əsl məqsədini izah etməlidir."Rusiyanı kütləvi qırğın silahlarından istifadə edərək təxribatlar hazırlamaqda ittiham edən Qərb özü bu tip planlar qurmaqdadır", - o, deyib.Daha əvvəl nüfuzlu “Politico” nəşri yazıb ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatı fonunda ABŞ-da müdafiə sənayesi üçün “yenidən xoşbəxt günlər gəlib”.ABŞ-ın müdafiə sənayesi nəhəngi "Lockheed Martin"in nümayəndəsi Kaylin Şmeer bildirib ki, şirkət "milli təhlükəsizlik sahəsində ehtiyacları ödəmək üçün hazırkı və gələcək müştərilərlə işləməyi səbirsizliklə gözləyir"."️Ukraynaya demokratiyanın qaytarılması vacibdir. Əks halda ölkəni ABŞ-ın müstəmləkəsi olmaq taleyi gözləyir", - Patruşev deyib. Onun fikrincə, hazırda Amerika və ya anti-Rusiya siyasəti ilə razılaşmamaq fikri, Qərb insanını sərt reallıqla üzləşdirə bilər."Avropa İttifaqının müdafiə konsepsiyasının təsdiqlənməsi isə yeni bir “NATO əlavəsi”nin yaradılması üçün zəmin yaradır", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib. Nikolay Patruşev Yaponiya ilə bağlı məsələlərə də aydınlıq gətirib."Bilməlisiniz ki, 1945-ci il məğlubiyyətindən və sonrakı uzun illər ABŞ işğalından sonra Yaponiya heç vaxt öz suverenliyini tam bərpa edə bilmədi. Buna görə də Yaponiya hökuməti Vaşinqtonun şablonlarından istifadə edərək sərt anti-Rusiya mövqeyi tutub" - deyə Patruşev bildirib.O hesab edir ki, məhz buna görə ada dövlətinin hakimiyyət orqanları öz milli maraqlarına məhəl qoymur və öz ölkələrinin iqtisadiyyatına ziyan vuraraq, Yaponiya ilə Rusiya bazarı arasında uzunmüddətli əlaqələri pozurlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440578486_37:0:2150:1585_1920x0_80_0_0_de9d10ca72a4685515140635bdf24fe1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikolay patruşev, avropa, ukrayna, rusiya, abş, yaponiya
nikolay patruşev, avropa, ukrayna, rusiya, abş, yaponiya
Patruşev: "Ukraynanı ABŞ-ın müstəmləkəsi olmaq taleyi gözləyir"
17:00 29.03.2022 (Yenilənib: 17:20 29.03.2022) Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, ABŞ Avropa ölkələrini özünün hərbi məhsullarının alınmasına xərcləri artırmağa məcbur edib.
BAKI, 29 mart — Sputnik. Vaşinqton NATO sammitində Avropa ölkələrini ABŞ-ın hərbi məhsullarının alınmasına maaliyyə vəsaitləri artırmağa məcbur edib və bu məqsədinə nail olub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Vaşinqton öz məqsədinə uğurla nail oldu. Avropa dövlətlərini ABŞ hərbi sənaye kompleksinin məhsullarının alınmasına xərcləri artırmağa məcbur etdi", - Patruşev "Аргументы и факты" nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, Avropa ölkələri öz maraqları əsasında çıxış etdiklərini düşünərək, “Rusiya təcavüzündən qorunmaq” şüarı ilə ABŞ-ın xeyrinə öz suverenliklərindən imtina edirlər.
Patruşevin sözlərinə görə, ABŞ avropalılara Ukrayna bioloji laboratoriyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsaitin əsl məqsədini izah etməlidir.
"Rusiyanı kütləvi qırğın silahlarından istifadə edərək təxribatlar hazırlamaqda ittiham edən Qərb özü bu tip planlar qurmaqdadır", - o, deyib.
Daha əvvəl nüfuzlu “Politico” nəşri yazıb ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatı fonunda ABŞ-da müdafiə sənayesi üçün “yenidən xoşbəxt günlər gəlib”.
ABŞ-ın müdafiə sənayesi nəhəngi "Lockheed Martin"in nümayəndəsi Kaylin Şmeer bildirib ki, şirkət "milli təhlükəsizlik sahəsində ehtiyacları ödəmək üçün hazırkı və gələcək müştərilərlə işləməyi səbirsizliklə gözləyir".
"️Ukraynaya demokratiyanın qaytarılması vacibdir. Əks halda ölkəni ABŞ-ın müstəmləkəsi olmaq taleyi gözləyir", - Patruşev deyib.
Onun fikrincə, hazırda Amerika və ya anti-Rusiya siyasəti ilə razılaşmamaq fikri, Qərb insanını sərt reallıqla üzləşdirə bilər.
"Avropa İttifaqının müdafiə konsepsiyasının təsdiqlənməsi isə yeni bir “NATO əlavəsi”nin yaradılması üçün zəmin yaradır", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Nikolay Patruşev Yaponiya ilə bağlı məsələlərə də aydınlıq gətirib.
"Bilməlisiniz ki, 1945-ci il məğlubiyyətindən və sonrakı uzun illər ABŞ işğalından sonra Yaponiya heç vaxt öz suverenliyini tam bərpa edə bilmədi. Buna görə də Yaponiya hökuməti Vaşinqtonun şablonlarından istifadə edərək sərt anti-Rusiya mövqeyi tutub" - deyə Patruşev bildirib.
O hesab edir ki, məhz buna görə ada dövlətinin hakimiyyət orqanları öz milli maraqlarına məhəl qoymur və öz ölkələrinin iqtisadiyyatına ziyan vuraraq, Yaponiya ilə Rusiya bazarı arasında uzunmüddətli əlaqələri pozurlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.